Şənbə günü hava necə olacaq?

Şənbə günü hava necə olacaq?Aprelin 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometrologiya Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, sabah havanın Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Cənub-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-19° isti, atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1409   Tarix: 07 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq

"Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq". xəbər verir ki, bu fikirləri Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda keçirilən tədbirdə deyib. O bildirib ki, ərazi planlaşdırılması istiqamətində həyat

29 aprel
.

Həmin bağça bu yay təmir olunacaq - Rəsmi açıqlama

İntensiv yağışlardan sonra pis vəziyyətə düşən Elman Məmmədov adına körpələr evi - uşaq bağçası yenilənəcək. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib. Açıqlamada vurğulanıb ki, 1935-ci ildə istifadəyə verilən Xətai rayonu Elman Məmmədo

30 aprel
.

Bu ərazilərə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə qısamüddətli intensiv xarakterli yağıntılar müşahidə olunur. Dağlıq ərazilərə - Şahdağa, Quba (Xınalıq

29 aprel
.

Azərbaycanda analarının soyadını götürən uşaqların sayı açıqlandı

2025-ci il ərzində valideynlərinin soyadları fərqli olduğu halda Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən ananın soyadı ilə qeydə alınan uşaqların sayı 185 nəfər təşkil edib. xəbər verir ki, bu barədə -ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2026-cı ili

29 aprel
.

Bakıda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR

Bakı şəhərində səkilər, həyətlər, park və bağların abadlaşdırılması və təmiri ilə bağlı işlər görüləcək. -in əldə etdiyi məlumata görə, layihəni "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC icra edəcək. Görüləcək işlərin ümumi dəyəri təxminən 65 milyon manata yaxındır. Layihə çərçivəsində səkiləri

29 aprel
.

Avtomobil qəzası zamanı tərəflər arasında zərərin ödənilməsi necə tənzimlənir? - AÇIQLAMA

Avtomobil qəzaları gündəlik həyatda ən çox rast gəlinən hüquqi mübahisələrdən biridir. Belə hallarda zərərin kim tərəfindən və hansı qaydada ödənilməsi məsələsi tərəflər arasında ən çox müzakirə olunan mövzuya çevrilir. Bəs görəsən avtomobil qəzası zamanı tərəflər arasında zərərin ödənilməsi necə tənzimlənir

29 aprel
.

Mayın ilk günü hava necə olacaq?

Mayın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimal

30 aprel
.

Məzunlar üçün yeni tələblər təsdiqləndi

Xəbər verdiyimiz kimi, dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi qaydası təsdiqlənib. Qaydalarda VII-XI siniflər üzrə müsahibənin hansı meyarlar əsasında qiymətləndiriləcəy

29 aprel
.

5 gün ardıcıl iş olmayacaq

Mayda Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq. xəbər verir ki, Nazirlər Kabinetinin 2 dekabr 2025-ci il tarixli qərarına əsasən, bu il mayın 27, 28-i Qurban bayramıdır. Müstəqillik günü (28 may) iş günü hesab edilmir. Əmək Məcəlləsinə görə, Qurban bayramı i

30 aprel