FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıtda yanğın-taktiki təlim keçirib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı, Dövlət Yanğın Nəzarəti Xidməti və Sumqayıt Regional Mərkəzinin iştirakı ilə Sumqayıt Dövlət Dram Teatrının binasında "İnzibati binalarda baş vermiş yanğın hadisəsinin söndürülməsinin və insanların təxliyəsinin düzgün təşkili" mövzusunda yanğın-taktiki təlim keçirilib.
FHN-dən verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd Sumqayıt şəhəri ərazisində yerləşən inzibati binalarda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasediciləri obyektin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə işçilərin "təhlükəli ərazidən" təxliyə edilməsi, "yanğın" yerində çevik kəşfiyyatın aparılması və "yanğının söndürülməsi" əməliyyatlarını uğurla yerinə yetiriblər.
Təlim başa çatdıqdan sonra bölmələrin "yanğının söndürülməsi" və "insanların təxliyəsi" zamanı fəaliyyətləri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Təlimə ümumilikdə 9 ədəd texnika və 60 nəfərdən çox şəxsi heyət üzvü cəlb olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1162 Tarix: 16 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər
"Vahid məktəbli forması şagirdlərin davranışına və məktəbdə nizam-intizama təsir edən amillərdən biri hesab oluna bilər. Eyni geyim qaydasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbin daxili qaydalarına hörmətin artmasına və daha sistemli təhsil mühitinin yaranmasına şərai
9 oktyabrYol polisi sürücülərə müraciət etdi
Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciətində bildirilib. Qeyd edilib ki
10 oktyabrMəktəbdə nizam-intizam niyə vacibdir? - Təhsil yalnız dərs keçməklə bitmir
Məktəb yalnız biliklərin öyrədildiyi məkan deyil. Şagirdlərin məsuliyyət, qarşılıqlı hörmət, qaydalara əməl etmək və cəmiyyət içində düzgün davranmaq vərdişləri də məhz burada formalaşır. Buna görə məktəbdə nizam-intizamın qorunması tədrisin keyfiyyəti və sağlam təhsil mühitinin yaradılması baxımında
9 oktyabrMəktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Məktəblilər dərsə təhsil aldıqları məktəb üçün müəyyən edilmiş vahid geyim formasında gəlməlidirlər. xəbər verir ki, rəsmi qaydalara əsasən, oğlanlar üçün şalvar, qısaqol və uzunqol polo tipli köynək, önü bağlanan cibli jaket, qızlar üçün isə şalvar və ya ətək, qısaqol və uzunqol köynək, jaket nəzərd
10 oktyabrSumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərlənib - İDDİA
Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında azyaşlılara antibiotik iynəsi vurulduqdan sonra onların səhhətində ciddi ağırlaşmaların yarandığı iddia olunur. -a istinadən xəbər verir ki, yayılan məlumata görə, iynədən sonra uşaqlarda qıcolma, göyərmə və digər kəskin əks-təsirlər müşahidə olunub. İddialar
9 oktyabrTelefonların enerjisi gecə niyə azalır?
Bir çox istifadəçi axşam 100 faiz enerji ilə şarj etdiyi smartfonunun səhərədək 5-12 faiz enerji itirməsi ilə qarşılaşır. Telefon istifadə edilməsə belə, batareyanın boşalmasına arxa planda işləyən xidmətlər, ekran parametrləri və mobil şəbəkənin zəif olması səbəb ola bilər. Qaynarinfo xəbər verir ki
10 oktyabrHadrutun işğaldan azad olunmasından 6 il ötür
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind
9 oktyabrYollarda duman var - Sürücülərin nəzərinə!
Avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağ
10 oktyabrCəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
Cəbrayılda Dağmaşanlı kəndi ərazisində ikinci mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonu ərazisində baş verən partlayış zamanı xəsarət alan 1966-c
9 oktyabr