Polis bina evində it saxlayanları cərimələyir? - FOTO
Bakı şəhərində bina evində it saxlayanlar cərimələnirlər.
Bu barədə Oxu.Az-ın redaksiyasına Nərimanov rayonunda yaşayan sakinlərdən biri bildirib.
Vətəndaş deyib ki, bina evində yaşayır və evdə it saxlayır:
"Qonşularımızdan biri tərəfindən polisə müraciət edilib ki, evdən itin səsi gəlir. Polis də evə gəlib bildirdi ki, binada itin saxlanmasına icazə verilmir. Əsas kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290-cu maddəsini göstərdi".
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bina evində ev heyvanı, o cümlədən it saxlayan şəxslərin cərimə olunması ilə bağlı səsləndirilən fikirlər əsassızdır:
"Polis İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsi ilə yalnız ev heyvanlarının saxlanılması zamanı müəyyən edilmiş qaydaları pozan şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edə bilər. Nərimanov rayonunda qeydə alınan hadisə ilə bağlı isə bildiririk ki, qeyd edilən binanın bir neçə sakini polisə müraciət edərək qonşuluqda yaşayan həmin şəxsin ev heyvanlarının saxlanılması qaydalarını pozur.
Şikayət əsasında ərazinin sahə inspektoru tərəfindən həmin evin sahibi ilə profilaktik söhbət aparılıb. Qonşuların narazılığına səbəb olan həmin neqativ halların qısa zamanda aradan qaldırılmasının zəruriliyi onun diqqətinə çatdırılıb".
Qeyd edək ki, ev heyvanlarının saxlanılması zamanı müəyyən edilmiş qaydaları pozan şəxslər iki yüz manat məbləğində cərimə edilirlər. Maddədə nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir.
Bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə isə 800 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1318 Tarix: 07 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Həm şagirdlər, həm də müəllimlər məktəblərdə müəyyən normalara əməl etməlidirlər. O normalar əsasında məktəbin fəaliyyəti tənzimlənməlidir. Bu sözləri millət vəkili Ceyhun Məmmədov bildirib. "Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır. O mənada verilən qərarın əsas məqsədi məktəbdə səliqəli geyimi
10 oktyabrAzərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Prime Cotton İFT" MMC-ni dövlət qeydiyyatına alıb. "Report" xəbər verir ki, yeni şirkət Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı "Prime Cotton" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti
10 oktyabrYollarda duman var - Sürücülərin nəzərinə!
Avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağ
10 oktyabrLaçında mebel istehsalının dəyəri ötən il 31 dəfə artıb
2025-ci ildə Laçın rayonunda 83,5 min manat dəyərində mebel istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 31 dəfə çoxdur. Hesabat dövründə Laçında 59 milyon 539,7 min manat (8,2 % az) dəyərində sənay
10 oktyabrLənkəranın 5 kəndinə dolu düşdü - Foto
Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb. Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dol
10 oktyabrAzərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
Mal ətinin qiymətindəki artım bazarlarda kənd toyuğuna marağı artırıb. Tələbatın yüksəlməsi isə öz növbəsində qiymətlərə təsir göstərib. "Xəzər" TV-yə istinadən xəbər verir ki, paytaxtla yanaşı, bölgələrdə də kənd toyuğunun qiymətində təxminən 2-5 manat arasında artım müşahidə olunur. Bel
11 oktyabrGələcəkdə pensiyalar AZALACAQ
Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. -a istinadən xəbər verir ki, iqtisadç
11 oktyabr