Komitə sədri: "Azərbaycanla savaşdıqca, İran Azərbaycanlaşacaq!"
"Azərbaycanla savaşdıqca, İran Azərbaycanlaşacaq!".
Sonxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin aprelin 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
"Şiələrin kütləvi həbsi" təbliğatı radikal dini qrupların silahlı hücumlarına rəvac vermək, dini tolerantlıq mühitini və məzhəblərarası vəhdəti pozmağa xidmət edir. Guya din dövlətə qarşıdır, hakimiyyət din əleyhinə siyasət aparır, dövlət rəsmiləri dini etiqad baxımından əks qütbdədir", - Z.Oruc əlavə edib.
O bildirib ki, təmsil etdiyi Sosial Tədqiqatlar Mərkəzin keçirdiyi sorğu nəticələrinə əsasən, əhalinin 97%-nin dini etiqadının İslam, 19%-nin özünü məhz şiə məzhəbinə aid etməsi və 18%-nin həyatını dini dəyərlər üzərində qurmasına baxmayaraq, İran amilinin milli, yəni fars milliyyətçiliyi zəmində deyil, məhz dini rejim zəmində tirajlandığı görülür:
"İranın ölkəmizdə sosial bazası sarsılıb, müxtəlif tellərlə mənəvi, dini və iqtisadi bağı olanlar son 3 ildə zəifləyiblər. Lakin o dayaqlar hələ var. Milli Təhlükəsizlik Nazirliyinin başı qəsdlərə və soyğunçuluğa qarışanda onlar içəridə şəbəkə qurublar. Azərbaycan məscidləri İranın ideoloji təlimləri və casusluq şəbəkələrini genişləndirməsi üçün hərbi qərərgaha çevrilib. Əlbəttə, dini, İslamı "İranla "eyniləşdirmək, milyonlarla inanclını onların sosial bazası kimi göstərmək yolverilməzdir. Görün, bu qədər xəyanətlərin qarşısında biz qalib gəlmişik. O casus şəbəkələri son 3 ildə yaranmayıb, tam əksinə, dövlət təhlükəsizliyimiz Qələbədən sonra möhkəmlənib. Əgər təmizləməsək, daxili cəbhələr artacaq. Biət edənlərin sayı minlərlə deyil, lakin təcrid olunmasalar, təhlükə böyüyəcək. Çünki casusluğa cəlb olunanlar gec partlayan minalara bənzəyir. İşimiz təkcə azad torpaqları minasızlaşdırmaq deyil. Biz qalib dövlətdən, qalib vətəndaşa çevrilməliyik!".
Deputat vurğulayıb ki, Azərbaycanda "yaşıl bayraqlı" dövlət olmayacaq:
"Dünyəvilik bizim mövcudluq formamızdır, müstəqillik qanımıza, canımıza, ruhumuza keçib. Əsrlərlə bu torpaqları ələ keçirən imperiyalar dağılıb, lakin dünya xəritəsində Azərbaycan adlı dövlət yaşayır və qalib gəlir. Ona görə də ölkəmizin İrana qarşı 3-cü ölkələrdən hərbi-siyasi yardım istəyəcəyini gözləməsinlər. Prezidentin siyasi xarakterini, dəmir iradəsini hər kəs bilir. "Biz hərbi meydanda tək döyüşdük" deyən ölkə rəhbərinin strateji kursu qoy hamıya bəlli olsun: Azərbaycanla savaşdıqca, İran Azərbaycanlaşacaq!".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?
Makron istefa verdi