Üçüncü "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin ilk sınaq imtahanı baş tutub
"Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə sınaq imtahanı keçirilib.
İştirakçıların istənilən məkandan onlayn formada qatıldıqları imtahan 11:00 və 16:00 olmaqla, iki sessiyada təşkil edilib.
Onlayn mərhələnin ilk sınaq imtahanında 6 469 nəfər iştirakçı iki sessiyada sualları cavablandırıb. Suallar Azərbaycan və dünya ölkələri üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, həmçinin hüquq və iqtisadiyyat sahələri, müasir trendlər olmaqla 4 blok üzrə aparılıb. Hər blok üzrə 25 dəqiqə, toplamda isə imtahan üçün 2 saat vaxt ayrılıb. "Yüksəliş" müsabiqəsi ilə bağlı yaradılmış Çağrı Mərkəzi, sosial şəbəkələr və elektron poçt vasitəsilə müraciətlər cavablandırılaraq iştirakçılara dəstək göstərilib. Ümumi biliklər üzrə onlayn mərhələnin əsas imtahanı 16 aprel tarixində baş tutacaq.
"Yüksəliş" müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 AZN dəyərində pul mükafatı gözləyir.
"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca 3-cü "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 564 Tarix: 09 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bu ərazidən şəhərə gedənlərə ŞAD XƏBƏR
Masazır kəndini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, martın 1-dən yeni daşıyıcı xəttin istismarını həyata keçirəcək. xəbər verir ki, marşrut xəttində nisbətən yeni ortatutumlu "Karsan" markalı avtobusla
28 fevralAzərbaycanda güclü zəlzələ gözlənilir? - RƏSMİ
Bildiyiniz kimi, Şamaxıda zəlzələ baş verəndən sonra avterşoklar qeydə alındı, hazırda davam edir. xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli məlumat verib. O bildiri
27 fevralYeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib. "Report" xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi həyata keçirilib. Bu gün saat 08:00-dan 20:00-dək yeddi vətəndaşın Azərbaycana keçidi təmin olunub. Daha əvvəl Azərbaycanı
28 fevral"Uniklinika"da nöqsanlar aşkarlanıb
Bir neçə gün əvvəl Bakı şəhərində fəaliyyət göstərən "Uniklinika" adlı özəl tibb müəssisəsinin külli miqdarda vergi borcu yarandığına dair məlumat yaymışdıq. Belə ki, vergi uçotuna "Unikal-A" MMC adı ilə alınan "Uniklinika"nın dövlətə 245 min 734 manat vergi borcu mövcuddur
27 fevralƏmlak sahibləri üçün vacib dəyişiklik - 15 günə...
Daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyatı üçün vətəndaşlar tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə göstərilən torpaq kateqoriyası bəzi hallarda dövlət kadastrında əksini tapan torpaq kateqoriyasından fərqlənir. Belə uyğunsuzluqların aradan qaldırılması məqsədilə qanunvericilikd
28 fevralBu halda əməkdaş işdən çıxarıla bilər
Azərbaycanda bəzi hallarda işçilər yol verdikləri pozuntuya görə işdən azad edilir və sonradan əvvəlki vəzifələrinə bərpa olunmaqda çətinlik yaşayırlar. -in məlumatına görə, Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işəgötürən
27 fevral