"Heç kimi öldürmədikcə, psixi xəstəni müalicəyə məcbur etmək olmaz" – Psixiatrdan AÇIQLAMA

"Heç kimi öldürmədikcə, psixi xəstəni müalicəyə məcbur etmək olmaz" – Psixiatrdan AÇIQLAMA"Ölkədə psixi xəstəliklərdən əziyyət çəkənlərin sayı həddən artıq çox olsa da, onları vaxtında həkimə gətirmirlər. Mollanın, ekstrasenslərin, "cin çıxaran"ların yanına aparırlar. Nəticədə, xəstənin vəziyyəti ağırlaşır və ətrafdakılar üçün təhlükə yaradırlar".

Bunları həkim-psixiatr Abdulla Şıxlinski deyib.

Həkimin sözlərinə görə, bu cür xəstələri yalnız vəziyyətləri ağırlaşdıqdan sonra psixiatra gətirirlər ki, artıq müalicə üçün gec olur.

Ölkədə psixiatriya atılmış sahədir?

Abdulla Şıxlınski bildirib ki, Azərbaycanda psixiatriyanın inkişafının qayğısına heç kim qalmır:

"Ölkədə psixiatriya təbabətin "atılmış sahəsidir". Hətta savadlı insanlarımız var ki, onlar həkim-psixiatrla psixoloqun fərqini bilmirlər. Pedaqoji institutu bitirən psixoloqların xəstələrlə işləməyə ixtiyarı yoxdur. Amma televiziyalar onları həkim kimi reklam edir və insanlar onların yanına psixiatr kimi gedirlər.

Psixoloqlar isə onları aldadır və külli miqdarda pullarını alırlar. Həmçinin, "cin çıxaranlar" da insanları aldadır. Bir dəfəyə 700-1000 manat pul alırlar. İnsanlar özü bu barədə bizə danışır. Bu işlə məşğul olanlar "həkimə getməyin, dərman qəbul etməyin", - deyə tövsiyə edirlər".

Psixi xəstəliklərlə bağlı profilaktik tədbirlərin görülməsinə gəlincə, həkim bildirib ki, psixiatriya xəstəxanalarının sayını artırmaq lazımdır:

"Bizdə sayı artırmaq yerinə, Bayılda olan bir xəstəxananı yandırdılar və yerində "novostroyka" tikdilər. Bakı böyüklüyündə şəhərdə cəmi iki bu tipli xəstəxana var. Biri Maştağada olan respublika miqyaslı 1 saylı Psixiatriya Xəstəxanası, digəri isə Bakı Slavyan Universitetinin yanında yerləşən xəstəxanadır. Xəstələrin sayı çox olduğuna görə cəmi iki xəstəxana çox azdır. Yeniləri açılmalıdır. Eyni zamanda, "Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu"na əlavələr olunmalıdır.

Qanun çox yumşaqdır. O qanun imkan verməlidir ki, sosial təhlükəli ruhi xəstələri xəstəxanaya məcburi qaydada göndərə bilək. Qanunda yazılıb ki, xəstə heç kimi öldürmədiyi, əmlakını dağıtmadığı vaxta qədər ona toxunmaq olmaz. Amma xəstənin kimisə öldürməsindən sonra onu xəstəxanaya aparmaq artıq gec olur. Həkimlər onları məcburi şəkildə xəstəxanaya göndərə bilmədikləri üçün psixi xəstələr istədikləri vaxt xəstəxanaya gedir, istəmir getmir. Narkomanlar nə cür istəyir hərəkət edir, qarşılarını almaq olmur. Elə buna görə də adıkeçən qanun tamamilə dəyişdirilməli və sərtləşdirilməlidir. Psixi xəstəliyinə şübhə olan insanlar vaxtında ekspertiziya cəlb olunmalı və onlar barəsində vaxtında tədbir görülməlidir ki, ətrafdakılara zərər vurmasınlar".

Qohum evliliklərin qarşısı alınamlıdır…

A.Şıxlinski vurğulayıb ki, bu sahədə profilaktik tədbir olaraq ölkədə qohum evliliklərinin qarşısını almaq lazımdır. Bundan başqa, əhali arasında sanitariya maariflənməsi aparılmalıdır:

"İnsanlara başa salmaq lazımdır ki, psixi pozğunluğun əlaməti olan kimi "çinçıxaran"a yox, həkim-psixiatra müraciət etsinlər. Sosial şəbəkələrə nəzarət olunmalıdır. Çünki bu cür şəbəkələrdə daha çox lazımsız şeylər yazan, insanları çaşdıranlar psixi xəstələrdir. Onların vaxtı çoxdur. Çoxu işləmir, pensiya ilə dolanır. Sosial şəbəkələrdə oturur və kiminsə haqqında pis məlumatlar yazırlar. İzləyicilər isə heç bir sübut axtarmadan həmin məlumatları qəbul edir və fikir formalaşdırır.

Xəstə insanların yazdığı zərərli məqamlara heç kim nəzarət etmir. Ona görə də Azərbaycanda ruhi xəstələr haqqında məlumat bazası olmalıdır. Onların sosial şəbəkələrə daxil olaraq nalayiq sözlər yazmasının, insanlara şər atmasının qarşısını almaq üçün məlumat bazası vacibdir. Həmin məlumat bazası bu cür xəstələri vaxtında həkimə göndərməyə də kömək edəcək. Bu cür məlumat bazası bir çox ölkələrdə mövcuddur".

Bizim.Media


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1191   Tarix: 08 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10 oktyabr
.

Oftalmoloq: Bu qidalar göz sağlamlığını qorumağa kömək edir

"Qidalanma göz sağlamlığına təsir göstərir. Yaşıl və sarı rəngli tərəvəz və meyvələr, balıq və qoz-fındıq gözlərin sağlamlığı üçün faydalı qidalar sırasındadır". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbaycan Sənaye Sığortanın "Ümumdünya Görmə günü"

9 oktyabr
.

Bu xəstəliklər illər sonra XƏRÇƏNGƏ APARIR - DİQQƏT

Dünyada hər il milyonlarla yeni xərçəng hadisəsinin bəzi infeksiyalarla əlaqəli olduğu açıqlanıb. Mütəxəssislər bir sıra infeksiyaların uzunmüddətli davam etdiyi halda müəyyən xərçəng növlərinin yaranma riskini artıra bildiyini bildirirlər. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) 2026-c

4 oktyabr
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

5 oktyabr
.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabınd

26 sentyabr
.

Gözləriniz əsl yaşınızı göstərə bilər

Yeni araşdırma süni intellektlə aparılan göz müayinələrinin insanların bioloji yaşlanma sürətini və bəzi gizli sistem xəstəlikləri erkən mərhələdə müəyyən edə biləcəyini ortaya qoyub. xəbər verir ki, Cənubi Koreyanın Seul milli universitetinin alimləri gözün arxa hissəsində yerləşən tor qişanı (retinanı

30 sentyabr
.

Hansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?

Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis

6 oktyabr
.

Səsiniz qocalmağınızdan xəbər verə bilər - Alimlərdən yeni kəşf

Süni intellekt texnologiyaları insan orqanizmindəki yaşlanma prosesini qiymətləndirmək üçün yeni imkanlar yaradır. Alimlər insanın səsindən istifadə etməklə onun bioloji yaşlanmasının sürətini müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırm

8 oktyabr
.

Qadınlarda "supergörmə" geni ola bilər, amma adətən "yatmış vəziyyətdə" qalır

Qadınların 12 faizə qədəri potensial olaraq əlavə rəng reseptoru verən genlərin daşıyıcısı ola bilər. Bu isə onlara digər insanların görə bilmədiyi rəngləri ayırd etmək imkanı verə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics" məlumat yayıb. İnsanların adi görmə qabiliyyət

22 sentyabr