"Əmanətlərin azalma tendensiyası davam edərsə, depazit faizləri yenidən vergidən azad edilməlidir" - ŞƏRH
"Əmanətlərin azalma tendensiyası davam edərsə, depazit faizləri yenidən vergidən azad edilməlidir. Ona görə ki bu verginin gətirdiyi zərər onun faydasından daha çox ola bilər. Sözügedən depazitlərin həcmini və onun faizlərdən tutulan vergilərin həcmini hazırkı göstəricilər üzrə hesablasaq görərik ki, bu məbləğ 80 milyon manat ətrafındadır. Yəni 1 fevraldan bərpa edilən vergilər nəticəsində o qədər də böyük olmayan yığım formalaşacaqdır. Amma onun yaratdığı həyacan bank sektoruna daha çox zərər vura bilər.Vergi tutulması qüvvəyə minən kimi əmanətlərin həcmində 27 milyon manat azalma baş verdi. Belə ki, 11,928 milyard manatdan 11,901 milyard manata endi. Əgər bu azalma davam edərsə, o zaman mütləq vergi güzəştləri yenidən bərpa edilməlidir".
Bu sözləri Sonxeber.az-a iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, dünya bank sektorunda həyəcanlı anların yaşanması, ardı-ardına bankların müflis olması, Azərbaycan əmanətçisində qeyri-ixtiyari qorxu yaradır.
"Bu qorxunun üzərinə də 10%-li vergini gələndə insanlar əmanətlərini banklardan geri çəkməyə qərar verirlər.Bu qərar təbii ki doğru qərar deyil. Yəni hazırda Azərbaycanda bankların kütləvi müflis olması kimi heç bir ciddi risk yoxdur. Qorxu və həyəcan yersizdir. Amma əmanətçilərin davranışı fundamental risklərə görə formalaşmır, kütlə davranışlarına görə daha çox formalaşır. Yəni adam baxır ki, insanlar əmanətlərini geri çəkir, qoy mən də çəkim. Əsassız yerə banklardan vəsaitlər geri çəkiləməyə başlayır. Beləcə bu heç bir ciddi risk olmadan yaranmış boş bir qorxu, bir neçə ay sonra ciddi problemlər yaradır. Hansı ki bu problemin həlli üçün hökümət həmin vergi vasitəsilə yığılmış vəsaitdən dəfələrlə çox vəsait xərcləməli olur".
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Brent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb
Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl
22 sentyabrAzərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 485 milyon 186,02 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 252 milyon 544,42 min ABŞ dolları və yaxu
26 sentyabrAzərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
24 sentyabrBu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. xəbər verir ki, sözügdən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Verg
30 sentyabrBritaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl
21 sentyabrAzərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. "Report"un Aran bürosu xəbər verir ki, bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmi
2 oktyabrƏmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,
1 oktyabr