Qanundakı dəyişiklik Azərbaycanda yaşayan xarici vətəndaşlığı olan soydaşlarımıza necə təsir edəcək?

Qanundakı dəyişiklik Azərbaycanda yaşayan xarici vətəndaşlığı olan soydaşlarımıza necə təsir edəcək?Miqrasiya Məcəlləsinə dəyişikliklər Milli Məclisdə müzakirəyə çıxarılaraq üçüncü oxunuşda təsdiqlənib. Əsas dəyişikliklərdən biri də odur ki, əcnəbilərə ölkə ərazisində uzun müddət yaşamaq icazəsi almadan haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq, gələcəkdə Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciət etmək və digər geniş imkanlar tanınıb.

Dəyişikliyə görə, əcnəbilər yüksək ixtisaslı mütəxəssis və ya ərazisində olduğu ölkənin vətəndaşı ilə birinci dərəcəli yaxın qohum olarsa, yəni atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan vətəndaşıdırsa, həmin əcnəbiyə ölkəmiz ərazisində daimi yaşamaq icazəsi almaq imkanı verilir.

Bu dəyişiklik hazırda Azərbaycanda yaşayan Gürcüstan və Rusiya vətəndaşlığı daşıyan soydaşlarımızın həyatına necə təsir edəcək?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov mövzu ilə bağlı açıqlamasında bildirib ki, dünyanın bütün ölkələrində miqrasiya prosesləri kifayət qədər dinamikdir, dəyişkəndir. Bu prosesdə ictimai-siyasi, sosial-iqtisadi və digər səbəblər təsiredici rola malikdir:

"Azərbaycanda da qonşu ölkələrlə, xüsusən də Rusiya ilə çox sıx, intensiv miqrasiya mübadiləsi var. Azərbaycan-Rusiya miqrasiya mübadiləsi qonşu ölkələrlə ümumi miqrasiya mübadiləsinin 80-85 faizini təşkil edir. Bu səbəbdən miqrasiya qanunvericiliyi miqrasiya mübadiləsini düzgün və faydalı şəkildə tənzimləməlidir. Zaman-zaman baş verən proseslər, kənar amillər Miqrasiya Məcəlləsinin ayrı-ayrı müddəaları üzərində yenidən işləməyi, qanunvericiliyi daha da təkmilləşdirməyi zəruri edir. Bu zərurətdən irəli gələrək atılan addımlardan biri də daimi yaşamaq hüququnun alınması məsələsinin günün tələbinə uyğun şərtlərlə tənzimlənməsidir. Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən dəyişiklik məhz buna xidmət edir. Azərbaycanda fasiləsiz olaraq son 2 il ərzində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daimi yaşamaq hüququ əldə etmək üçün vəsatət verə bilərlər. Burada birinci dərəcəli qohumluq əlaqəsinin əsas götürülməsi, qohumluq dərəcəsinin əhatəsi konkret olaraq göstərilib".

A.Allahverənov deyib ki, Miqrasiya Məcəlləsindəki bu dəyişiklik ölkə ərazisində müvəqqəti yaşamaq istəyənlər üçün əlavə imkanlar yaradır. Onun qənaətincə, bu dəyişiklik xarici vətəndaşlığı olan mütəxəssislərin ölkəyə cəlb olunmasına da kömək edəcək:
"Daimi yaşamaq hüququ əldə edən şəxsin əmək fəaliyyəti göstərməsi üçün əlavə icazə almasına ehtiyac yaranmır. Həmin şəxslər siyasi hüquqlar istisna olmaqla, Azərbaycan vətəndaşlarının sahib olduğu digər bütün hüquqlardan istifadə edə bilərlər. Daimi yaşamaq hüququ olan şəxslər seçki yolu ilə bələdiyyələrin idarəolunmasında da yaxından iştirak imkanı qazanır. Onlar Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak edə, digər vətəndaşlar kimi pulsuz ali təhsil almaq hüququndan yararlana bilərlər. Göründüyü kimi üstünlüklər çoxdur və bu, Azərbaycanda daimi yaşamaq hüququ əldə edənlər üçün daha geniş imkanlar, hüquqlar deməkdir. Müsbət haldır ki, Azərbaycanda daimi yaşamaq istəyənlərin sayı ildən-ilə artır. Əgər 2021-ci ildə 2397 nəfər daimi yaşamaq icazəsi almışdısa, 2022-ci ildə belə şəxslərin sayı 2869 nəfər olub".

"Sadaxlı Eli" İctimai Birliyinin sədr müavini, Gürcüstan azərbaycanlısı Rasim Dəmirçəlli də Miqrasiya Məcəlləsinə edilən dəyişikliyi təqdirəlayiq hal kimi qiymətləndirib.

O, Gürcüstan azərbaycanlılarının illərdir qanunun mövcud tələbindən dolayı müxtəlif çətinliklərlə üzləşdiklərini deyib:

"Mən 1988-ci ildən Bakıda yaşayıram, burada bağçaya getmişəm, orta məktəb və ali təhsilimi də Azərbaycanda almışam. Amma bir kağız parçası sıravi Azərbaycan vətəndaşı ilə mənim aramda fərq yaradıb. Mən də Azərbaycan üçün faydalı olmaq istəmişəm. Təəssüf ki, "sən Azərbaycan vətəndaşı deyilsən", "qanunla burada daimi yaşamaq hüququn yoxdur" və sair bu kimi maneələr mənim kimi neçə-neçə soyadaşımızın qarşısını kəsib. Belə yanaşma Gürcüstan azərbaycanlılarını üçüncü, dördüncü ölkələrə üz tutmağa məcbur edib. Soydaşlarımız vətəndaşı olduğu Gürcüstanda da o dövrlərdə "sən dövlət dilini bilmirsən, diplomun burada keçərli deyil" və sair kimi məsələlərlə qarşılaşıb daha ağır vəziyyətdə yaşamaqdansa, Azərbaycanda və digər ölkələrdə müxtəlif sahələrdə çalışmağı seçiblər. Azərbaycanın Milli Məclisində müzakirəyə çıxarılan və təsdiqlənən, qəbul olunmasını səbirsizliklə gözlədiyimiz yeni qanun ümidvarıq ki, bundan sonra soydaşlarımızın həyata daha nikbin və inamlı baxmasına vəsilə olacaq, indiyə qədər üzləşdiyimiz çətinlikləri aradan qaldıracaq".

Mövzu ilə bağlı Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, miqrasiya qanunvericilikdəki dəyişikliklərlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1215   Tarix: 09 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Gələcəkdə pensiyalar AZALACAQ

Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. -a istinadən xəbər verir ki, iqtisadç

11 oktyabr
.

Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?

Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə

10 oktyabr
.

Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi

"Təhsil yalnız bilik və bacarıqların öyrədilməsi ilə məhdudlaşmır. Məktəb həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, milli-mənəvi dəyərləri mənimsədiyi, intizam, məsuliyyət və qarşılıqlı hörmət kimi keyfiyyətlər qazandığı mühüm ictimai mühitdir. Bu baxımdan məktəblilərin vahid məktəb formasınd

9 oktyabr
.

Qaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video

Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d

10 oktyabr
.

Lənkəranın 5 kəndinə dolu düşdü - Foto

Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb. Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dol

10 oktyabr
.

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

Avropanın mərkəzində, Türkiyədəki telefon qiymətinə mənzil sahibi olmaq artıq reallığa çevrilib. "Yeni Sabah" "Sözçü" nəşrinə istinadən xəbər verir ki, Macarıstanın şimalında, Slovakiya sərhədinə yaxın yerləşən tarixi Salqotaryan şəhərində əhalinin azalması ilə daşınmaz əmlak bazar

10 oktyabr
.

Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü

Azərbaycanda bu gündən etibarən ov mövsümü açıq elan edilib. xəbər verir ki, bu barədə qərar "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın iclasında qəbul edilib. Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatlar

10 oktyabr
.

Məktəbli forması ilə bağlı monitorinqlər keçirilir: Məqsəd nədir?

Məktəblərdə vahid geyim formalarına dair monitorinqlərin keçirilməsi müəyyən edilmiş qaydalara əməl olunmasına nəzarət baxımından əhəmiyyətlidir. xəbər verir ki, məktəbli forması şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almağa, bərabərliyin qorunmasına və nizam-intizamın gücləndirilməsin

9 oktyabr
.

Pensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili

11 oktyabr