Gəncləri zərərli təsirlərdən necə qoruyaq?
"Son proseslər bir daha göstərdi ki, Azərbaycan gənci davamlı olaraq müxtəlif təhdidlərlə, zərərli və zəhərli ideologiyalarla üz-üzədir. Bu özünü təkcə dini fəaliyyət sahəsində deyil, digər sahələrdə də açıq göstərir. Bu gün həm Şərqin, həm də Qərbin Azərbaycan gəncliyi ilə bağlı çox ciddi və məkrli planları var.Bütün bunlar ölkəmizin gənclər siyasətinə yenidən baxılmasını, bu cür təhdidlərə qarşı yeni strategiyaların və konsepsiyaların hazırlanmasını labüd edir. Belə davam etsə gələcəkdə bu təhdid və təhlükələrin miqyası daha da artacaq. Azərbaycan gəncliyi ciddi qopuqluq yaşayaraq, milli kimliyindən və milli-mənəvi dəyərlərindən daha da uzaqlaşacaq.
Hazırki vəziyyətdə həm ailələrimizin, həm də dövlət qurumlarının üzərinə ciddi vəzifələr düşür. Bu bir reallıqdır ki, müasir dövrdə ailə institutu üzərinə düşən əksər vəzifələrin öhdəsindən müxtəlif səbəblərdən layiqincə gələ bilmir. Bu gün övladlarımızı daha çox yaşadığımız mühit, televiziya və sosial şəbəkələr tərbiyə edir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, belə olduğu halda dövlət qurumlarının üzərinə daha çox vəzifə düşür. Ancaq bütün hallarda ailələr də övladlarının sağlam tərbiyəsi üçün ciddi cəhdlə çalışmalıdırlar.
"Bu gün tərbiyəsinə önəm verə bilmədiyimiz və vaxt ayıra bilmədiyimiz gənclik sabah bizim olmayacaq. Bu məsələdə Elm və Təhsil, Gənclər və İdman və Mədəniyyət nazirliklərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də üzərinə çox mühüm vəzifələr düşür. Çox geniş miqyasda maarifləndirmə və təbliğat işləri aparılmalıdır. Xüsusilə də bölgələrdə bu istiqamətdə ciddi işlərin görülməsinə ehtiyac var. Məktəblərimizdə, məscidlərimizdə, kinoteatrlarımızda, televiziyalarımızda, mediamızda və idman klublarımızda milli-mənəvi dəyərlərimizin qorunması və təbliği işinə xüsusi həssaslıqla yanaşılmalı, davamlı geniş maarifləndirmə və təbliğat işləri aparılmalıdır. Əks halda bu günün gəncliyi gələcəkdə bizim olmayacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?
Makron istefa verdi