Ekspert: İlkin Süleymanov tutulandan sonra telefonuna müdaxilə olub - MƏHKƏMƏ

Ekspert: İlkin Süleymanov tutulandan sonra telefonuna müdaxilə olub - MƏHKƏMƏTovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Sonxeber.az apa-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanov saxlanıldıqdan sonra telefonunu tədqiq etmiş ekspertlərdən biri - Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin keçmiş eksperti Məmməd Ramazanov dindirilib.

Ekspert məhkəmədə ekspertiza ilə bağlı tərəfləri maraqlandıran sualları cavablandırıb.

İlkin Süleymanov əvvəlki ifadələrində deyib ki, 2020-ci ilin yanvarın 6-da yanmış cəsəd tapılan vaxt hadisə yerinə gələn polislər onu Tovuz Rayon Polis Şöbəsinə aparıb, telefonu əlindən alınıb. Sonradan ekspertiza rəyində göstərilib ki, həmin telefonda müxtəlif cizgi filmlərinə, müğənnilərin şəkil və videolarına baxılıb. Rəyə əsasən, yanvarın 8-də saat 11.50-də telefonda intim görüntülərə baxılıb. İlkin Süleymanov ifadəsində telefonunda iddia olunan cizgi filmlərini, intim xarakterli götüntüləri izləmədiyini deyib.

Ekspert Məmməd Ramazanov məhkəmədə vəkilin suallarını cavablandırarkən məlum olub ki, mobil telefon 2020-ci ilin yanvarın 6-da götürülsə də, götürülmə yanvarın 8-nə sənədləşdirilib. Telefonun tədqiqata fevralın 4-də - İlkin Süleymanov saxlanılandan 1 aya yaxın müddət sonra ekspertizaya verildiyi ortaya çıxıb.

Ekspert deyib ki, telefon istintaqda qaldığı bir ay ərzində müdaxilələr olub: "Yanvarın 8-də telefonun yaddaşında 9 foto yaradılıb. Yanvarın 21-də isə telefona whatsap, instagram proqramları yüklənib və silinib".

Vəkil Zabil Qəhrəmanovun "Bu fotolar yaradılıb, yoxsa bərpa edilib" sualına ekspert "Bunu dəqiq demək mümkün deyil, yaradıla da bilər, bərpa edilə də" cavabını verib.

Hakim Faiq Mahmudov ekspertin konkret cavab verməsini istəyib: "Mənə konkret deyin, yanvarın 8-də telefona müdaxilə olub, ya yox?"

Ekspert hakimin sualına "olub" deyərək cavab verib.
Müdafiə tərəfi həmçinin "Nərmin Quliyeva noyabrın 29-da yoxa çıxdığı halda, nəyə görə İlkinin telefonunun tədqiqi dekabrın 21-dən sonrakı müddəti əhatə edib?" sualını ünvanlayıb.

İlkin Süleymanov isə "Niyə dekabrın 21-dən əvvəlki yaddaş tədqiq olunmayıb, Nərmin yoxa çıxandan dekabrın 21-nə kimi olan müddət niyə maraqlı olmayıb", deyə ekspertdə sual verib.

Prokuror da ekspertdən bunun səbəbini soruşub.

Ekspert isə suallara cavab olaraq "Deyiblər bu tarixdən başla, tədqiq et. Nə deyiblərsə, onu etmişəm", cavabını verib.

Proses günün ikinci yarısında davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1703   Tarix: 05 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi

"Təhsil yalnız bilik və bacarıqların öyrədilməsi ilə məhdudlaşmır. Məktəb həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, milli-mənəvi dəyərləri mənimsədiyi, intizam, məsuliyyət və qarşılıqlı hörmət kimi keyfiyyətlər qazandığı mühüm ictimai mühitdir. Bu baxımdan məktəblilərin vahid məktəb formasınd

9 oktyabr
.

Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək

Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi

9 oktyabr
.

Məktəbli forması ilə bağlı monitorinqlər keçirilir: Məqsəd nədir?

Məktəblərdə vahid geyim formalarına dair monitorinqlərin keçirilməsi müəyyən edilmiş qaydalara əməl olunmasına nəzarət baxımından əhəmiyyətlidir. xəbər verir ki, məktəbli forması şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almağa, bərabərliyin qorunmasına və nizam-intizamın gücləndirilməsin

9 oktyabr
.

Ov mövsümü başladı

Azərbaycan Respublikası ərazisində 2026-2027-ci illər üzrə ov mövsümü 10 oktyabr 2026-cı il tarixindən etibarən açıq elan edilir. xəbər verir ki, müəyyən edilmiş qaydalara əsasən, ov mövsümü çərçivəsində vəhşi quşların və heyvanların ovlanması üzrə müddətlər və ov normaları təsdiq edilmişdir. Ov həyat

10 oktyabr
.

Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar

Məktəblilər dərsə təhsil aldıqları məktəb üçün müəyyən edilmiş vahid geyim formasında gəlməlidirlər. xəbər verir ki, rəsmi qaydalara əsasən, oğlanlar üçün şalvar, qısaqol və uzunqol polo tipli köynək, önü bağlanan cibli jaket, qızlar üçün isə şalvar və ya ətək, qısaqol və uzunqol köynək, jaket nəzərd

10 oktyabr
.

Sami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video

Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B

10 oktyabr
.

Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI

2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand

11 oktyabr
.

Məktəblərdə nizam-intizam və geyim qaydalarına nəzarət gücləndirilir - monitorinqlər keçiriləcək

Məktəb mühitində qaydalara əməl olunması yalnız geyimlə məhdudlaşmır. Dərsə vaxtında gəlmək, müəllim və sinif yoldaşlarına hörmətlə yanaşmaq, dərs prosesinə mane olmamaq və məktəbin daxili intizam qaydalarına riayət etmək də sağlam təhsil mühitinin əsas şərtlərindəndir. Bu baxımdan məktəb rəhbərliyini

9 oktyabr
.

630 minlik Lamborghini ilə bulvarda təhlükəli şou: "Hacı Həsənli" drift etdi - qaydalar yenə kənarda qaldı!

Bakının Səbail rayonunda, Dənizkənarı Bulvar ərazisində "Lamborghini Urus" markalı avtomobillə təhlükəli manevrlər etdiyi bildirilən sürücü Hacı Həsənli Ramiz oğlu barəsində başlanmış inzibati işə xitam verilib. xəbər verir ki, bu barədə -ın sosial şəbəkə hesabında məlumat paylaşılıb. Hadis

9 oktyabr