Yüksək vəzifəli məmurun maşınına hücum edən biznesmen tutuldu
Aprelin 6-da Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində avtomobilin qarşısının kəsilərək sürücüdən qanunsuz pul tələb edilməsi barədə polisə məlumat daxil olub.
DİN-dən verilən məlumata görə, Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Bakı şəhər sakini Vahid Xələfov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Qeyd edək ki, Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilov hüquq-mühafizə orqanlarına müraciət edərək aprelin 6-da səhər saat 08 radələrində avtomobilinə hücum edildiyini deyib.
O qeyd edib ki, tanışı, 1969-cu il təvəllüdlü Vahid Xələfov səhər saatlarında Xəzər rayonu Şağan qəsəbəsində idarə etdiyi "Lexus" markalı, 10 ** 200 dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını kəsib. Həmin şəxsin əlində silaha bənzəyən əşya ilə avtomobilə zərbələr endirdiyini deyən Hikmət Xəlilov onun hədə-qorxu ilə pul tələb etdiyini iddia edib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1316 Tarix: 09 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şirniyyat dükanına silahlı hücum edən yeniyetmələr həbs olunub - VİDEO
Türkiyənin Adana şəhərində ötən il iki dəfə silahlı hücuma məruz qalan şirniyyat dükanı bir neçə gün əvvəl yenidən atəşə tutulub. Polis araşdırması nəticəsində hücumu həyata keçirənlərin 15 və 16 yaşlı yeniyetmələr olduğu müəyyən edilib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Seyhan rayonund
7 iyulAğdamda FACİƏ: Ata və azyaşlı övladı öldü
Ağdam rayonunda bir ailənin iki üzvü faciəli şəkildə ölüb. -ın məlumatına görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində baş verib. Kənd sakini olan kişi iki azyaşlı övladı ilə Xatın su anbarında çimərkən batıblar. Ata və azyaşlı övladının biri boğulub, digər azyaşlı isə xilas edilib. Faktla bağl
4 iyulLisenziyası ləğv edilən plastik cərrah hovuzda ölü tapıldı
ABŞ-ın Kaliforniya ştatında keçmişdə estetik əməliyyatdan sonra bir pasiyentin ölümünə görə həkimlik lisenziyası ləğv edilən 71 yaşlı plastik cərrah Sarva Aldoori yaşadığı evin hovuzunda ölü tapılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Bakersfild şəhərində baş verib. Polis həkimin ölüm səbəbini
6 iyulSürücü öldü, maşındakı badımcanlar kanala səpələndi - Video
Qusarın Samur qəsəbəsində (SDK yolu adlanan ərazi) ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" "Shimal.News"a istinadən xəbər verir ki, Samur-Dəvəçi kanalının yaxınlığında "DAF" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə 28 yaşlı sürüc
7 iyulZərdabda su arxında meyit tapılıb
Zərdab sakininin su arxından meyiti tapılıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Təhlə Qoca oğlu Mustafayevin meyiti su arxında aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırm
5 iyulAğsuda çətənə kolu yetişdirən şəxs tutulub
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 51 yaşlı Amil Nağıyev saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun yaşadığı ünvanda
4 iyul