"İran parlamentinin çıxardığı qərarın adı vəhşilikdir" - DEPUTAT
"İran parlamentinin, mitinqlərdə iştiraka görə həbs olunmuş 15 min nəfər insanın edam edilməsi ilə bağlı qəbul etdiyi qərar dünya ictimaiyyətinə şok yaşatdı".
Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki, parlamentin 290 deputatından 227-nin qərarın lehinə səs verməsi, İran molla rejiminin anti-insani, anti-bəşəri mahiyyətinin göstəricisidir:
"Rejimin qəddarlığının sübutudur. 21-ci əsrdə cəmiyyətin orta əsrlərin feodal təfəkkürü ilə idarə olunması, dövlətin öz xalqına qarşı qətliamı deməkdir. Tarixdə görünməmiş hadisədir. Müasir dünyada heç bir ölkənin parlamenti, "Etrirazçılara ən qısa zamanda yaxşı dərs verilməsi" kimi absurd qərar qəbul etməz. Ələlxüsus, o mitinqlərdə iştirak edənlər, əsasən gənclərdir, cəmiyyətin həm fiziki, həm də əqli cəhətdən yetkin, ancaq siyasi baxımdan fərqli düşünən üzvləridir. Siyasi baxışlarına, müasir, dünyəvi, sivil, demokratik cəmiyyətdə yaşamaq istədiklərinə görə insanları edam etmək ən böyük cinayətdir. Allah qarşısında ən böyük günahdır. İstər ali dini rəhbər, istər parlament olsun, heç kəsin başqasının ölümünə fərman vermək səlahiyyəti olmamalıdır".
Deputat vurğulayıb ki, İran parlamentinin çıxardığı qərarın adı vəhşilikdir:
"Hətta deyərdim ki, vəhşiliyin son həddidir. Öz xalqına qarşı belə bir davranış sərgiləyən rejim, acımadan milyonlarla insanın həyatını məhv edər. Bütün bunlar, sanksiyalar və sivil dünyadan təcrid olunma fonunda, rejimin getdikcə daha təhlükəli xarakter aldığını göstərir. Təəssüflər olsun ki, təhlükə təkcə öz xalqı ilə məhdudlaşmır. Digər qonşu xalqlar, əlləlxüsus, müsəlman xalqlar üçün daha ağır faciələrlə nəticələnə bilər.
Hesab edirəm ki, biz müstəqil Azərbaycan dövləti olaraq, İranda yaşayan soydaşlarımızın taleyinə biganə ola bilmərik. Parlamentin çıxardığı qərar milli, bir ölkənin problemi deyil, insanlıq əleyhinə çıxarılmış qərardır. Ümumbəşəri problemdir. Ona görə də, hesab edirəm ki, bu problemi beynəlxalq təşkilatlar səviyyəsinə qaldırmalıyıq. Yaxşı olar ki, BMT Baş Assambleyasında, Təhlükəsizlik Şurasında müzakirələri təşkil olunsun. İrana qarşı konkret qətnamələr qəbul olunsun. 15 mindən çox günahsız insanın qətlə yetirilməsinin qarşısını ancaq bu yolla almaq olar. Parlamentin çıxardığı qərar, bu ölkəyə qarşı ən ağır qətnamənin qəbul olunması üçün hüquqi əsaslar verir".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?
Makron istefa verdi