Qərbi Azərbaycan İcması BMT-ni Ermənistana missiya göndərməyə çağırıb

Qərbi Azərbaycan İcması BMT-ni Ermənistana missiya göndərməyə çağırıbQərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antionio Quterreşə məktub göndərərək, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması prosesinə başlamaq üçün bu ölkəyə BMT-nin xüsusi missiyasının göndərilməsini xahiş edib.

Qərbi Azərbaycan İcmasının müraciətində bildirilir:

"Biz bu məktubu Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıtmasına yardım etmək üçün Ermənistana BMT missiyası göndərməyi xahiş etmək üçün yazırıq.

1989-cu ildə yaradılmış təşkilatımız Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olur.

Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdikləri Ermənistanın indiki ərazisindən qovulması 1991-ci ildə başa çatdırılıb. Etnik təmizləmə nəticəsində Ermənistanda bir nəfər belə azərbaycanlı qalmayıb. Ermənistandakı Azərbaycan tarixi-mədəni irsi, o cümlədən məscidlər və qəbiristanlıqlar geniş miqyasda dağıdılıb, bütün Azərbaycan toponimləri dəyişdirilib.

Azərbaycanlıların Ermənistandan qovulması siyasi, hüquqi və humanitar ölçüləri nəzərə alsaq, misli görünməyən ədalətsizlikdir. Biz istərdik ki, bu haqsızlıq aradan qaldırılsın. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geri qayıtmaq hüququna əsaslanaraq, biz öz evlərimizə təhlükəsiz və ləyaqətlə qayıtmağa can atırıq.

Biz dinc, təhlükəsiz və ləyaqətli qayıdış konsepsiyamızı hazırlamışıq və həmin sənəd A/77/801-S/2023/134 və E/2023/53 saylı qeydiyyat nömrələri ilə BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyanın və İqtisadi və Sosial Şuranın rəsmi sənədləri kimi yayılmışdır.

Digər oxşar vəziyyətlərdə olduğu kimi, Ermənistandan qovulmuş azərbaycanlıların könüllü, təhlükəsiz və ləyaqətli qayıdışına şərait yaratmaq üçün əsaslı beynəlxalq töhfə gərəkdir. Öncə qeyd edək ki, geri qaytarma ən yaxşı şəkildə müvafiq beynəlxalq hüquqi razılaşma çərçivəsində baş verdikdə təmin edilir. Qayıdış prosesi beynəlxalq ictimaiyyətdən müvafiq təhlükəsizlik, humanitar və sosial-iqtisadi yardım tələb edəcək. Geri qayıtmış əhalinin yenidən qovulmasının, onlara qarşı ayrı-seçkiliyin və zərərin qarşısını almaq üçün beynəlxalq sülhü qoruma, monitorinq, hesabatlılıq, müdaxilə və digər zəruri fəaliyyətlər zəruri olacaq. Qayıdanların davamlı reabilitasiyasını və yenidən inteqrasiyasını təmin etmək üçün beynəlxalq nəzarət altında müvafiq yenidənqurma və barışıq tədbirlərinə ehtiyac duyulacaq.

Bir daha qeyd etmək istərdik ki, bizim təhlükəsiz və ləyaqətli qayıdış hüququmuzun təmin edilməsinə dair Ermənistandan qanuni tələbimiz bu ölkənin ərazi bütövlüyünə və ya suverenliyinə xələl gətirəcək şəkildə yanlış tövsif edilə bilməz.

İnsan hüquqlarına əsaslanan ədalət və barışığa nail olmaq üçün dialoqa başlamaq xahişi ilə biz birbaşa Ermənistan hökumətinə müraciət etmişik.

Biz insan hüquqlarına və insanların qanun qarşısında bərabərliyinə inanırıq. Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarına məhəl qoymamaq ədalətsizliyin davam etməsidir. Bu, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına heç cür yardım etmir.
Odur ki, sizdən xahiş edirik ki, BMT-nin Baş Katibi kimi xoş niyyətlərinizlə bizim işimizə dəstək olasınız və aşağıdakı vəzifələri yerinə yetirə biləcək BMT-nin qurumlararası missiyasını Ermənistana göndərəsiniz:

- ümumi vəziyyəti qiymətləndirmək, təhlükəsiz və ləyaqətlə könüllü qayıdışa əlverişli şəraitin yaradılması üçün addımlar müəyyən etmək;

- beynəlxalq humanitar yardım və uzunmüddətli reabilitasiya, reinteqrasiya proqramları kimi repatriasiya prosesinin ehtiyaclarını müəyyən etmək;

- geri qayıdan azərbaycanlıların hüquqlarını, azadlıqlarını və təhlükəsizliyini, onların reinteqrasiyasını təmin etmək üçün Ermənistanın həyata keçirməli olduğu qanunvericilik və icraedici tədbirləri, habelə barışığa nail olmaq üçün atmalı olduğu addımlarını müəyyən etmək;

- Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək, zərər vurulmuş və məhv edilmiş irs nümunələrinin bərpası üçün tələb olunan addımları müəyyən etmək;

- azərbaycanlılara məxsus qanunsuz zəbt olunmuş əmlakın inventarlaşdırılmasını aparmaq;

- münaqişənin Ermənistandakı evlərini tərk etməyə məcbur qalmış etnik azərbaycanlıların hüquqlarına təsiri barədə məlumat toplamaq;

- Ermənistanın qovulmuş azərbaycanlı sakinlərinin bu ölkədəki evlərini, qəbiristanlıqlarını, müqəddəs yerlərini və mədəni irsini ziyarət etmələrinə imkan yaradan etimad quruculuğu tədbirləri hazırlamaq və həyata keçirmək;

- repatriasiyanın dəstəklənməsi məqsədi ilə beynəlxalq aləmin mümkün təhlükəsizlik rolunu müəyyən etmək üçün təhlükəsizlik vəziyyətinin texniki-səhra qiymətləndirməsini həyata keçirmək.

Maraqlı tərəf olaraq, biz Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnun təmin edilməsi istiqamətində fəaliyyətin həyata keçirilməsində BMT ilə qarşılıqlı əməkdaşlıq etməyə və bununla da regionda ədalətin, sülhün və təhlükəsizliyin bərqərar edilməsinə yardım etməyə hazırıq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 772   Tarix: 08 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr