Türkiyə hava məkanını bağladı

Türkiyə hava məkanını bağladı"Türkiyə hava məkanı İraqın Süleymaniyyə Beynəlxalq Hava Limanından eniş və ya uçuş üçün istifadə ediləcək təyyarələrin istifadəsinə bağlanıb".

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü, səfir Tanju Bilgiç açıqlama verib.

"Türkiyənin hava məkanı aprelin 3-dən etibarən İraqın Süleymaniyyə Beynəlxalq Hava Limanından eniş/uçuş üçün istifadə edəcək təyyarələrin istifadəsinə bağlanıb. Bu qərar PKK terror təşkilatının Süleymaniyyədəki fəaliyyətinin güclənməsi, terror təşkilatının hava limanına nüfuz etməsi və bununla da uçuş təhlükəsizliyi ilə bağlı təhdidlərin yaranması çərçivəsində verilib. Qərarın ilkin mərhələdə 3 iyul 2023-cü ilə qədər qüvvədə olması gözlənilir. Qeyd olunan tarixə qədər hadisələr yaxından izləniləcək və bundan sonra qərar yenidən nəzərdən keçiriləcək", - deyə Tanju Bilgiç bildirib./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2649   Tarix: 05 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyədəki hadisədə ölənlərin sayı - 10 nəfərə çatdı

Türkiyənin Kahramanmaraş şəhərindəki məktəbə silahlı hücum nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün yaralanan 11 yaşlı Yusuf Tarıq Gül xəstəxanada vəfat edib. Xatırladaq ki, daha əvvəl hadisə nəticəsində doqquz nəfəri

16 aprel
.

İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər

Hörmüz boğazı ticarət gəmilərinin keçidi üçün açıqdır, lakin minalar səbəbindən texniki məhdudiyyətlər ola bilər. "Report" xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Antalya Diplomatiya Forumu çərçivəsində NTV telekanalına müsahibəsində bəyan edib. "Bu məsələd

18 aprel
.

BMT: Livan qaçqınlarının bir qismi evlərinə qayıdıb

İsrail və Livan arasında atəşkəsdən sonra minlərlə livanlı ölkənin cənubundakı evlərinə qayıdır. "Report"un xəbərinə görə, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi bu barədə məlumat verib. Məlumata görə, məcburi köçkünlər Beyrutun cənub ətraflarına, eləcə də Nəbatiyə və Tirin bəz

19 aprel
.

Lavrov: Rusiya və ABŞ iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edə bilər

Rusiya ilə ABŞ arasında iqtisadi münasibətlərin perspektivləri barədə söhbət aparmağın vaxtı çatıb. "Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində bəyan edib. "Hesab edirəm ki, amerikalıları

18 aprel
.

Hörmüz müəmması: Qalibaf Trampın dediklərini təkzib etdi

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın Tehranla danışıqlar aparılması barədə səsləndirdiyi iddialara cavab verib. xəbər verir ki, qanunverici orqanın rəhbəri bu barədə özünün "Telegram" kanalında məlumat paylaşıb. Qalibaf Trampın İranla ehtimal oluna

18 aprel
.

İran Hörmüz boğazını açdı

İran Hörmüz boğazını bütün kommersiya gəmiləri üçün açıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində paylaşım edib. "Livanda əldə edilən atəşkəsə uyğun olaraq, atəşkəsin qalan müddəti ərzində bütün ticarət gəmilərini

17 aprel
.

Nənələrin nəvə sevgisi ömrü uzadır

Nənələr nəvələri ilə öz övladlarından fərqli və daha emosional bir bağ qurur. Qaynarinfo xəbər verir ki, ABŞ-ın Emori universitetində aparılan yeni araşdırmada 3-12 yaş arası ən azı bir bioloji nəvəsi olan təxminən 50 qadının beyin fəaliyyəti öyrənilib. İştirakçılara nəvələrinin, öz uşaqlarının, tanımadıqlar

16 aprel
.

Paşinyan konsert verəcək

Ermənistan Baş naziri Nikol Paşinyan seçki kampaniyası ilə əlaqədar diqqətçəkən qərar verib. Paşinyan seçki kampaniyasını İrəvanın Respublika Meydanında özünün "Varçaband" qrupunun konserti ilə başa vurmağı düşünür. Erməni mediasının yazdığına görə, artıq Baş nazir qrup repertuarını genişləndirmə

17 aprel
.

"Ayrılmağımıza baxmayaraq, Paşinyana səs verəcəyəm"

Ermənistan Baş naziri Nikol Paşinyanın keçmiş həyat yoldaşı Anna Akopyan ayrılmaqlarına baxmayaraq parlament seçkilərində Paşinyanı dəstəkləyəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Akopyanın yaxın ətrafında olan mənbələr ölkənin "İravunk" qəzetinə danışıblar. Mənbələrin sözlərin

17 aprel