"Döyüş meydanından qaçan ermənilər bu cür ucuz şoularla gözdən pərdə asmağa çalışırlar" - DEPUTAT
"İrəvanda ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılması növbəti erməni vəhşiliyidir".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, döyüş meydanından qaçan ermənilər bu cür ucuz şoularla gözdən pərdə asmağa çalışırlar:
"Dumanlı havada yolunu azaraq əsir düşən əsgərimizə verilən işgəncədən sonra bayrağımızın yandırılması bir daha Ermənistanın terrorçu ölkə olmasını sübut etdi. Tarix boyu xalqımız müxtəlif zamanlarda erməni vəhşiliyinin qurbanı olub. Təəssüf ki, xalqımıza qarşı dəfələrlə soyqırım aktları törədən erməni vandalları hələ də cəzasız qalmaqdadır. Döyüş meydanından qorxub qaçan erməni vandalları havadarlarına güvənib güc şousu göstərir. Yaxşı olardı ki, ermənilər havadarlarına güvənib bu cür ucuz şoularla Azərbaycanın xalqının qəzəbini artırmasın. Unutmasınlar ki, 30 illik işğala son qoyan və döyüş meydanında başlarını əzən "Dəmir yumruq" hər an işə düşə bilər.
Deputat vurğulayıb ki, havadarlarının sifarişi ilə Ermənistan bu cür təxribatlarla regionda vəziyyəti gərginləşdirməyə çalışırlar:
"Açılış mərasimində Nikol Paşinyanın və digər dövlət nümayəndələrin gözü qarşısında Azərbaycan bayrağının yandırılması növbəti erməni təxribatıdır. Paşinyanın bu cür küçə davranışları Ermənistanın ölkə kimi varlığını şübhə altına atır. Yaxşı olardı ki, Paşinyan Azərbaycanın şərtləri ilə hazırlanan sülh müqaviləsini imzalasın. Çünki belə cılız hərəkətlərlə Ermənistan heç nəyə nail olmayacaqdır. Bu təxribatlar sadəcə, xalqlar arasında nifrət və düşmənçilik hissləri daha da artıracaq. Bundan da daha çox ermənilər əziyyət çəkəcək".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Brent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb
Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl
22 sentyabrAzərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 485 milyon 186,02 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 252 milyon 544,42 min ABŞ dolları və yaxu
26 sentyabrAzərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
24 sentyabrBu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. xəbər verir ki, sözügdən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Verg
30 sentyabrBritaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl
21 sentyabrAzərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. "Report"un Aran bürosu xəbər verir ki, bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmi
2 oktyabrƏmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,
1 oktyabr