Müdafiə nazirindən Türkiyəyə süpriz mesaj – 20 ildən sonra ilk dəfə...
Fevralın 6-da Kahramanmaraş vilayətində baş verən zəlzələdən sonra Türkiyə-Yunanıstan münasibətlərində yaranan yaxınlaşma dəyərləndirilməlidir.
Bunu Yunanıstan müdafiə naziri Nikos Panayotopulos deyib.
Nazir aprelin 4-də baş tutan Türkiyəyə səfəri üçün "əla qonaqpərvərlik, ailə atmosferi, müsbət səmimiyyət" ifadələrini işlədib.
Panayotopulos ikitərəfli münasibətlərdə atmosferi yaxşılaşdırmaq üçün Türkiyədə müdafiə naziri Hulusi Akarla görüşdüyünü söyləyib.
Bunun bir Yunanıstan müdafiə nazirinin son 20 ildə Türkiyəyə ilk səfərinin olduğuna diqqət çəkən Panayotopulos gərginliyin danışıqlar masası arxasında azaldılmasının, Egey dənizinin beynəlxalq suları və hava məkanında təlimlərdən qaçınmağın lazım olduğunu bildirib.
Müdafiə naziri iki ölkə arasında iqlim dəyişikliyi, yanğınlar və zəlzələlər kimi problemlərlə mübarizədə əməkdaşlığın artırıla biləcəyinə diqqət çəkib.
Fevralın 6-da Türkiyədə baş verən zəlzələ fəlakətinin ikitərəfli əlaqələr baxımından fürsət pəncərəsi yaratdığını deyən Panayotopulos vurğulayıb: "Bu fürsətdən istifadə etməliyik".
Nazir hər iki tərəfin dialoqa tərəfdar olduğunu da söyləyib.
Yunanıstan müdafiə naziri aprelin 4-də Hulusi Akarın dəvəti ilə zəlzələnin baş verdiyi Hatayda olub. Nazirlər zəlzələ bölgəsinə baxış keçirdikdən sonra təkbətək görüşüblər.
Teleqraf.com
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1318 Tarix: 08 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi
Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək
10 oktyabrRus ordusu bu ərazini tutdu
Rusiya ordusu Xarkov vilayətinin Kiyanitsa yaşayış məntəqəsini tutub. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
9 oktyabrTramp Ağ Evə yeni mətbuat katibi təyin etdi
"Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin etməkdən şərəf duyuram" . xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib. "Keti hazırda Truth Social-da Baş Kommunikasiya Məsləhətçisi vəzifəsində çalışır və burada uğur qazanıb". [hh4-unikal]
10 oktyabrƏrəblərin milyonlarla dollar xərclədiyi 5 lüks alış
Ərəb dünyasının varlı şəxslərinin milyonlarla dollar dəyərində alışları diqqət çəkir. Onların arasında rekord qiymətə alınan avtomobil nömrəsi, lüks yaxta və dünya şöhrətli rəsm əsəri də var. Axşam.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda ərəb milyarderlərinin və şahzadələrinin ən bahal
10 oktyabrCənubi Koreya Ukraynadan səfirini geri çağırır
Cənubi Koreya Ukraynadakı səfiri Pak Hi Çxanı geri çağıracaq. "Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hökumət Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreya əsgərlərinin təhvil verilməsi barədə so
8 oktyabr