İcra hakimiyyətinin vəzifəli şəxsləri ilə əlbir olan şəxs yenidən məhkəmə qarşısında
"Azərbaycan Gözdən Əlillər Cəmiyyəti" ictimai birliyinin üzvləri üçün Nərimanov rayonunda inşa edilmiş mənzilləri qanunsuz olaraq satmaqda ittiham edilən Məzahir Nəsibovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas aprelin 12-nə təyin edilib.
Şikayət haki. Elmar Rəhimovun sədrliyi ilə araşdırılacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hömünə əsasən M.Nəsibov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: İş üzrə zərərçəkmiş Sərhəd İbayev məhkəmədə dindirilən zaman bildirib ki, mənzil almaq üçün 40 min manatı M.Nəsibova verib.
Bu iş üzrə araşdırmalar bir neçə ildən artıqdır davam edib. Cinayət əməlinə görə ayrı-ayrı şəxslər də məsuliyyətə cəlb edilib. Onlar vətəndaşlardan rüşvət alaraq Nərimanov Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə veriblər və beləliklə vətəndaşları aldadıblar.
Xatırlatma: M.Nəsibov Ukraynada tutularaq Azərbaycan Respublikasına ekstradisiya olunub.
Onun "Azərbaycan Gözdən Əlillər Cəmiyyəti" İB və Nərimanov Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq birliyin üzvü olan gözdən əlillər üçün inşa edilən çoxmərtəbəli yaşayış binasındakı mənzillərin aztəminatlı ailələr üçün növbəlilik qaydasında paylanması nəzərdə tutulmasına baxmayaraq, binanın tikintisi başa çatdıqdan sonra özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib 111 kənar şəxsə sataraq onlara 6,5 milyon manat məbləğində zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
M.Nəsibov istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilmişdi. Ukraynanın hüquq-mühafizə orqanları ilə qurulmuş əməkdaşlıq əlaqələri nəticəsində o, Ukraynada tutularaq 11 may 2020-ci il tarixdə Azərbaycana ekstradisiya olunub.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1302 Tarix: 09 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şirniyyat dükanına silahlı hücum edən yeniyetmələr həbs olunub - VİDEO
Türkiyənin Adana şəhərində ötən il iki dəfə silahlı hücuma məruz qalan şirniyyat dükanı bir neçə gün əvvəl yenidən atəşə tutulub. Polis araşdırması nəticəsində hücumu həyata keçirənlərin 15 və 16 yaşlı yeniyetmələr olduğu müəyyən edilib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Seyhan rayonund
7 iyulAğdamda FACİƏ: Ata və azyaşlı övladı öldü
Ağdam rayonunda bir ailənin iki üzvü faciəli şəkildə ölüb. -ın məlumatına görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində baş verib. Kənd sakini olan kişi iki azyaşlı övladı ilə Xatın su anbarında çimərkən batıblar. Ata və azyaşlı övladının biri boğulub, digər azyaşlı isə xilas edilib. Faktla bağl
4 iyulLisenziyası ləğv edilən plastik cərrah hovuzda ölü tapıldı
ABŞ-ın Kaliforniya ştatında keçmişdə estetik əməliyyatdan sonra bir pasiyentin ölümünə görə həkimlik lisenziyası ləğv edilən 71 yaşlı plastik cərrah Sarva Aldoori yaşadığı evin hovuzunda ölü tapılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Bakersfild şəhərində baş verib. Polis həkimin ölüm səbəbini
6 iyulSürücü öldü, maşındakı badımcanlar kanala səpələndi - Video
Qusarın Samur qəsəbəsində (SDK yolu adlanan ərazi) ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" "Shimal.News"a istinadən xəbər verir ki, Samur-Dəvəçi kanalının yaxınlığında "DAF" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə 28 yaşlı sürüc
7 iyulZərdabda su arxında meyit tapılıb
Zərdab sakininin su arxından meyiti tapılıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Təhlə Qoca oğlu Mustafayevin meyiti su arxında aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırm
5 iyulAğsuda çətənə kolu yetişdirən şəxs tutulub
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 51 yaşlı Amil Nağıyev saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun yaşadığı ünvanda
4 iyul