Britaniya Kəşfiyyatı: Rusiya Ukraynadakı itkilərinə görə II Dünya Müharibəsi ilə bağlı yürüşü ləğv edib

Britaniya Kəşfiyyatı: Rusiya Ukraynadakı itkilərinə görə II Dünya Müharibəsi ilə bağlı yürüşü ləğv edibAprelin 18-də Rusiya dövlət mediasının bu il keçirilməsi nəzərdə tutulmuş "Böyük Vətən Müharibəsi" anım yürüşlərinin "təhlükəsizlik" səbəbi ilə ləğv olunub...

"Rusiya Ukraynadakı müharibəsinə haqq qazandırmaq üçün istifadə etdiyi əsas narrativdə ardıcıllığı qorumaq üçün mübarizə aparır, bildirilir ki, işğal ikinci dünya müharibəsində yaşanmış sovet təcrübəsinin analoqudur".

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilib.

Aprelin 18-də Rusiya dövlət mediasının bu il keçirilməsi nəzərdə tutulmuş "Böyük Vətən Müharibəsi" anım yürüşlərinin "təhlükəsizlik" səbəbi ilə ləğv olunduğunu elan etdiyini xatırladan Böyük Britaniya MN-nin Kəşfiyyat Xidməti bunu Rusiyanın Ukraynadakı itkilərinin miqyası ilə əlaqələndirib: "Əslində, səlahiyyətlilər, iştirakçıların Rusiyanın son itkilərinin miqyasını qabardacağından çox narahat idilər", məlumatda qeyd olunub.

Böyük Britaniyanın Kəşfiyyat Xidməti xatırladıb ki, artıq, "Vaqner" özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin Rusiyanın müharibəyə haqq qazandırmasına qarşı olaraq ümumiyyətlə Ukraynada həqiqətən "nasistlərin" olub-olmadığını açıq şəkildə sorğu-sual edir.

"Hakimiyyət Rusiya ictimaiyyətini 1940-cı illərdəki qütbləşdirici miflər ətrafında birləşdirmək cəhdlərini davam etdirir. Aprelin 12-də "RİA Novosti" agentliyi FTB arxivlərindən 1940-cı ildə Xatın qətliamında 22000 Polşa vətəndaşının qətlində nasistlərin əli olduğunu göstərən "unikal" sənədləri tapdığını bəyan edir. Ancaq əslində, FTB-nin sələfi olan NKVD bu qırğınlara görə məsuliyyət daşıyır. Rusiya Dövlət Duması 2010-cu ildə İosif Stalini qətlləri sifariş etdiyinə görə rəsmən qınayıb", - Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında vurğulanıb.

APA


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 918   Tarix: 22 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tramp xalqa müraciət edəcək

ABŞ Prezidenti Donald Tramp 16 iyulda xalqa müraciət edəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb. Məlumata görə, televiziya vasitəsilə yayımlanacaq müraciətdə dövlət başçısı müxtəlif mövzulara, o cümlədən ABŞ-İran münaqişəsinə toxunacaq. Belə ki, AB

14 iyul
.

"SpaceX" iyulun 16-da "Starship"in yeni sınaqlarını keçirəcək

Amerikanın "SpaceX" şirkəti iyulun 16-da "Starship" kosmik gəmisinin prototip raket daşıyıcısının yeni sınaq buraxılışını həyata keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə şirkətin "X" sosial şəbəkəsindəki məlumatında bildirilir. "Starship"i

12 iyul
.

Xəzərdən daha böyük dənizlər: Yerə bənzəyir, amma...

NASA-nın məlumatına görə, Saturnun peyki Titan Yer istisna olmaqla, Günəş sistemində səthində daimi maye mövcud olan yeganə məlum səma cismidir. Ekstremal şəraitə baxmayaraq, burada Yerinkinə bənzər tam hidrologiya dövranı fəaliyyət göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "SpaceDaily"

13 iyul
.

Hərbi xidmət bitdi, sırada toy var - Şahzadə kiminlə evlənəcək? (FOTO)

İspaniya kral ailəsinin ən çox diqqət çəkən üzvlərindən biri həyatında mühüm mərhələni geridə qoyaraq yeni dövrə qədəm qoyub. İndi isə onunla bağlı başqa bir mövzu gündəmin əsas məsələlərindən birinə çevrilib. Onu uzaqdan izləyənlər vaxtı gələndə bu gənc qadının kiminlə evlənəcəyini maraqla gözləyirlər

15 iyul
.

Kral ailəsi qələbəyə belə sevindi - Video

İspaniya millisinin 2026-cı il dünya çempionatının finalına yüksəlməsi ölkədə böyük sevinc yaradıb. "Qafqazinfo" xəbər verir ki, kral ailəsinin də İspaniyanın DÇ-nin finalına vəsiqə qazanmasını sevinclə qarşıladığını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, Kral V

15 iyul
.

Trampın təşəkkür etdiyi məhbusun kimliyi məlum olub

İranın sərbəst buraxdığı və buna görə ABŞ Prezidenti Donald Trampın Tehrana təşəkkür etdiyi şəxsin kimliyi açıqlanıb. İran mediasına istinadən xəbər verir ki, söhbət İran-Amerika ikili vətəndaşlığı olan Dena Kərraridən gedir. Bildirilib ki, Dena Kərrari 2024-cü ilin dekabrında ailəsini ziyarət etmə

16 iyul
.

Rusiya Kiyevi vurdu: Ölənlər və yaralananlar var - VİDEO

İyulun 16-da gecə saatlarında Rusiya ordusu Kiyev şəhərinə zərbələr endirib. Hücum nəticəsində iki nəfər ölüb, daha beş nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. xəbər verir ki, bu barədə UNIAN agentliyi Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat yayıb. Qeyd olunub ki, paytaxtı

16 iyul
.

AFP: Livan İsraillə Romada keçiriləcək danışıqlarda iştirak edəcək

Livan iyulun 15-16-da Romada İsraillə keçirilməsi planlaşdırılan danışıqlarda iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə AFP-yə Livanın yüksəkrütbəli rəsmisi məlumat verib. "Bu qərar İsrailin gələn həftənin əvvəlində Livan ordusunun nəzarəti altında "pilot zonalar"ı

12 iyul
.

İordani çayının Qərb sahilində CNN əməkdaşlarına hücuma görə dörd köçkün saxlanılıb

İordan çayının qərb sahilində CNN-in əməkdaşları da daxil olmaqla jurnalistlərə hücum etdiklərinə görə dörd köçkün saxlanılıb. "Report"un məlumatına görə, bu barədə CNN İsrail polisinə istinadən xəbər yayıb. Qeyd olunur ki, hücum jurnalistlər Ramallanın şimalındakı Sincil kəndi yaxınlığında

12 iyul