"Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması dövlətimizin əsas prioritet məsələlərindən biridir" - Kamilə Əliyeva

"Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması dövlətimizin əsas prioritet məsələlərindən biridir" - Kamilə Əliyeva"İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda sürətli şəkildə yenidənqurma və abadlıq işləri ilə yanaşı olaraq digər regionlarımızın da inkişafı istiqamətində işlər davam etdirilir. Prezident cənab İlham Əliyevin müəllifi olduğu regionların sosial iqtisadi inkişaflnı nəzərdə tutan 4-cü Dövlət Proqramının icrası uğurla davam etdirilir".
Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

Deputat qeyd edib ki, Ölkəmiz iqtisadi cəhətdən sürətlə inkişaf edir. Regionlarımızda ən müasir tipli xəstəxanalar, təhsil ocaqları inşa edilir, böyük istehsal müəssisələri yaradılaraq yeni iş yerləri açılır. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması dövlətimizin əsas prioritet məsələlərindən biridir.

"Qarabağ və Şərqi Zəngəzurla yanaşı digər bölgələrdə aparılan işlərin nəticələri ilə tanış olmaq və nəzarət etmək məqsədilə, eləcə də yeni infrastruktur layihələrinin, müəssisə və sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etmək üçün Prezident cənab İlham Əliyev regionlara səfərlər edib. Prezident cənab İlham Əliyev 18 aprel tarixində Salyan və Neftçala rayonlarına səfər etdi. Salyanda "ASAN xidmət" mərkəzinin, Neftçala rayonunda balıqçılıq təsərrüfatının və bu rayonlarda bir sıra sosial obyektlərin açılışlarında iştirak etdi.
Ölkə başçımız Salyan şəhərində Azərbaycan Televiziyasına Azərbaycan dövlətinin iqtisadi cəhətdən dayanıqlı inkişafından, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərinin vəziyyətindən, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında ölkəmizin tutduğu mövqe barədə müsahibə verdi. Ölkəmiz iqtisadi cəhətdən sürətlə inkişaf edir. Regionlarımızda ən müasir tipli xəstəxanalar, təhsil ocaqları inşa edilir, böyük istehsal müəssisələri yaradılaraq yeni iş yerləri açılır. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması dövlətimizin əsas prioritet məsələlərindən biridir. 30 il Ermənistan ərazilərimizi tamamilə dağıtmış, şəhər və kəndlərimizi yerlə yeksan etmişdir. Artıq bu torpaqların əsl sahibi olan azərbaycanlılar öz yurdlarına qayıdıb. Ölkə başçımızın da qeyd etdiyi kimi biz bu əraziləri yenidən ən müasir formada inşa etdikdən sonra bütün dünya bir daha azərbaycanlıların qurub yaradan bir xalq olduğunun şahidi olacaq. Əldə olunan iqtisadi göstəricilər də onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri daha sürətlə aparılacaq. Azərbaycanın iqtisadi gücünün artması ordumuzun da güclənməsi deməkdir. Bu gün Azərbaycan Ordusu 2020-ci ildə zəfər qazanmış ordumuzdan daha güclü və qüdrətlidir.
Keçmiş məcburi köçkünlərimizin öz doğma evlərinə qayıtmaları və .yaşamaları üçün bütün şərait yaradılmış, sosial obyektlər, infrastruktur layihələr inşa edilmişdir. Ən böyük rayonlarlmızdan olan Laçın şəhərinin sakinləri bu ilin yay aylarında öz doğma ocaqlarına dönəcəklər. İşğaldan azad edilmiş Şuşa, Ağdam, Füzuli şəhərlərində də Baş plana uyğun işlər sürətlə davam etdirilir" ,- deyə deputat vurğulayıb.

Kamilə Əliyeva həmçinin bildirib ki, Ermənistanda revanşist qüvvələr sülh müqaviləsinin imzalanmasına böyük maneələr törədir. Bu revanşistlərə xaricdəki qüvvələr və bəzi ölkələr də himayədarlıq edir:
"Ölkə başçımız müsahibəsində bir daha Azərbaycanın regionda sülhün bərqərar olması üçün Ermənistanla sülh müqaviləsi bağlamağa hazır olduğunu vurğuladı. İki dövlət arasında sülh sazışı Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında bağlanmalıdır. Bunun başqa alternativi yoxdur, çünki bu 5 əsas prinsip bütün beynəlxalq hüquq və sənədləri özündə ehtiva edir. Əslinfə Ermənistan Soçi və Praqa görüşlərində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdir. Təəssüf olsun ki, bu gün Ermənistanda revanşist qüvvələr sülh müqaviləsinin imzalanmasına böyük maneələr törədir. Bu revanşistlərə xaricdəki qüvvələr və bəzi ölkələr də himayədarlıq edir. Onlar 2020-ci ildə Azərbaycanın gücünü gördülər və bilməlidilər ki, törədiləcək təxribatlara Azərbaycan tərəfindən daha ciddi şəkildə cavab veriləcək. Prezident cənab İlham Əliyev Qarabağdakı separatçı tör-töküntülərə də son şans və xəbərdarlıq etdi. Onlar ya Azərbaycanın qanunları və bayrağı altında yaşayacaq, əks halda Qarabağı tərk edib istədikləri yerdə gedib yaşaya bilərlər. Əminəm ki, separatçılar Prezident cənab İlham Əliyevin bu xəbərdarlığından nəticə çıxaracaqlar. Ölkə başçımızın vurğuladığı kimi "bizim səbrimizlə oynamaq olmaz".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1322   Tarix: 24 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər

"Vahid məktəbli forması şagirdlərin davranışına və məktəbdə nizam-intizama təsir edən amillərdən biri hesab oluna bilər. Eyni geyim qaydasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbin daxili qaydalarına hörmətin artmasına və daha sistemli təhsil mühitinin yaranmasına şərai

9 oktyabr
.

Bakıda it sahibi tərəfindən döyüldü - Video

Bakının Nərimanov rayonu ərazisində itin sahibi tərəfindən döyülməsi anları kameraya düşüb. xəbər verir ki, hadisəni lentə alan sakin heyvana qarşı qəddar rəftara etiraz edib. Həmin görüntüləri təqdim edirik:

10 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi - Dosye

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr
.

Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı

Cəbrayılda Dağmaşanlı kəndi ərazisində ikinci mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonu ərazisində baş verən partlayış zamanı xəsarət alan 1966-c

9 oktyabr
.

"Grafinya"nın sahibi ondan şikayət edən qonşuya cinayət işi açdırmaq istədi - Rədd edildi

Oğuz rayonu, Kərimli kəndində yerləşən "Grafinya" ailəvi istirahət mərkəzinin rəhbəri İlham Cəfərov qonşusuna qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, İlham Cəfərov qonşusunun uzun müddət ərzində onun və rəhbərlik etdiy

8 oktyabr
.

Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi

"Təhsil yalnız bilik və bacarıqların öyrədilməsi ilə məhdudlaşmır. Məktəb həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, milli-mənəvi dəyərləri mənimsədiyi, intizam, məsuliyyət və qarşılıqlı hörmət kimi keyfiyyətlər qazandığı mühüm ictimai mühitdir. Bu baxımdan məktəblilərin vahid məktəb formasınd

9 oktyabr
.

Lənkəranın 5 kəndinə dolu düşdü - Foto

Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb. Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dol

10 oktyabr
.

Şənbə günü yağış yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 10-da fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayi

9 oktyabr
.

Qaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video

Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d

10 oktyabr