Deputat: "Fransa müharibədən sonra da Azərbaycanla bağlı qərəzli siyasətini davam etdirir"

Deputat: "Fransa müharibədən sonra da Azərbaycanla bağlı qərəzli siyasətini davam etdirir""Fransa Senatında martın 16-da növbəti dəfə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, beynəlxalq hüquqa açıq hörmətsizlik ifadə edən konfrans keçirilib. Təəssüf ki, Fransa 44 günlük müharibə zamanı olduğu kimi, müharibədən sonra da Azərbaycanla bağlı qərəzli siyasətini davam etdirir".

Sonxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin depuatatı Soltan Məmmədov parlamentin aprelin 4-də keçirilən plenar iclasında deyib.

Deputat bildirib ki, Cənubi Qafqazda yaranmış yeni reallıqlar, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəli sürülən təşəbbüslər fonunda Senatda bu cür tədbirlərin təşkili regionda sülhü, sabitliyi pozmağa yönəlib.

Onun sözlərinə görə, Azərbaycan parlamentində dəfələrlə Fransanın ikili standartlar siyasətinə son qoyması ilə bağlı çağırışlar edilib: "Lakin görünür, fransalı həmkarlarımz bu çağırışların siyasi əhəmiyyətini düzgün qiymətləndirə bilmirlər. Fransa Avropa məkanında milli azlıqlara məxsus şəxslərin hüquqlarının mühafizəsi sahəsində ən fundamental sənədlərdən biri hesab olunan Milli Azlıqlar haqqında Çərçivə Konvensiyasını indiyə qədər imzalamayıb. Bununla yanaşı, Avropa Şurasının Regional və ya Azlıq dilləri üzrə Avropa Xartiyasını ratifikasiya etməyib. Bu, əslində Fransanın milli azlıqların hüquqlarına yanaşmasını əks etdirən faktlardır. Belə bir ölkənin başqalarına etnik azlıqların hüquqları ilə bağlı irad bildirməyə mənəvi haqqı yoxdur".

S.Məmmədov qeyd edib ki, Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupu fəaliyyətə başlayıb: "Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə ikitərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədilə müəyyən ideyalar, təkliflər irəli sürülür. İqtisadi, mədəni, humanitar sahələrdə birgə layihələr həyata keçirmək niyyəti var. Fransa senatında atılan bu cür addımlar əlaqələrin gələcəyinə dair ümidləri xeyli dərəcədə zəiflədir. Bizim birgə layihələrimizin məramı həm də regionda sülhü təşviq etməkdir. Çünki indi nəinki Cənubi Qafqazın, ümumilikdə beynəlxalq münasibətlər sisteminin bu cür təşəbbüslərə daha çox ehtiyacı var. Dünyada mürəkkəb proseslərin cərəyan etdiyi, müxtəlif bölgələrdə minlərlə insan itkisinə səbəb olan ciddi toqquşmaların baş verdiyi indiki həssas məqamda Fransa sülh və əməkdaşlıq üçün çox böyük imkanların yarandığı Cənubi Qafqazda vəziyyəti drammatikləşdirməyə çalışır. Bu siyasət nə Fransanın, nə uzunmüddətli münaqişələrdən əziyyət çəkmiş region xalqlarının maraqlarına cavab verir. Əksinə, bölgəmizdə qeyri-sabitliyin artması nəticə etibarilə qlobal sülhə və təhlükəsizliyə də mənfi təsir göstərir. Fransa BMT Təhlükəsizlik Şurasının üzvü kimi, qlobal təhlükəsizliyə məsuliyyət daşımalı olan ölkələrdən biridir. Fransa senatının üzvləri görünür bu vacib məqamı da unudurlar".

"Azərbaycan dövləti bütün digər tərəfdaşları ilə münasibətlərdə olduğu kimi, Fransa ilə əlaqələrdə də hər zaman səmimi, ardıcıl siyasət yürüdüb. Biz Fransanın beynəlxalq münasibətlər sistemində rolunu bilirik. Lakin Azərbaycan öz milli maraqlarının sərhədlərini də dəqiq bilir və heç bir dövlətin bu sərhədləri keçməsinə imkan vermək niyyətində deyil. Fransa nəhayət ki, indiyə qədər yürütdüyü təzyiq siyasətinin nəticə vermədiyini və bundan sonra da verməyəcəyini anlamalıdır", - o əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 728   Tarix: 04 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur

Azərbaycanda LGBT təbliğatının qadağan edilməsi haqqında qanun qəbul olunacaq. xəbər verir ki, yeni qanunla LGBT mövzusunun ictimai məkanlarda, mediada və digər informasiya kanallarında təbliği ilə bağlı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Yeni qanunun qəbulu və tətbiqi ilə bağlı aşağıdakı kateqoriyala

10 oktyabr
.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

11 oktyabr
.

Telefonların enerjisi gecə niyə azalır?

Bir çox istifadəçi axşam 100 faiz enerji ilə şarj etdiyi smartfonunun səhərədək 5-12 faiz enerji itirməsi ilə qarşılaşır. Telefon istifadə edilməsə belə, batareyanın boşalmasına arxa planda işləyən xidmətlər, ekran parametrləri və mobil şəbəkənin zəif olması səbəb ola bilər. Qaynarinfo xəbər verir ki

10 oktyabr
.

Qaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video

Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d

10 oktyabr
.

Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?

Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə

10 oktyabr
.

Pensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili

11 oktyabr
.

Yollarda duman var - Sürücülərin nəzərinə!

Avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağ

10 oktyabr
.

Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü

Azərbaycanda bu gündən etibarən ov mövsümü açıq elan edilib. xəbər verir ki, bu barədə qərar "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın iclasında qəbul edilib. Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatlar

10 oktyabr
.

Sabah isti olacaq

Azərbaycanda oktyabrın 11-də 25 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi il

10 oktyabr