"Grafinya"nın sahibi ondan şikayət edən qonşuya cinayət işi açdırmaq istədi - Rədd edildi

"Grafinya"nın sahibi ondan şikayət edən qonşuya cinayət işi açdırmaq istədi - Rədd edildiOğuz rayonu, Kərimli kəndində yerləşən "Grafinya" ailəvi istirahət mərkəzinin rəhbəri İlham Cəfərov qonşusuna qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, İlham Cəfərov qonşusunun uzun müddət ərzində onun və rəhbərlik etdiyi "Grafinya" ailəvi istirahət mərkəzinin fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanlarına, bələdiyyəyə və digər dövlət qurumlarına çoxsaylı müraciətlər etdiyini bildirib.

İddia olunub ki, həmin müraciətlərdə İlham Cəfərovun şəxsiyyəti, şərəf və ləyaqəti, işgüzar nüfuzu və sahibkarlıq fəaliyyəti barədə həqiqətə uyğun olmayan məlumatlar yer alıb. İlham Cəfərov hesab edib ki, qonşusunun təkrar-təkrar etdiyi şikayətlər nəticəsində onun və rəhbərlik etdiyi istirahət mərkəzinin nüfuzuna zərər dəyib.

Bu əsasla o, qonşusunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini və ona 10 min manat mənəvi zərər ödənilməsini tələb edib.

Məhkəmə iclasında qonşu isə ittihamları qəbul etməyib. O bildirib ki, evi "Grafinya" ailəvi istirahət mərkəzinin yaxınlığında yerləşir və obyektdən gələn musiqi səsləri, manqal tüstüsü, eləcə də gecə saatlarında yaranan səs-küy ailəsini narahat edir. Qonşunun sözlərinə görə, 2022-ci ildə istirahət mərkəzində yüksək səslə konsertlər təşkil olunub və əsas şikayətləri də məhz səs-küylə bağlı olub.

İlham Cəfərov isə istirahət mərkəzində qanun pozuntusuna yol verilmədiyini, obyektin qanuni sənədlərinin olduğunu və aparılan yoxlamalar zamanı hər hansı pozuntunun aşkarlanmadığını bildirib. Məhkəmə isə xüsusi ittiham şikayətini icraata qəbul etməyib.

Qərarda qeyd olunub ki, İlham Cəfərovun təqdim etdiyi materiallar qonşusunun hərəkətlərində Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan böhtanın ilkin əlamətlərinin mövcudluğunu təsdiqləmir.

Məhkəmə həmçinin vurğulayıb ki, müxtəlif dövlət orqanlarına, o cümlədən polisə ünvanlanan ərizə və şikayətlərdə məlumatların əks etdirilməsi öz-özlüyündə həmin məlumatların kütləvi şəkildə yayılması kimi qiymətləndirilə bilməz.

Bundan başqa, məhkəmə İlham Cəfərovun şikayətinin Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olmadığını müəyyən edib. Şikayətdə iddia edilən əməlin konkret olaraq nə vaxt törədildiyi, hansı məlumatların hansı tarixdə, harada və necə yayıldığı dəqiq göstərilməyib.

Həmçinin şikayətçi qonşusunun Cinayət Məcəlləsinin 147-ci maddəsinin 147.1 və ya 147.2-ci hissələrindən hansı üzrə məsuliyyətə cəlb edilməsini konkret göstərməyib.

Nəticədə İlham Cəfərovun qonşusuna qarşı verdiyi xüsusi ittiham şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 92   Tarix: 08 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı

Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al

8 oktyabr
.

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov geniş müsahibəsində maraqlı açıqlamalar verib. Qaynarinfo -a istinadla xəbər verir ki, o , Ali təhsil haqqında qanun layihəsindən danışarkən bu sahədə ediləcək yeniliklərə də toxunub. Bildirib ki, bəzi kolleclərin müəyyən universitetləri

8 oktyabr
.

98 saylı bağçada azyaşlı ilə bağlı ŞOK İDDİA - araşdırma başladı - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda 98 saylı uşaq bağçasında baş verdiyi bildirilən hadisə ciddi suallar yaradıb. Bağçaya gedən azyaşlının qanında psixotrop maddənin aşkarlanması ilə bağlı iddia araşdırmaya səbəb olub. Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılıb və bağçanın fəaliyyətində bir sıra nöqsanla

8 oktyabr
.

Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video

Ukraynadan İtaliyaya taxıl daşıyan "Royad Məmmədov" yük gəmisinin PUA hücumuna məruz qalmasının anbaan görüntüləri yayılıb. həmin görüntüləri təqdim edir:. Xatırladaq ki, hücum nəticəsində gəminin kapitanı Rüstəm Həsənov həlak olub və aşpaz Məhəmməd Süleymanzadə isə itkin düşüb. Həmçinin on

7 oktyabr
.

Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi

Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük İşinin Təşkili İdarəsinin rəisi Vasif Qurbanov təqaüdə göndərilib. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb. Qeyd edək iki, V.Qurbanov 2009-cu ildən başlayaraq DGK-nı

8 oktyabr
.

Mənzil almaq sərfəlidir, yoxsa kirayə? - Ekspertdən CAVAB

Bakıda həm mənzil qiymətlərinin, həm də kirayə haqlarının yüksək olması və mənzil kreditləri üzrə xərclərin artması vətəndaşların mənzil seçimi ilə bağlı qərarlarını çətinləşdirir. Xüsusilə orta gəlirli ailələr üçün mənzil almaqla uzunmüddətli kirayədə qalmaq arasında seçim edərkən aylıq ödənişlər, ilki

8 oktyabr
.

Səidə Sultandan hakimə sərt çağırış: "Camaatın balalarını bədbəxt etməyin" - VİDEO

Səidə Sultan uzun fasilədən sonra sosial media paylaşımı edib. "Yeni Sabah" xəbər verir ki, ifaçı bir neçə gün əvvəl Bakıda 4 uşaq atasının hamilə iti döyərək balkondan aşağı atması və öldürməsinə münasibət bildirib. Səidə Sultan hadisə ilə bağlı vətəndaşa 25 sutka inzibati həbs cəzası verilməsin

7 oktyabr
.

İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Dənizkənarı Bulvar İdarəsində mənimsəmədə təqsirləndirilən İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsinin növbəti iclası keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı

7 oktyabr
.

Azər Aydəmirə yeni vəzifə verildi

Aktyor Azər Aydəmirə yeni vəzifə verilib. OLAY yazır ki, aktyor Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni tərkibdə formalaşan İdarə Heyətinin üzvü seçilib. Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi ilə bağlı protokollaşdırılan və təsdi

7 oktyabr