Alimlər həyəcan təbili çaldılar: "Səyahət edən" mumiyalar yüzlərlə insana zərər verə bilər" - FOTO
1800-cü illərə aid altı Quanaxuato mumiyası keçən həftə Meksikanın paytaxtı Mexikoda keçirilən "Tianguis Turistico-2023" turizm sərgisində nümayiş etdirilib.
Lakin sərgidən bir neçə gün sonra tədqiqatçılar həyəcan təbili çalıblar. Alimlər ehtiyat edirlər ki, mumiya qalıqlarının sərgiləndiyi vitrinlər hermetik olmaya bilər.
Bir qayda olaraq, cəsədlər tapıldığı yerin yaxınlığında sərgilənir, lakin "El Museu de las Momias" ("Mumiyalar muzeyi") eksponatları tez-tez dünyanı gəzir. Məsələn, 2009-cu ildə onlar artıq ABŞ-də nümayiş etdirilib. Qeyd edək ki, söhbət 111 Quanaxuato mumiyasından gedir ki, onların bəzilərində saç, dəri və hətta paltarlar da canlı qalıb. Tədqiqatçıların fikrincə, buna səbəb unikal yerli iqlim, minerallarla zəngin torpaqlar və bəzi hallarda mumiyaların balzamlanması ola bilər.
Məlumdur ki, cəsədlər ilk dəfə 1833-cü ildə vəba epidemiyası zamanı basdırılıb. Bu da infeksiyaların yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində həyata keçirilib.
Buna baxmayaraq, tədqiqatçılar indi bu eksponatların sərgiyə gələnlərin sağlamlığı üçün təhlükəli ola biləcəyinə inanırlar. Meksika Milli Antropologiya və Tarix İnstitutunun (INAH) əməkdaşlarının sözlərinə görə, sərgidə nümayiş etdirilən mumiyalardan ən azı biri göbələk infeksiyaları tərəfindən "kolonizə" edilib (göbələyə yoluxub) və bu da ziyarətçilər üçün təhlükə yarada bilər.
İnstitutun əməkdaşları qeyd ediblər ki, mumiyaların nümayiş olunduğu vitrinlərin əslində hermetik olduğuna əmin deyillər. Buna görə də onlar ehtiyat edirlər ki, göbələklə yoluxmuş qalıqlar sərgiyə gələn yüzlərlə ziyarətçiyə zərər verə bilər.
Tədqiqatçılar həmçinin vurğulayıblar ki, sərginin təşkilatçıları bununla bağlı tədqiqatçılardan məsləhət almayıblar. Həmçinin təşkilatçılar səyahət edən mumiyaların sərgiyə gələn ziyarətçilərə yaratdığı bütün riskləri də düzgün hesablamayıblar./Oxu.az




Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2483 Tarix: 05 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail HƏMAS komandirlərini öldürdü
İsrail ordusu HƏMAS-ın bölük komandiri Məhəmməd Acanı və Qəzza şəhərində "İslami Cihad"ın hərbi qanadının raket bölməsinin komandiri Vəlid Həsən Əbu Əl-Atanı öldürüb. xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb. Məlumata görə, həmin şəxslər hərbi heyətə hücumlar həyata keçirib və təşkilatlarını
9 oktyabrƏrəblərin milyonlarla dollar xərclədiyi 5 lüks alış
Ərəb dünyasının varlı şəxslərinin milyonlarla dollar dəyərində alışları diqqət çəkir. Onların arasında rekord qiymətə alınan avtomobil nömrəsi, lüks yaxta və dünya şöhrətli rəsm əsəri də var. Axşam.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda ərəb milyarderlərinin və şahzadələrinin ən bahal
10 oktyabrTramp İrana zərbələri təxirə salır: ABŞ bölgəyə əlavə qüvvələr göndərir
ABŞ ilə İran arasında gərginlik davam edir. Vaşinqtonun diplomatik danışıqlarla bağlı açıqlamalarına baxmayaraq, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi, neft daşımaları və bölgədəki hərbi mövcudluq əsas müzakirə mövzuları olaraq qalır. CNN-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranl
9 oktyabrİstanbulda bina çökdü: saxlanılanlar var
Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən 7 mərtəbəli binanın memarı və tikinti sahəsinin rəhbəri saxlanılıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, binanın ilk üç mərtəbəsinin çökməsi nəticəsində 2 nəfər ölüb, xilasetmə qrupları isə dağıntılar altında qala
8 oktyabrCənubi Koreya Ukraynadan səfirini geri çağırır
Cənubi Koreya Ukraynadakı səfiri Pak Hi Çxanı geri çağıracaq. "Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hökumət Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreya əsgərlərinin təhvil verilməsi barədə so
8 oktyabrTramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib
ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasındakı nailiyyətlərini sadalayaraq, Nobel sülh mükafatını almadığına görə yenidən narazılığını bildirib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb. Trampın sözlərinə görə, o
10 oktyabr