Dünyanın ən yaşlı pişiyi Ginnesin Rekordlar Kitabına düşə bilər - FOTO
İngiltərənin Norviç şəhərində 31 yaşlı Rozi adlı pişik dünyanın ən yaşlısı elan edilərək Ginnesin Rekordlar Kitabına düşə bilər.
Pişiyin sahibi 72 yaşlı Lila Brisset 1991-ci ildə onu bala ikən saxlamağa başlayıb. Yaşlı olmasına baxmayaraq, ev heyvanının bütün dişləri yerindədir. O, uzun ömründə cəmi iki dəfə baytar həkimə müraciət edib: 1990-cı illərdə sterilizasiyaya və 2018-ci ildə kistaya görə.
Rozinin iyunda 32 yaşı tamam olacaq. O, 2022-ci ildə Ginnesin Rekordlar Kitabı tərəfindən ən yaşlı pişik kimi tanınan Flossidən beş yaş böyükdür.
Brissettin dediyinə görə, Rozi bütün günü pəncərənin yanında yatır.
"Mən tez-tez onun sağ olub-olmadığını və nəfəs aldığını yoxlamalı oluram. Onun ölümü həyatımda böyük bir boşluq buraxacaq", - deyə heyvanın sahibəsi qeyd edib./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1319 Tarix: 08 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi
Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək
10 oktyabrRus ordusu bu ərazini tutdu
Rusiya ordusu Xarkov vilayətinin Kiyanitsa yaşayış məntəqəsini tutub. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
9 oktyabrTramp Ağ Evə yeni mətbuat katibi təyin etdi
"Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin etməkdən şərəf duyuram" . xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib. "Keti hazırda Truth Social-da Baş Kommunikasiya Məsləhətçisi vəzifəsində çalışır və burada uğur qazanıb". [hh4-unikal]
10 oktyabrƏrəblərin milyonlarla dollar xərclədiyi 5 lüks alış
Ərəb dünyasının varlı şəxslərinin milyonlarla dollar dəyərində alışları diqqət çəkir. Onların arasında rekord qiymətə alınan avtomobil nömrəsi, lüks yaxta və dünya şöhrətli rəsm əsəri də var. Axşam.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda ərəb milyarderlərinin və şahzadələrinin ən bahal
10 oktyabrCənubi Koreya Ukraynadan səfirini geri çağırır
Cənubi Koreya Ukraynadakı səfiri Pak Hi Çxanı geri çağıracaq. "Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hökumət Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreya əsgərlərinin təhvil verilməsi barədə so
8 oktyabr