Deputat: "Emmanuel Makronun siyasi siması yoxdur, Fransanın ən uğursuz prezidentidir"

Deputat: "Emmanuel Makronun siyasi siması yoxdur, Fransanın ən uğursuz prezidentidir""Qarabağ problemi həll olunandan sonra bir sıra dövlət və təşkilatlar postmünaqişə dövrünə bu və ya digər formada dəstək olmaq və bağlanaaqcaq yekun sülh müqaviləsinə töhfə verməyə çalışırlar. Azərbaycan tərəfi bütün müsbət təşəbbüsslərə dəstək verir. Lakin Fransanın timsalında ciddi pozuculuq fəaliyyətinin şahidi oluruq".

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin depuatatı Şahin İsmayılov parlamentin aprelin 4-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, tarixin zibil qutusuna atılmış ATƏT-in Minsk qrupunun həmsədr dövləti olan Fransa münaqişənin həlli istiqamətində ötən 30 ilə yaxın dövrdə heç bir ciddi təşəbbüslə çıxış etməyib, əksinə status-kvonun qorunması üçün əlindən gələni edib:

"Sanki Fransa dövlətinin genetik kodlarını təşkil edən islamafobiya, irqçilik, müstəmləkəçilik kimi anlayışlara Azərbaycafobiya da əlavə edilib. Fransa dövləti başda Fransa tarixinin ən uğursuz prezidenti olan Emmanuel Makron olmaqla bütövlükdə ölkəmizə qarşı hücuma keçib. Mütəmadi olaraq Azərbaycana qarşı əsassız bəyənatlar səsləndirilir, sənədlər qəbul olunur və bununla da sanki ölkəmizə nə isə diqtə olunmağa çalışır. Amma başda Makron olmaqla bütün fransız siyasətçilər çox yaxşı bilirlər ki, nə Azərbaycan dövlətinə, nə də Azərbaycan Prezidentinə heç nə diqtə etmək mümkün deyil".

Ş.İsmayılov vurğulayıb ki, Fransanın mövcud pozuculuq fəaliyyəti bütövlükdə sülh prosesinə ciddi təhlükə yaradır: "Fransa öz çirkin və qaranlıq keçmişi ilə Azərbaycanda nəsə nöqsan tutmağa çalışan ən axırıncı ölkə, siyasi siması olmayan Makron isə ən axırıncı siyasətçidir. Cənab Makron siz seçicilərinizdən çox yumruqlar görmüsünüz, Sizə bir tövsiyə, nəzərə alın ki, Azərbaycan Prezidentinin dəmir yumruğu yerindədir və Azərbaycan dövlətinin, xalqının maraqlarına bir balaca da zərər verməyə çalışan istənilən qüvvənin qarşısındadır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 843   Tarix: 04 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur

Azərbaycanda LGBT təbliğatının qadağan edilməsi haqqında qanun qəbul olunacaq. xəbər verir ki, yeni qanunla LGBT mövzusunun ictimai məkanlarda, mediada və digər informasiya kanallarında təbliği ilə bağlı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Yeni qanunun qəbulu və tətbiqi ilə bağlı aşağıdakı kateqoriyala

10 oktyabr
.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

11 oktyabr
.

Telefonların enerjisi gecə niyə azalır?

Bir çox istifadəçi axşam 100 faiz enerji ilə şarj etdiyi smartfonunun səhərədək 5-12 faiz enerji itirməsi ilə qarşılaşır. Telefon istifadə edilməsə belə, batareyanın boşalmasına arxa planda işləyən xidmətlər, ekran parametrləri və mobil şəbəkənin zəif olması səbəb ola bilər. Qaynarinfo xəbər verir ki

10 oktyabr
.

Qaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video

Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d

10 oktyabr
.

Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?

Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə

10 oktyabr
.

Pensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili

11 oktyabr
.

Yollarda duman var - Sürücülərin nəzərinə!

Avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağ

10 oktyabr
.

Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü

Azərbaycanda bu gündən etibarən ov mövsümü açıq elan edilib. xəbər verir ki, bu barədə qərar "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın iclasında qəbul edilib. Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatlar

10 oktyabr
.

Sabah isti olacaq

Azərbaycanda oktyabrın 11-də 25 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi il

10 oktyabr