"Buğdanın qiyməti yenidən qalxa bilər" - ŞƏRH
"Putinin mayın 18-dən sonra "taxıl müqaviləsi"ndən çıxmaq qərarı çox real görünür. Çünki, Rusiya ABŞ qarşısında Rosselxozbank-ın SWIFT sisteminə yenidən qoşulması, kənd təsərrüfatı texnikasının logistikasının - ehtiyat hissələrinin və servis xidmətinin bərpası, limanlara giriş qadağasının aradan qaldırılması məsələlərini tələb kimi qoyub. Amma Amerikanın bu tələbləri qəbul etməsi real görünmür. "Taxıl müqaviləsi"ndən çıxmaq isə hər iki tərəf üçün problemlər yarada bilər. Eyni zaman da taxılla bağlı problemlər yaransa, bu zaman Moskva Vaşinqtonun digər təzyiqləri ilə üzləşəcək. Ona görə də kompramisə gəlinə bilər. Məsələn, Rosselxozbank-ın SWIFT sisteminə yenidən qoşulması və limanlara giriş qadağası saxlanıla, amma kənd təsərrüfatı texnikasının logistikasının - ehtiyat hissələrinin və servis xidmətinin bərpası mümkün ola bilər".
Bu sözləri Sonxeber.az-a iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, əgər kompromis əldə edilməsə və Rusiya taxıl sazişindən çıxaraq ABŞ-ın hayfini yavan çörəyə göz dikən xalqlardan çıxarsa və bunu özünə şərəf bilərsə,o zaman qiymətlərdə bir müddət böyük artımlar ola bilər.
Bəs bu Rusiyanın idxalda yarada biləcəyi problemlər Azərbaycanda çörək qıtlığı və ya bahalaşması kimi hansı nəticəyə səbəb ola bilər?
"Əvvəlcə qeyd edək ki, Rusiya bunu davamlı saxlaya bilməz. Bəzi ölkələrdən olan dəstələrini də itirə bilər. Bu müəyyən zaman kəsiyində davam edə bilər. Bu müddət ərzində isə Azərbaycan üçün hər hansı ciddi nəticə gözlənilmir. Qeyd edilməlidir ki, Azərbaycan hökümətinin strateji hədəflərə nail olmaq baxımındən 2 strateji istiqaməti diğərlərindən daha uğurlu olur. Biri "Hərbi strategiya", digəri "Buğda Strategiyası"-dır. "Buğda strategiyası isə ərzaq təhlükəsizliyi strategiyasının onurğa sütunudur. Bu ilin 3 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 95% buğda idxal olunub. Daha dəqiq desək, cari ilin yanvar-mart aylarında Azərbaycana 108 mln. 758 min dollar dəyərində 356000 147 ton buğda idxal edilib. Bu da əvvəlkindən 4,2 milyon ton, pul baxımdan isə 46,4 milyon çoxdur. Hələ nəzərə alaq ki 2022-ci ilin yanvarında da buğda idxalı 2021 ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çox olmuşdu. Eyni zamanda idxal istiqamətində liderlikdə daha etibarlı hesab edilən ölkəyə doğru dəymişdi. Buğdanın 50,1 faizi Qazaxıstandan, 49,9 faizi isə Rusiyadan idxal olunub. Yəni, hazırkı qiymətlərlə Azərbaycan kifayət qədər buğda ehtiyatı toplamışdır. Buna görə də buğda qiymətlərin bir neçə ay bahalaşsa da Azərbaycanın çörəyin qiymətini stabil saxlamağa imkanları vardır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda pul bazası 15 %-dən çox artıb
Bu il oktyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 817,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 2,4 % çoxdur. Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 10,4 %, son 1 ildə isə 15,2 % artıb
2 oktyabrGürcüstan Azərbaycandan pomidor idxalına çəkdiyi xərci 2,5 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 2,71 milyon ABŞ dolları dəyərində 3 min 790 ton pomidor idxal edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
23 sentyabrMehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, "T-Kredit" Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankını
1 oktyabrMinimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılmasını nəzərdə tutulur. Millət vəkili Vüqar Bayramov bilidirib ki, dövlət başçısı tərəfindən 2026-cı ilin fevralınd
30 sentyabrBu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. xəbər verir ki, sözügdən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Verg
30 sentyabrAzərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. "Report"un Aran bürosu xəbər verir ki, bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmi
2 oktyabrMegaSec ADEX 2026 sərgisində ilk dəfə iştirak edəcək-VİDEO
MegaSec MMC ilk dəfə ADEX 2026 beynəlxalq müdafiə sərgisində iştirak edəcək. xəbər verir ki, şirkətdən verilən məlumata görə, sərgi 30 sentyabr - 2 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. MegaSec sərginin 4-cü pavilyonunda yerləşən stendində müasir texnologiyalarını nümayi
30 sentyabrLimit 20 mindən 50 minə qaldırıldı - Gələn ildən-Yenilənib
Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir. "Qafqazinfo" -a istinadən xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzaladığı qərara əsasən, maliyyə qurumlarının elektro
30 sentyabrÖtən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb
Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə
18 sentyabr