"İran parlamentinin "bəyanat"ı bizdə acı gülüş doğrurur" -DEPUTAT
"Təəssüflər olsun ki, dini bayraq edən, dindən sadəcə öz məqsədləri üçün istifadə edən İranın mövcud rejimi Azərbaycana qarşı təxribatlarından əl çəkmir. Bu gün İranın mövcud rejiminin Azərbaycana yanaşması Ermənistanla eynidir".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputatın sözlərinə görə, fars-molla rejimnin parlamentinin Azərbaycanın Qüdsdə səfirlik açmasına Tehransayağı yanaşması da bunun növəbti bariz nümayişidir:
"Düzü bu "bəyanat"ı bizdə acı gülüş doğrurur. O mənada ki, bu "bəyanatı" qəbul edənlər nədənsə torpaqlarımız və məscidlərimiz Ermənistan tərəfindən dağıdılanda lal-kar, kor oldular. Həmin işğal günlərindən və sonra 30 il ərzində İran bu vəhşiliyi sükutla qarşıladı. Təkcə sükutla qarşılamadı, həm də işğalçı ölkəyə hərtəfli yardım etdi. İran həmin "ənənəsinə" bu gün də sadiq qalır. Hər addımbaşı Azərbaycanın ünvanına hədə və böhtanlar yağdırır".
Deputat vurğulayıb ki, bu gün fars-molla rejiminin parlamentinin 210 deputatının adından qəbl edilən "bəyanat"da iddia edilir ki, "Azərbaycanın Qüdsü işğal edən sionist rejimin mərkəzində səfirlik açması İslam dünyasının mənafeyinə ziddir:
"Mən isə sual edirəm, məgər Azərbaycanın işğal edilmiş torpaqlarında 30 il ərzində məscidlərin dağıdılması, orada heyvan saxlanması İslam dininə zidd deyildimi? Yoxsa İran dini də özünləşdirib. Özünün işinə yarayanda dinə bir prizmadan, yaramyanada başqa prizmadan yanaşır. Digər tərəfdən bizim daxili və xarici işlərimizə burunlarını soxmağa çalışanlara sual etmək istəyirəm -Türkiyə, Pakistan va Səudiyyə Ərəbistan Ermənistan ilə diplomatik əlaqələri dayandıranda siz harda idiniz? Əlbəttə suallar çoxdur. Lakin yaxşı olar ki, İran rejimi öz ayıbına kor olsun. Onsuz da bu gün kiçikdən böyüyə hər kəs yaxşı bilir ki, bir tərəfdən Ermənistanı dəstəkləyən fars-molla rejimi, o biri tərəfdən isə Azərbaycan daxilində terroru dəstəkləyir".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?
Makron istefa verdi