Azərbaycanda maşınlar bahalaşacaq? - Ekspert aydınlıq gətirdi
Baş nazirin istehsal tarixi 10 ildən çox olan avtomobillərin Azərbaycana girişinin qadağan edilməsi ilə bağlı qərarından sonra bahalaşma ilə bağlı iddialar yayılıb.
Əksəriyyətin fikrincə, bu qərarın qüvvəyə mindiyi vaxtdan etibarən gəlişi qadağan edilən maşınlar kəskin bahalaşacaq. Bu avtomobillərə isə xüsusən, "Toyota Corolla", "Kia Rio", "Opel" və s marka daxildir. Məhz bahalaşma qorxusu ilə onlarla alıcı qərar qüvvəyə minənə qədər özünə avtomobil almaq istəyir.
Bəs görək, iddialar nə dərəcədə doğrudur? Həqiqətən də bir müddət sonra Azərbaycanın avtomobil bazarında kəskin bahalaşmanın şahidi olacağıq?
Məsələ ilə bağlı Lent.az-a danışan avtomobil bazarı araşdırmaçısı Sərxan Qədirli bildirib ki, yayılan fikirlər hamısı şayiədir və bahalaşmaya hələlik heç bir səbəb yoxdur:
"Bahalaşma qərar qüvvəyə minənə qədər olacaq. Daha sonra bir müddət bazarda durğunluq yaşanacaq. Alıcılıq qüvvəsi aşağı enəcək. Tələbat azaldığı üçün təklif qiymətinin artmasının mənası yoxdur. Ən əsasın bu bir ayda ölkəyə çoxlu sayda Koreya və Yaponiyadan 10-15 min manat dəyərində olan avtomobillər gətirilir. Nəzərə alaq ki, həmin avtomobillərdən ölkədə kifayət qədərdir. Qiymət artımları şayiədir, bahalaşmaya səbəb yoxdur. Bahalaşmaya yalnız gömrük qiymətlərinin artması səbəb ola bilər".
Ekspertin sözlərinə görə, növbəti aylarda elektromobillərə tələbat daha çox olacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Brent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb
Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl
22 sentyabrAzərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 485 milyon 186,02 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 252 milyon 544,42 min ABŞ dolları və yaxu
26 sentyabrAzərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
24 sentyabrBu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. xəbər verir ki, sözügdən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Verg
30 sentyabrBritaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl
21 sentyabrAzərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. "Report"un Aran bürosu xəbər verir ki, bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmi
2 oktyabrƏmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,
1 oktyabr