MM Heydər Əliyevin 100 illiyi ilə əlaqədar yubiley medalının təsis edilməsi barədə layihəni təsdiqləyib

MM Heydər Əliyevin 100 illiyi ilə əlaqədar yubiley medalının təsis edilməsi barədə layihəni təsdiqləyibMilli Məclis "Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təsdiq edib.

Sonxeber.az-ın xəbərinə görə, məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunun 2-ci maddəsinə "Vətən Müharibəsi Qəhrəmanı" medalı hissəsindən əvvəl "Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı məzmunda yeni hissə əlavə edilir.

"Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı üzəri 999.9 əyarlı qızıl qatı ilə örtüləcək soyuq ştamplama üçün nəzərdə tutulmuş xüsusi tərkibli əlvan metaldan hazırlanan ümumi diametri 42 mm olan, bir-birinin üzərinə qoyulmuş iki səkkizguşəli ulduzdan ibarət olacaq.

Medalın ön tərəfində hər bir guşəsi relyefli xətlərlə işlənmiş səkkizguşəli ulduzun üzərində guşələri ağ rəngli mina ilə işlənmiş səkkizguşəli ulduz yerləşdirilib. Ağ minalı səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış, diametri 26 mm olan dairəvi lövhə yerləşdirilib. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "HEYDƏR ƏLİYEV" sözləri, aşağı qövs boyunca "1923-2023" rəqəmləri yazılıb.Daxili çevrənin içərisində, mərkəzdə Heydər Əliyevin barelyefi həkk olunub.

Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, yuxarı hissəsinə 34,5 mm x 1,5 mm ölçülü və aşağı hissəsinə 34,5 mm x 7,5 mm ölçülü, üzərində dəfnə yarpaqlarından ibarət çələng həkk olunmuş qızılı rəngli hamar lövhə bərkidilmiş, 31,5 mm x 15 mm ölçülü xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

Layihəyə əsasən, "Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycanın və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif ediləcəklər:

1. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin tədqiqində və təbliğində xüsusi xidmətlərinə görə;

2. Azərbaycanın dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında xüsusi xidmətlərinə görə;

3. azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə;

4. sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə görə;

5. Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasına və inkişafına, Azərbaycanın tərəqqisinə və şöhrətinin artmasına töhfə verən xidmətlərinə görə;

6. Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə;

7. dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə.

"Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda ordenlərdən sonra taxılacaq.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 589   Tarix: 11 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yüksək bal toplayan müəllimlər direktor ola biləcək

"Bu il direktorların işə qəbul imtahanında olan əsas dəyişiklik namizədlərin yüksək bal toplayan müəllimlər arasından seçilməsidir". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirdiyi brifinqdə bildirib

28 aprel
.

14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi - Biri öldü - Yenilənib

Bakıda dəm qazından zəhərlənən gənc ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu R.Bağırov küçəsindəki evlərin birində baş verib. Aprelin 28-i saat 21 radələrində Neftçala rayon sakini 2009-cu il təvəllüdlü H.Mustafayevin kirayə yaşadığı evə qonaq gələn Ağdaş rayon sakini 2007-c

29 aprel
.

Aprelin son günündə hava necə olacaq?

Azərbaycanda aprelin 30-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanı

29 aprel
.

Azərbaycanlı polkovnik Ukraynada vəfat etdi

Uzun illərdir Ukraynada yaşayan, bu ölkədə müxtəlif vəzifələrdə işləmiş polkovnik Mürşüd Xəlilov vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Mübariz Aslanov məlumat yayıb. Mürşüd Xəlilov 30 ildən çoxdur ki, Ukraynada yaşayırmış və bu ölkənin hüquq-mühafizə orqanlarında yüksək vəzifələrd

29 aprel
.

Bakıda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR

Bakı şəhərində səkilər, həyətlər, park və bağların abadlaşdırılması və təmiri ilə bağlı işlər görüləcək. -in əldə etdiyi məlumata görə, layihəni "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC icra edəcək. Görüləcək işlərin ümumi dəyəri təxminən 65 milyon manata yaxındır. Layihə çərçivəsində səkiləri

29 aprel
.

WUF13-də iştirak üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) iştirak üçün 175 ölkəni təmsil edən 23 350 nəfər qeydiyyatdan keçib. xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır"

29 aprel
.

Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, mərkəzin əməkdaşlar

29 aprel
.

Dələduzluq qurbanı olan şəxs pulunu geri almaq üçün hansı addımları atmalıdır? - AÇIQLAMA

Müasir dövrdə dələduzluq halları həm onlayn platformalarda, həm də gündəlik münasibətlərdə daha çox rast gəlinən hüquq pozuntularından biridir. Vətəndaşlar bəzən saxta elanlar, yalan vədlər, investisiya təklifləri, borc adı ilə pul alma halları və digər üsullarla maddi ziyana məruz qalırlar. Bəs görəsə

28 aprel
.

İldə yalnız bir dəfə çıxır, min bir dərdə şəfa olduğu deyilir - VİDEO

Türkiyənin Elazığ bölgəsində xalq arasında "Şərqin bananı" adlandırılan və bir çox xəstəliyə faydalı olduğuna inanılan ışkın (yabanı ravənd) bu mövsüm yenidən satışa çıxarılıb. türk mediasına istinadən xəbər verir ki, dağlıq ərazilərdə çətin şəraitdə yığılan bu bitki mövsümün əvvəlində kiloqram

29 aprel