"Kalaşnikov" satmaq istəyən şəxs belə saxlanıldı - ANBAAN VİDEO
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.
Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Kipçatov tutularaq istintaqa təqdim edilib.
Onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd "Kalaşnikov" markalı avtomat və həmin silaha aid patron darağı aşkar edilib. Ceyhun Kipçatov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Ceyhun Kipçatov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1657 Tarix: 24 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər
"Vahid məktəbli forması şagirdlərin davranışına və məktəbdə nizam-intizama təsir edən amillərdən biri hesab oluna bilər. Eyni geyim qaydasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbin daxili qaydalarına hörmətin artmasına və daha sistemli təhsil mühitinin yaranmasına şərai
9 oktyabrBakıda it sahibi tərəfindən döyüldü - Video
Bakının Nərimanov rayonu ərazisində itin sahibi tərəfindən döyülməsi anları kameraya düşüb. xəbər verir ki, hadisəni lentə alan sakin heyvana qarşı qəddar rəftara etiraz edib. Həmin görüntüləri təqdim edirik:
10 oktyabrSəbuhi Əliyevə vəzifə verildi - Dosye
Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa
8 oktyabrCəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
Cəbrayılda Dağmaşanlı kəndi ərazisində ikinci mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonu ərazisində baş verən partlayış zamanı xəsarət alan 1966-c
9 oktyabrLənkəranın 5 kəndinə dolu düşdü - Foto
Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb. Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dol
10 oktyabrŞənbə günü yağış yağacaq, şimşək çaxacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 10-da fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayi
9 oktyabrQaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video
Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d
10 oktyabr