Şamaxıda məktəb direktoru şagirdin bir neçə şəxs tərəfindən zorlanmasını ört-basdır edir?
Şamaxı rayonunda məktəbli qızın bir neçə şəxs tərəfindən zorlandığı iddia ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsi açıqlama verib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisədə adları qeyd edilən şəxslərdən biri həmin məktəbin X sinif şagirdidir:
"Bu hadisə ilə əlaqədar ötən gün Dağlıq Şirvan Regional Təhsil İdarəsinə məktəb direktoru tərəfindən məlumat verilib. Bildiririk ki, bu məsələ ilə əlaqədar hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq məlumat veriləcək".
İdarədən əlavə edilib ki, məktəb direktorunun həmin məsələnin üstünün bağlamasına çalışması haqqında onlara heç bir məlumat daxil olmayıb.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Şamaxı rayonunda məktəbli qızın bir neçə şəxs tərəfindən zorlandığı iddia edilib.
Bildirilib ki, rayonun Sabir qəsəbəsi Alxan Alxanov adına orta məktəbdə oxuyan 11-ci sinif şagirdinə qarşı bu əxlaqsızlığı edənlərdən biri məktəbin şagirdidir. Edən şəxslər arasında əmisi oğlunun da olduğu qeyd edilib.
Məlumata görə, məktəbin direktoru məsələnin üstünü bağlamağa çalışır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1593 Tarix: 07 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Həm şagirdlər, həm də müəllimlər məktəblərdə müəyyən normalara əməl etməlidirlər. O normalar əsasında məktəbin fəaliyyəti tənzimlənməlidir. Bu sözləri millət vəkili Ceyhun Məmmədov bildirib. "Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır. O mənada verilən qərarın əsas məqsədi məktəbdə səliqəli geyimi
10 oktyabrAzərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Prime Cotton İFT" MMC-ni dövlət qeydiyyatına alıb. "Report" xəbər verir ki, yeni şirkət Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı "Prime Cotton" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti
10 oktyabrYollarda duman var - Sürücülərin nəzərinə!
Avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağ
10 oktyabrLaçında mebel istehsalının dəyəri ötən il 31 dəfə artıb
2025-ci ildə Laçın rayonunda 83,5 min manat dəyərində mebel istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 31 dəfə çoxdur. Hesabat dövründə Laçında 59 milyon 539,7 min manat (8,2 % az) dəyərində sənay
10 oktyabrLənkəranın 5 kəndinə dolu düşdü - Foto
Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb. Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dol
10 oktyabrAzərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
Mal ətinin qiymətindəki artım bazarlarda kənd toyuğuna marağı artırıb. Tələbatın yüksəlməsi isə öz növbəsində qiymətlərə təsir göstərib. "Xəzər" TV-yə istinadən xəbər verir ki, paytaxtla yanaşı, bölgələrdə də kənd toyuğunun qiymətində təxminən 2-5 manat arasında artım müşahidə olunur. Bel
11 oktyabrGələcəkdə pensiyalar AZALACAQ
Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. -a istinadən xəbər verir ki, iqtisadç
11 oktyabr