Generalın tutdurduğu iş adamının ifadəsi: 10 milyon avroluq kredit vədi, 560 minlik iddia...

Generalın tutdurduğu iş adamının ifadəsi: 10 milyon avroluq kredit vədi, 560 minlik iddia...Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənov və bacanağı İnqilab Əliyevə qarşı 400 min manata yaxın dələduzluqda ittiham olunan Vladimir Müslümova səkkiz il həbs cəzası verilib.

"Qaynarinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda dələduzluqda ittiham olunan Vladimir Müslümov ittiham üzrə özünü qismən təqsirli bilərək deyib ki, 2002-ci ildən tikinti işləri ilə məşğuldur. Bakı şəhərinin bir çox ərazilərində yaşayış binalarını şərikli olaraq tikib. 2018-ci ildə Moskvada məhdud məsuliyyətli cəmiyyət (MMC) təsis edib. Həbs olunana qədər həmin MMC-nin direktoru vəzifəsində işləyib.

Vladimir Müslümov şəriki Tahirlə, həmçinin Raqif və Emin adlı şəxslərlə bina tikmək istəyib. Lakin bunun üçün yer olsa da, pul olmayıb. Həmin ərazilərə dair sənədlər də olmayıb. Pul tapacağı halda yeri alıb, bina tikməyi planlaşdırıb.

2021-ci ilin yanvar ayında Tahir vəfat edib. Bundan sonra Yaşar adlı şəxs onu Tahirin qudası, general-mayor Vəzir Həsənovla görüşdürüb. Görüşdə Vəzir Həsənov söz verib ki, binanın inşa edilməsi üçün ona bankların birində 10 000 000 avro kredit verilməsinə kömək edəcək, bunun əvəzində isə Vəzir Həsənova inşa ediləcək binada ev veriləcək, bankdan götürəcəyi krediti isə şərikləri ilə birlikdə binanı tikib, satdığı mənzillərin hesabına əldə olunacaq gəlirlərlə ödəyəcək.

Vəzir Həsənov kreditin verilməsi üçün əlaqələrindən istifadə edəcəyini deyib və Vladimir Müslümov ona inanıb. Bunun müqabilində binanın A blokunun 6-cı mərtəbəsində 4 otaqlı, 178 kvadratmetr sahəsi olan, 391 754 manat dəyərində mənzili pay verməsi barədə müqaviləni və şirkətə heç bir borcu olmadığı barədə maliyyə arayışını özü tərtib edərək ona verib.

Bu sənədə əsasən, Vəzir Həsənov ona heç bir ödəniş etməyib. O, bu mənzili generala bina tikmək üçün lazım olan krediti götürməyə kömək etməsinə görə verib.

Vladimir Müslümov Vəzir Həsənovdan 2021-ci ilin aprel ayında 100 000 ABŞ dolları borc alıb. Bu hadisə də Sumqayıt şəhərində baş verib.

Onların Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində bina tikmək istədikləri yerdə hazırda heç bir tikili yoxdur. Həmin yer qeyri-rəsmi olaraq onlara məxsusdur. Bütün sənədlər Yusufov və Emin adlı şəxsdədir. Vladimir Müslümov, sadəcə, MMC-ni yaradıb, sənədi Eminlə hazırlayaraq imza atıb, MMC-nin möhürü ilə möhürləyiblər.

V.Müslümov bildirib ki, sənədin heç bir hüquqi əsası yoxdur. Vəzir Həsənova verdiyi müqavilədə olan imza və möhür həqiqidir. Müqavilədə olan məlumatlar isə həqiqəti əks etdirmir. Emin hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Onun barəsində vergi cinayətləri ilə bağlı cinayət işi başlanıb və axtarışdadır. Həmçinin qeyd edib ki, həmin mənzil üçün generaldan 391 754 manat pul almayıb, pay olaraq verib.

Vladimir Müslümov bildirib ki, generalın bacanağı İnqilab Əliyevi isə sonradan tanıyıb. Ona da 2021-ci ilin aprel ayının 9-da Səbail rayonu, Xanlar küçəsi 117 ünvanında inşa ediləcək 18 mərtəbəli "PANORAMA BAYIL" yaşayış kompleksində 2 otaqlı, 80 kv.m-ə yaxın mənzil satacağına dair yalan vəd verməyi həqiqəti əks etdirmir və ondan 100 dollar pul almayıb.

Vladimir Müslümov etiraf edib ki, 100 min dollar pulu yalnız generaldan alıb. Həmin vəsaiti Eminə verib ki, gedib Rusiyada pul götürmək üçün işlər görsün. Vəzir Həsənova müqavilədəki ev bina tikiləndən sonra ona verilməli imiş. Lakin sonradan general onlara kredit verilməsini təşkil etmədiyinə görə işləri alınmayıb, bu zaman İnqilab Əliyev borc müqaviləsi yazdırıb ki, əlində sənəd olsun.

Proses iştirakçılarının suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, o, istintaq zamanı üç dəfə ifadə verib. Vəzir Həsənovla 15 dəfə görüşüb və pulu birdəfəyə alıb. General ona cəmi 100 min dollar borc verib. Bankdan kredit götürə bilmədiyinə görə işlərini davam etdirə bilməyib.

Qeyd edək ki, general Vəzir Həsənov 2022-ci ildən Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisidir. O, əvvəllər Tovuz Gömrük İdarəsinin və Sumqayıt Gömrük İdarəsinin rəisi olub.

General izahatında bildirib ki, 391 754 manat pul ona məxsusdur və həmin məbləği dördotaqlı mənzilə görə Nərimanov rayonu, Yaşar Hüseynov küçəsində Vladimir Müslümova verib. Bacanağı üçün də 2 otaqlı mənzil almaq üçün birlikdə 560 000-ə yaxın məbləğdə pul ona ödəyiblər. General həmçinin əlavə edib ki, Vladimir Müslümov üçün bankdan kredit götürülməsi və onun şirkətində şərik olması ilə bağlı ifadəsi yalandır. Onun Vladimir Müslümovla işbirliyi, biznes planı qətiyyən olmayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2464   Tarix: 21 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı

Cəbrayılda Dağmaşanlı kəndi ərazisində ikinci mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonu ərazisində baş verən partlayış zamanı xəsarət alan 1966-c

9 oktyabr
.

Məleykə Abbaszadə müdiri işdən çıxardı, yenisi təyin etdi

Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun müdiri dəyişib. -a istinadən xəbər verir ki, bununla bağlı DİM sədri Məleykə Abbaszadə müvafiq əmr imzalayıb. Belə ki, Süraya Cəfərova Magistratura

9 oktyabr
.

Vahid məktəbli forması ayrı-seçkiliyin qarşısını alır - AÇIQLAMA

"Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız vizual tələb deyil, həm də təhsilin dünyəvilik prinsipi və sosial bərabərlik məsələsidir. Məktəb uşaqların sosial statusundan, ailələrinin maddi imkanlarından və ya dini mənsubiyyətindən asılı olmayaraq hər bir şagirdin özünü bərabər hiss etməl

9 oktyabr
.

Məktəblərdə nizam-intizam və geyim qaydalarına nəzarət gücləndirilir - monitorinqlər keçiriləcək

Məktəb mühitində qaydalara əməl olunması yalnız geyimlə məhdudlaşmır. Dərsə vaxtında gəlmək, müəllim və sinif yoldaşlarına hörmətlə yanaşmaq, dərs prosesinə mane olmamaq və məktəbin daxili intizam qaydalarına riayət etmək də sağlam təhsil mühitinin əsas şərtlərindəndir. Bu baxımdan məktəb rəhbərliyini

9 oktyabr
.

Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur

Azərbaycanda LGBT təbliğatının qadağan edilməsi haqqında qanun qəbul olunacaq. xəbər verir ki, yeni qanunla LGBT mövzusunun ictimai məkanlarda, mediada və digər informasiya kanallarında təbliği ilə bağlı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Yeni qanunun qəbulu və tətbiqi ilə bağlı aşağıdakı kateqoriyala

10 oktyabr
.

Bakıda it sahibi tərəfindən döyüldü - Video

Bakının Nərimanov rayonu ərazisində itin sahibi tərəfindən döyülməsi anları kameraya düşüb. xəbər verir ki, hadisəni lentə alan sakin heyvana qarşı qəddar rəftara etiraz edib. Həmin görüntüləri təqdim edirik:

10 oktyabr
.

Pilləkəndən yıxılıb öldü

Mingəçevirdə bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, 52 yaşlı Ağdam rayon sakini Rəşan Bəşirov Mingəçevirdə yaşadığı binada pilləkəndən enərkən ehtiyatsızlıqdan yıxılıb. Baş nahiyəsindən xəsarət alan şəxs vəfat edib. Onun əvvəllər iflic xəstəliyi keçirdiyi bildirilib

10 oktyabr
.

Məktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər

"Vahid məktəbli forması şagirdlərin davranışına və məktəbdə nizam-intizama təsir edən amillərdən biri hesab oluna bilər. Eyni geyim qaydasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbin daxili qaydalarına hörmətin artmasına və daha sistemli təhsil mühitinin yaranmasına şərai

9 oktyabr
.

Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq

Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Belə ki, monitorinqlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçü

9 oktyabr