NASA ilk dəfə Aya qadın və qaradərili astronavt göndərəcək

NASA ilk dəfə Aya qadın və qaradərili astronavt göndərəcəkABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) bazar ertəsi günü, 50 ildən çox müddətdə Aya göndəriləcək ilk insan qrupuna təyin olunmuş ekipajı açıqlayıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Artemis 2 adlanan uçuş həm də ilk dəfə Aya bir qadın və qaradərili astronavt göndərəcək.

Üç amerikalı və bir kanadalı astronavt gələn il Ayın orbitində fırlanacaq və tarixi Apollon missiyaları 1972-ci ildə başa çatdıqdan sonra kosmosun dərinliklərinə çıxan ilk astronavt olacaq.

Uçuşun 2024-cü ilin noyabrında baş tutması planlaşdırılır. Kosmik gəmi Ayı dövrə vuracaq, lakin ona enməyəcək. 10 gün davam edəcək Artemis II missiyası NASA-nın güclü "Space Launch System" raketi ilə bərabər, Orion kosmik gəmisinin göyərtəsində həyatı təmin edən sistemləri də sınaqdan keçirəcək.

NASA-nın üç astronavtı - Reid Uiseman, Viktor Qlover və Kristina Koch əvvəllər Beynəlxalq Kosmik Stansiyada (BKS) birgə vaxt keçiriblər. Kanada Kosmik Agentliyindən Keremi Hansen isə ilk kosmik uçuşunu həyata keçirəcək.
Kosmosda 11 ay keçirmiş 44 yaşlı Koch bir qadının kosmosda ardıcıl olaraq ən uzun müddət qalmaq rekorduna sahibdir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin qırıcı pilotu, əvvəllər NASA-nın baş astronavtı olan 47 yaşlı Uiseman, II Artemida missiyasının komandiri təyin edilib.

Dəniz qüvvələri pilotu olan 46 yaşlı Qlover isə ilk qaradərili komandir kimi kosmik uçuş həyata keçirəcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1015   Tarix: 04 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib. Nazirlər Ermənistan-Türkiyə əməkdaşlığına dair məsələlər

9 oktyabr
.

Tramp İrana zərbələri təxirə salır: ABŞ bölgəyə əlavə qüvvələr göndərir

ABŞ ilə İran arasında gərginlik davam edir. Vaşinqtonun diplomatik danışıqlarla bağlı açıqlamalarına baxmayaraq, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi, neft daşımaları və bölgədəki hərbi mövcudluq əsas müzakirə mövzuları olaraq qalır. CNN-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranl

9 oktyabr
.

Almaniya ABŞ-nin dizel qərarına baxmayaraq, Rusiyaya qarşı yeni sanksiyalardan imtina etməyəcək

Almaniya yanacaq qıtlığını azaltmaq məqsədilə Moskva və Vaşinqtonun dizel yanacağının dünya bazarlarına tədarükü barədə razılaşmasına baxmayaraq, Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsinə çalışmaqda davam edəcək. "Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə Almaniy

10 oktyabr
.

Kreml müharibədə dalana dirəndiyini etiraf etdi? Moskva ABŞ-ın mövqeyi ilə razılaşdı

Rusiya-Ukrayna müharibəsində diplomatik həll perspektivləri ilə bağlı yeni açıqlama verilib. Kremlin sözçüsü Dmitri Peskov ABŞ dövlət katibi Marko Rubionun müharibənin strateji dalana dirəndiyi barədə qiymətləndirməsi ilə razılaşdıqlarını bildirib. Reuters-ə istinadən xəbər verir ki, Peskov oktyabrı

9 oktyabr
.

Türkiyədə siqaret satışında yeni qayda: Şəxsiyyət vəsiqəsi tələb ediləcək

"Türkiyədə siqaret satışı zamanı şəxsiyyət vəsiqəsi tələb olunacaq. Müvafiq qanun layihəsini bir neçə həftə ərzində parlamentə təqdim edəcəyik". "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu danışıb. Onun sözlərinə görə, siqaretlə mübariz

10 oktyabr
.

Ermənistanda hərbçi güllələnərək öldürülüb

Ermənistan silahlı qüvvələrində xidmət edən A.Q. adlı hərbçinin odlu silahdan açılan atəş nəticəsində aldığı yara ilə meyiti tapılıb. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan özünün "Telegram" kanalında məlumat paylaşıb. Onun sözlərinə görə, hazırd

10 oktyabr
.

Tramp: "ABŞ-nin şərtləri qəbul edilməsə, İranın mövcudluğuna son qoyulacaq"

"ABŞ-nin münaqişənin həlli ilə bağlı irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, İran məhv ediləcək". xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-York ştatının Sirakyus şəhərində öz tərəfdarları qarşısında çıxışı zamanı bildirib. "Sizə bir söz deyim: İranla bağlı məsəl

10 oktyabr
.

Rus ordusu bu ərazini tutdu

Rusiya ordusu Xarkov vilayətinin Kiyanitsa yaşayış məntəqəsini tutub. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

9 oktyabr
.

Ərəblərin milyonlarla dollar xərclədiyi 5 lüks alış

Ərəb dünyasının varlı şəxslərinin milyonlarla dollar dəyərində alışları diqqət çəkir. Onların arasında rekord qiymətə alınan avtomobil nömrəsi, lüks yaxta və dünya şöhrətli rəsm əsəri də var. Axşam.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda ərəb milyarderlərinin və şahzadələrinin ən bahal

10 oktyabr