Arıqlamaq üçün tətbiq edilən düzgün olmayan vasitələr ağır xəstəliklər yarada bilər

Arıqlamaq üçün tətbiq edilən düzgün olmayan vasitələr ağır xəstəliklər yarada bilərGözəl görünmək, arıq və ideal bədən quruluşuna sahib olmaq hər bir xanımın arzusudur və hər zaman aktual məsələdir. Ona görə də qadınlar artıq çəki məsələsində olduqca həssasdırlar. Xanımlar bəzən arıqlamaq üçün müxtəlif üsullara əl atırlar. Lakin nəticə əldə etmək üçün istifadə olunan vasitələr haqqında məlumatlı olmaq lazımdır. Son vaxtlar arıqlamaq üçün ən çox istifadə olunan vasitələrdən biri yapışqan bantlardır.

AZƏRTAC xəbər verir ki, onun orqanizmə göstərdiyi təsir barədə məlumat verən həkim-diyetoloq Şəfa Yadigarova deyib: "Bədənin hansısa nöqtəsinə və ya nayihəsinə qoyulan vasitənin orqanizmə təsir etməsi inandırıcı deyil. Əslində hər şey orqanizmin daxilindən baş verməlidir. Burada biokimyəvi proseslər baş verməlidir, yoxsa bir plastr yapışdırmaqla orqanizmdə heç bir proses baş verə bilməz. İnsan həyat tərzini, qida rejimini, yuxu və su balansını dəyişmirsə, onun arıqlamasına nə kömək edə bilər? Bu, ən böyük cəfəngiyatdır".

Həkim-diyetoloq bildirib ki, çəki atmaq üçün düzgün qidalanma rejiminə əməl edilməlidir: "Arıqladıcı çayların və tərkibini tam şəkildə bilmədiyimiz digər vasitələrin orqanizmə uyğun olub-olmadığını, göstərdiyi müsbət və mənfi cəhətləri öyrənmədən onları tətbiq etmək olmaz. Bu, süni olaraq infarkt, insult, işemiya, damar problemi və ateroskleroz kimi xəstəliklər yarada bilər. Daimi olaraq detoks çaylar və arıqladıcı vasitələrdən istifadə edilməsinin xeyrindən çox zərəri var. Çox vaxt onların kor-koranə istifadəsi bağırsaq və mədə xərçənginə aparıb çıxarır".

Həmin vasitələrdən istifadə etdikdən sonra yenidən kökəlmə faizi çox yüksəkdir. Ona görə də ən sağlam yol idman və sağlam qidalanmadır. Bundan başqa artıq çəki atmağa başlamazdan qabaq kökəlmənin səbəbini araşdırmaq lazımdır, çünki bu təkcə qidalanma yox, qalxanvari vəz, hormonal səbəblər, mədəaltı vəzin fəaliyyətində pozulma və qadın xəstəlikləri ilə də əlaqədar ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 894   Tarix: 08 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10 oktyabr
.

Oftalmoloq: Bu qidalar göz sağlamlığını qorumağa kömək edir

"Qidalanma göz sağlamlığına təsir göstərir. Yaşıl və sarı rəngli tərəvəz və meyvələr, balıq və qoz-fındıq gözlərin sağlamlığı üçün faydalı qidalar sırasındadır". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbaycan Sənaye Sığortanın "Ümumdünya Görmə günü"

9 oktyabr
.

Bu xəstəliklər illər sonra XƏRÇƏNGƏ APARIR - DİQQƏT

Dünyada hər il milyonlarla yeni xərçəng hadisəsinin bəzi infeksiyalarla əlaqəli olduğu açıqlanıb. Mütəxəssislər bir sıra infeksiyaların uzunmüddətli davam etdiyi halda müəyyən xərçəng növlərinin yaranma riskini artıra bildiyini bildirirlər. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) 2026-c

4 oktyabr
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

5 oktyabr
.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabınd

26 sentyabr
.

Gözləriniz əsl yaşınızı göstərə bilər

Yeni araşdırma süni intellektlə aparılan göz müayinələrinin insanların bioloji yaşlanma sürətini və bəzi gizli sistem xəstəlikləri erkən mərhələdə müəyyən edə biləcəyini ortaya qoyub. xəbər verir ki, Cənubi Koreyanın Seul milli universitetinin alimləri gözün arxa hissəsində yerləşən tor qişanı (retinanı

30 sentyabr
.

Hansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?

Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis

6 oktyabr
.

Səsiniz qocalmağınızdan xəbər verə bilər - Alimlərdən yeni kəşf

Süni intellekt texnologiyaları insan orqanizmindəki yaşlanma prosesini qiymətləndirmək üçün yeni imkanlar yaradır. Alimlər insanın səsindən istifadə etməklə onun bioloji yaşlanmasının sürətini müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırm

8 oktyabr
.

Qadınlarda "supergörmə" geni ola bilər, amma adətən "yatmış vəziyyətdə" qalır

Qadınların 12 faizə qədəri potensial olaraq əlavə rəng reseptoru verən genlərin daşıyıcısı ola bilər. Bu isə onlara digər insanların görə bilmədiyi rəngləri ayırd etmək imkanı verə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics" məlumat yayıb. İnsanların adi görmə qabiliyyət

22 sentyabr