"Bugünki ordumuzun təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub" - Kamilə Əliyeva
"Vətən müharibəsində 44 günə torpaqlarımızı işğaldan azad edən, dünyanın ən güclü orduları sırasında yer alan bugünki ordumuzun təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.Sovetlər İttifaqı dövründə ulu öndər Heydər Əliyev Azərbaycanda milli hərbi kadrlar hazırlanması üçün böyük cəsarətli addımlar atıb. Ötən əsrin 70-ci illərində Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin, Birləşmiş Komandirlər ali hərbi məktəbin yaradılması, yüzlərlə azərbaycanlı gənclərin SSRİ nin ən nüfuzlu ali hərbi məktəblərində təhsil almağa göndərilməsi bugünkü güclü Azərbaycan ordusunun yaranmasına böyük təkan oldu".
Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.
Deputat qeyd edib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan ordusunun müasir hərbi texnikalarla təmin olunmasına xüsusi diqqət ayırar, eləcə də Azərbaycan əsgərinin, zabitinin vətənpərvər olmasının vacibliyini qeyd edərdi.
"Müstəqil Azərbaycanın Prezidenti kimi də ulu öndər ölkəmizin qüdrətli bir dövlətə çevrilməsi üçün güclü ordunun olmasının vacibliyini vurğulayırdı. Ulu öndər güclü ordu yaradılması üçün hər bir vətəndaşımızın orduya diqqət və qayğı ilə yanaşmasını şərəf borcu olduğunu qeyd edirdi. Ulu öndər hər zaman hərbi və zabit peşəsini müqəddəs peşə hesab edirdi. Onlar Vətəni, dövləti qorumaqla müqəddəs bir amala xidmət edirlər. Ulu öndər hər zaman Azərbaycan ordusunu güclü ordu, Azərbaycan hərbiçilərinin igid, mərd, cəsur olduğunu vurğulayaraq və hər bir vətəndaşa ordumuza güvənməyi tövsiyyə edirdi. Ulu öndər Heydər Əliyev bütün çıxışlarında Azərbaycan dövlətinin və Azərbaycan xalqının sülhsevər olduğunu qeyd edər və ölkəmizin güclü ordu yaratmaqda məqsədi digər ölkələrin torpaqlarını işğal etmək deyil, işğalda olan torpaqlarını azad etməkdir. Güclü ordu yaratmaq həm də Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və əbədi etmək üçün çox önəmlidir.
Ulu öndər Heydər Əliyev Azərbaycan ordusunun müasir hərbi texnikalarla təmin olunmasına xüsusi diqqət ayırar, eləcə də Azərbaycan əsgərinin, zabitinin vətənpərvər olmasının vacibliyini qeyd edərdi. Ulu öndər hər zaman Azərbaycan ordusuna güvəndiyini, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş istənilən təxribata layiqli cavab verməyə hazır olduğunu bildirirdi. Ulu öndər Heydər Əliyev hər bir Azərbaycan gəncinə Azərbaycan ordusunda xidmət etməyi müqəddəs bir borc olmasını tövsiyyə edirdi" ,- deyə deputat əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb