"Laçın yolunda qurulan sərhəd-buraxılış məntəqəsi Qarabağda erməni terrorçularının sayının atmasının qarşısını alacaq" - DEPUTAT

"Laçın yolunda qurulan sərhəd-buraxılış məntəqəsi Qarabağda erməni terrorçularının sayının atmasının qarşısını alacaq" - DEPUTAT"İrəvandakı Azadlıq Meydanında məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş şəkildə yandırılması növbəti erməni barbarlığıdır".

Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, ağır atletika üzrə Avropa çempionatından sonra İrəvandakı Azadlıq Meydanında məşəl yürüşü zamanı bayrağımızın yandırılması ermənilərin necə vəhşi və terrorçu millət olduğunun sübutudur:

"Bilirsiniz ki, aprelin 23-ü Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Laçında sərhəd−nəzarət məntəqəsi qurulmasında əsas məqsəd 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmasıdır. İki ildən çoxdur ki, Azərbaycan Ermənistanın və Rusiya sülhməramlı qüvvələrin üzərlərinə götürdüyü öhdəlikləri icra etməsini gözlədi. Rusiya sülhməramlıları Qarabağdakı terrorçuları çıxarmaq əvəzinə, oradakı silahlı erməni dəstələrinin sayının artmasına və onların rahat şəkildə silahlandırılmasına şərait yaratdılar. Nəticədə də Azərbaycan Laçın-Xankəndi yolunun üzərində öz sərhəd−nəzarət məntəqəsini qurmaq qərarını aldı".

Deputat vurğulayıb ki, Ermənistan birtərəfli qaydada Laçın-Xankəndi yolunun üzərində post qurduğundan Azərbaycan da adekvat addım atmalı idi:

"İki ildən çoxdur ki, 10 noyabr 2020-ci il Üçtərəfli bəyanatının müddəalarına zidd olaraq, Ermənistan və qanunsuz erməni hərbi birləşmələri yoldan hərbi məqsədlər, o cümlədən minaların daşınması üçün istifadə edirdilər. Ermənilər Azərbaycanın ərazilərindən talan etdikləri təbii sərvətləri də bu yolla daşınırdı. Ermənistan tərəfinin təxribatları və soyğunçuluq əməlləri Azərbaycanın Laçında öz sərhəd−nəzarət məntəqəsini qurmasını qaçılmaz etdi. Düşünürəm ki, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi Qarabağda erməni terrorçularının sayının atmasına maneə olmaqla yanaşı, həm də Azərbaycan sərvətlərinin talan olmasının qarşısını alacaq".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1146   Tarix: 24 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Məktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər

"Vahid məktəbli forması şagirdlərin davranışına və məktəbdə nizam-intizama təsir edən amillərdən biri hesab oluna bilər. Eyni geyim qaydasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbin daxili qaydalarına hörmətin artmasına və daha sistemli təhsil mühitinin yaranmasına şərai

9 oktyabr
.

Bakıda it sahibi tərəfindən döyüldü - Video

Bakının Nərimanov rayonu ərazisində itin sahibi tərəfindən döyülməsi anları kameraya düşüb. xəbər verir ki, hadisəni lentə alan sakin heyvana qarşı qəddar rəftara etiraz edib. Həmin görüntüləri təqdim edirik:

10 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi - Dosye

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr
.

Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı

Cəbrayılda Dağmaşanlı kəndi ərazisində ikinci mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonu ərazisində baş verən partlayış zamanı xəsarət alan 1966-c

9 oktyabr
.

"Grafinya"nın sahibi ondan şikayət edən qonşuya cinayət işi açdırmaq istədi - Rədd edildi

Oğuz rayonu, Kərimli kəndində yerləşən "Grafinya" ailəvi istirahət mərkəzinin rəhbəri İlham Cəfərov qonşusuna qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, İlham Cəfərov qonşusunun uzun müddət ərzində onun və rəhbərlik etdiy

8 oktyabr
.

Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi

"Təhsil yalnız bilik və bacarıqların öyrədilməsi ilə məhdudlaşmır. Məktəb həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, milli-mənəvi dəyərləri mənimsədiyi, intizam, məsuliyyət və qarşılıqlı hörmət kimi keyfiyyətlər qazandığı mühüm ictimai mühitdir. Bu baxımdan məktəblilərin vahid məktəb formasınd

9 oktyabr
.

Lənkəranın 5 kəndinə dolu düşdü - Foto

Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb. Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dol

10 oktyabr
.

Şənbə günü yağış yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 10-da fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayi

9 oktyabr
.

Qaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video

Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d

10 oktyabr