3 saylı Uşaq Evində daha bir QALMAQAL - Direktor qızın saçını kəsdi - VİDEO
3 saylı Uşaq Evinin direktoru Məhbubə Hüseynova uşağın saçı uzun olduğu üçün kəsib.
Sonxeber.az xəbər verir ki, bu barədə Tarix Əliyev instagram hesabında məlumat verib.
Qızını 3 saylı Uşaq Evinə yerləşdirən ana direktorun səbəbsiz yerə övladının saçını kəsməsinə etiraz edib:
Valideyn bildirib ki, direktor bu hərəkəti ilə qızına qarşı haqsızlıq edir: "Əgər orada uzun saça icazə yoxdursa niyə o birilərin açı kəsilməyib? Görünür, direktor ordakı uşaqlar arasında ayrı-seçkilik edir".
Valideyni gəlib etiraz edib ki, o digər uzunsaçlı qızların saçlarını kəsməyib.
Sözügedən görüntüyə BURADAN baxa bilərsiz:
Qeyd edək ki, bu 3 saylı uşaq evi haqqında yayılan ilk belə xəbər deyil. Buna qədər də sosial şəbəkələrdə sözügedən uşaq evi ilə bağlı dəhşətli məlumatlar yayılmışdı. Təkcə ötən il Qurban bayramı ilə əlaqədar Uşaq evinə müxtəlif imkanlı şəxslər tərəfindən gətirilən qurbanlıq ət və heyvanların müəssisə rəhbəri Məhbubə Hüseynovanın tapşırığı ilə onun sürücüsü tərəfindən satıldığı iddia edilirdi. Özü də bu görüntüləri mətbuata 3 saylı Uşaq evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyeva təqdim etmişdi. Onu da bildirək ki, ötən ilin oktyabrında 3 saylı Uşaq
Evində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi araşdırma aparıb. Müəssisədə bəzi nöqsanlar müəyyən olunaraq müəssisə rəhbəri Məhbubə Hüseynovaya töhmət verilmişdi və müəssisənin fəaliyyəti ciddi nəzarətə götürülmüşdü.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4332 Tarix: 05 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbli forması ilə bağlı monitorinqlər keçirilir: Məqsəd nədir?
Məktəblərdə vahid geyim formalarına dair monitorinqlərin keçirilməsi müəyyən edilmiş qaydalara əməl olunmasına nəzarət baxımından əhəmiyyətlidir. xəbər verir ki, məktəbli forması şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almağa, bərabərliyin qorunmasına və nizam-intizamın gücləndirilməsin
9 oktyabrOv mövsümü başladı
Azərbaycan Respublikası ərazisində 2026-2027-ci illər üzrə ov mövsümü 10 oktyabr 2026-cı il tarixindən etibarən açıq elan edilir. xəbər verir ki, müəyyən edilmiş qaydalara əsasən, ov mövsümü çərçivəsində vəhşi quşların və heyvanların ovlanması üzrə müddətlər və ov normaları təsdiq edilmişdir. Ov həyat
10 oktyabrMəktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Məktəblilər dərsə təhsil aldıqları məktəb üçün müəyyən edilmiş vahid geyim formasında gəlməlidirlər. xəbər verir ki, rəsmi qaydalara əsasən, oğlanlar üçün şalvar, qısaqol və uzunqol polo tipli köynək, önü bağlanan cibli jaket, qızlar üçün isə şalvar və ya ətək, qısaqol və uzunqol köynək, jaket nəzərd
10 oktyabrSami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video
Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B
10 oktyabrMəktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand
11 oktyabr