Abşeronda küçədə sataşdığı qadını döyən şəxsə elektron qolbaq taxıldı

Abşeronda küçədə sataşdığı qadını döyən şəxsə elektron qolbaq taxıldıAbşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıqda təqsirləndirilən Əli Qəhrəmanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1 il 8 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
İttihama görə, 1996-cı il təvəllüdlü Əli Qəhrəmanov hadisə günü Bakı şəhəri, Biləcəri qəsəbəsindən markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobilə müştəri qismində əyləşərək, şəxsi işləri ilə əlaqədar olaraq Xırdalan şəhərinə gəlib. O, orada yolu keçən tanımadığı Zəminə Qafarovaya (ad və soyad şərti - red.) tanış olmaq məqsədilə yaxınlaşaraq, onunla getməyi təklif edib. Həmin vaxt qadın Əli ilə kobud danışıb. Bu zaman o, bunu səbəb gətirərək Zəminənin üz nahiyəsindən bir neçə dəfə yumruqla vurub, saçından tutaraq baş nahiyəsini müştəri qismində gəldiyi avtomobilə çırparaq ona sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirib. Daha sonra Əli Zəminə Qafarovanın yanında olan, rəfiqəsinin qızı 2007-ci il təvəllüdlü Səlimə Nəcəfovanın (şərti) qolundan tutub zorla həmin yerə gəldiyi avtomobilə mindirərək, ona sol diz nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirib.

Məhkəmə istintaqında Əli Qəhrəmanov ona elan edilmiş ittihamda özünü təqsirli bilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1558   Tarix: 24 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər

"Vahid məktəbli forması şagirdlərin davranışına və məktəbdə nizam-intizama təsir edən amillərdən biri hesab oluna bilər. Eyni geyim qaydasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbin daxili qaydalarına hörmətin artmasına və daha sistemli təhsil mühitinin yaranmasına şərai

9 oktyabr
.

Bakıda it sahibi tərəfindən döyüldü - Video

Bakının Nərimanov rayonu ərazisində itin sahibi tərəfindən döyülməsi anları kameraya düşüb. xəbər verir ki, hadisəni lentə alan sakin heyvana qarşı qəddar rəftara etiraz edib. Həmin görüntüləri təqdim edirik:

10 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi - Dosye

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr
.

Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı

Cəbrayılda Dağmaşanlı kəndi ərazisində ikinci mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonu ərazisində baş verən partlayış zamanı xəsarət alan 1966-c

9 oktyabr
.

"Grafinya"nın sahibi ondan şikayət edən qonşuya cinayət işi açdırmaq istədi - Rədd edildi

Oğuz rayonu, Kərimli kəndində yerləşən "Grafinya" ailəvi istirahət mərkəzinin rəhbəri İlham Cəfərov qonşusuna qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, İlham Cəfərov qonşusunun uzun müddət ərzində onun və rəhbərlik etdiy

8 oktyabr
.

Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi

"Təhsil yalnız bilik və bacarıqların öyrədilməsi ilə məhdudlaşmır. Məktəb həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, milli-mənəvi dəyərləri mənimsədiyi, intizam, məsuliyyət və qarşılıqlı hörmət kimi keyfiyyətlər qazandığı mühüm ictimai mühitdir. Bu baxımdan məktəblilərin vahid məktəb formasınd

9 oktyabr
.

Lənkəranın 5 kəndinə dolu düşdü - Foto

Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb. Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dol

10 oktyabr
.

Şənbə günü yağış yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 10-da fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayi

9 oktyabr
.

Qaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video

Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d

10 oktyabr