İsrail hərbçiləri 6 fələstinlini yaralayıb
İsrail hərbçilərinin işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 6 fələstinli yaralanıb, 9 nəfər saxlanılıb.
Sonxeber.az Fələstinin səsi radiosuna istinadən xəbər verir ki, İsrail əsgərləri Fələstinin Azadlıq Xalq Cəbhəsinə (AXC) mənsub fəalları saxlamaq üçün Beytlehem şəhərindəki Dehişa Qaçqınlar Düşərgəsinə basqın edib.
Bu arada İsrail qüvvələri ilə fələstinlilər arasında baş verən insidentlər zamanı biri sinəsindən ağır olmaqla 3 fələstinli gənc yaralanıb. Yaralılar Beyt Cala Dövlət Xəstəxanasına çatdırılıb.
Şahidlər fələstinli gənclərin basqın edən İsrail əsgərlərinin maşınlarına daş ataraq cavab verdiyini, İsrail əsgərlərinin isə gözyaşardıcı qaz, real və rezin güllələrlə cavab verdiyini qeyd edib. Yerli mənbələr hadisələr zamanı 7 fələstinlinin nəzarətə alındığını bildirib.
İsrail rəsmilərindən heç bir cavab gəlməyib.
Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın xəbərində İsrail əsgərlərinin Ramallahın qərbindəki Kefr Nime qəsəbəsinə basqın edərək 3 fələstinlinin yaralandığı bildirilib.
Xəbərdə Ramallahın qərbindəki Beyt Likya qəsəbəsində 2 fələstinlinin nəzarətə alındığı bildirilib.
İsrail hakimiyyəti hələlik həbslər və basqınlarla bağlı açıqlama verməyib.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1185 Tarix: 04 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər
Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib. Nazirlər Ermənistan-Türkiyə əməkdaşlığına dair məsələlər
9 oktyabrTramp İrana zərbələri təxirə salır: ABŞ bölgəyə əlavə qüvvələr göndərir
ABŞ ilə İran arasında gərginlik davam edir. Vaşinqtonun diplomatik danışıqlarla bağlı açıqlamalarına baxmayaraq, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi, neft daşımaları və bölgədəki hərbi mövcudluq əsas müzakirə mövzuları olaraq qalır. CNN-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranl
9 oktyabrErmənistanda hərbçi güllələnərək öldürülüb
Ermənistan silahlı qüvvələrində xidmət edən A.Q. adlı hərbçinin odlu silahdan açılan atəş nəticəsində aldığı yara ilə meyiti tapılıb. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan özünün "Telegram" kanalında məlumat paylaşıb. Onun sözlərinə görə, hazırd
10 oktyabrRus ordusu bu ərazini tutdu
Rusiya ordusu Xarkov vilayətinin Kiyanitsa yaşayış məntəqəsini tutub. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
9 oktyabrƏrəblərin milyonlarla dollar xərclədiyi 5 lüks alış
Ərəb dünyasının varlı şəxslərinin milyonlarla dollar dəyərində alışları diqqət çəkir. Onların arasında rekord qiymətə alınan avtomobil nömrəsi, lüks yaxta və dünya şöhrətli rəsm əsəri də var. Axşam.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda ərəb milyarderlərinin və şahzadələrinin ən bahal
10 oktyabr