98 saylı bağçada azyaşlı ilə bağlı ŞOK İDDİA - araşdırma başladı - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Bakıda 98 saylı uşaq bağçasında baş verdiyi bildirilən hadisə ciddi suallar yaradıb. Bağçaya gedən azyaşlının qanında psixotrop maddənin aşkarlanması ilə bağlı iddia araşdırmaya səbəb olub. Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılıb və bağçanın fəaliyyətində bir sıra nöqsanlar müəyyən edilib.
Hadisənin təfərrüatları, uşağın qanında psixotrop maddənin necə aşkarlanması və bağçada təhlükəsizliyin necə təmin olunduğu isə hələ də əsas suallardandır.
Mövzu ilə bağlı təhsil eksperti Əlmusa Atamaliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, 98 saylı uşaq bağçasında azyaşlının qanında psixotrop maddə aşkarlanması ilə bağlı yayılan məlumatlar hər bir valideyni ciddi narahat etməlidir. Onun sözlərinə görə, bu məsələni adi bir inzibati nöqsan kimi qiymətləndirmək qətiyyən doğru deyil: "Söhbət özünü müdafiə etmək imkanları məhdud olan azyaşlı uşağın təhlükəsizliyindən gedir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, aparılan araşdırmanın nəticəsi olaraq bağçanın müdiri ilə əmək müqaviləsinə xitam verilib. Rəsmi açıqlamada səbəb kimi təlim-tərbiyə prosesinin təşkili, idarəetmə və uşaqlar üçün təhlükəsiz mühitin təmin olunmasında yol verilmiş nöqsanlar göstərilir. Eyni zamanda, uşağın qanında psixotrop maddənin aşkarlanması ilə bağlı məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Mən bir təhsil eksperti kimi bu hadisəni kəskin şəkildə qınayıram. Uşaq bağçası elə bir məkandır ki, valideyn övladını ora təhvil verərkən əmin olmalıdır: uşağım təhlükəsizdir, ona nəzarət edilir, onun sağlamlığı qorunur. Əgər bağçada uşağın sağlamlığına və təhlükəsizliyinə dair belə ağır şübhə yaranırsa, burada idarəetmə və nəzarət mexanizmlərinin necə işlədiyi ciddi şəkildə sorğulanmalıdır.
Ən vacib məsələ isə yalnız direktorun işdən çıxarılması ilə bitməməlidir. Direktorun vəzifədən azad edilməsi problemin nəticəsidir, səbəblərin özü isə tam və şəffaf şəkildə ortaya çıxarılmalıdır. Uşağın orqanizminə psixotrop maddənin necə keçdiyi, həmin maddənin haradan əldə edildiyi, bağçanın daxilində belə bir təhlükəli vəziyyətin yaranmasına hansı şəraitin imkan verdiyi və hadisəyə hansı əməkdaşların nəzarət etdiyi bütün detalları ilə araşdırılmalıdır. Burada söhbət bir direktorun taleyindən daha böyük məsələdən gedir. Söhbət dövlətə, təhsil sisteminə və ən əsası valideynlərin etimadına olan məsuliyyətdən gedir.
Bağça rəhbərliyinə, tərbiyəçilərə və bütün aidiyyəti şəxslərə mesaj çox aydın olmalıdır: uşağın təhlükəsizliyi ilə bağlı heç bir səhlənkarlığın bəraəti ola bilməz.
Məktəbəqədər təhsil müəssisəsində bir uşağın belə təhlükə ilə üz-üzə qalması ehtimalı varsa, bunu "adi iş nöqsanı" adlandırmaq olmaz. Bu, son dərəcə ciddi siqnaldır və sistemin bütün halqalarının yenidən yoxlanılmasını tələb edir.
Hesab edirəm ki, bu hadisədən sonra təkcə həmin bağçada deyil, digər məktəbəqədər təhsil müəssisələrində də təhlükəsizlik və nəzarət mexanizmləri kompleks şəkildə yoxlanılmalıdır. Uşaqların bağçaya daxil olmasından valideynə təhvil verilməsinə qədər bütün proseslərdə məsuliyyət dəqiq müəyyənləşdirilməlidir.
Bir daha vurğulayıram: uşaq bağçası nəzarətsiz məkan deyil və ola da bilməz.Valideyn övladını bağçaya əmanət edir. Bu əmanətə xəyanət etmək, təhlükəsizlik qaydalarına səhlənkar yanaşmaq və uşaqların sağlamlığını risk altında qoymaq ən sərt formada qınanmalıdır.
Əgər araşdırma nəticəsində hər hansı şəxsin səhlənkarlığı, məsuliyyətsizliyi və ya qanunsuz hərəkəti müəyyən edilərsə, həmin şəxslər barəsində yalnız inzibati deyil, qanunvericiliyə uyğun olaraq daha ciddi hüquqi tədbirlər görülməlidir.
Uşaqlar üzərində məsuliyyətsizliyə yol vermək olmaz. Bu sahədə "səhv etdim" bəhanəsi qəbulolunan deyil. Çünki söhbət uşaqların sağlamlığından və həyat təhlükəsizliyindən gedir".
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Pensiyalar bu tarixdə ödəniləcək
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Ölkədə qızıl ucuzlaşdı, yoxsa bahalaşdı?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Mehriban Rəhimliyə hökm oxundu
Fərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilər
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı