Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin jurnalistləri və media mütəxəssisləri üçün keçirilən silsilə təlimlərin bağlanış mərasimi baş tutub
Aprelin 28-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə Təşkilata üzv dövlətlərin jurnalistləri və media mütəxəssisləri üçün keçirilən silsilə təlimlərin bağlanış mərasimi baş tutub.
Bağlanış mərasimində çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Medianın İnkişafı Agentliyi ilə əməkdaşlıq təcrübəsinin uğurunu qeyd edərək vurğulayıb ki, bu kimi təlimlər Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında media sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, beynəlxalq və regional məsələlərə münasibətdə həmrəy informasiya müstəvisinin yaradılmasına, həmçinin media sahəsində yeni trendin başlanğıcına töhfə verəcəkdir.
Bir həftə davam edən proqram çərçivəsində jurnalistlər və media mütəxəssisləri üçün ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyeva, xarici ekspert Ornella Ramasauskaite, "ASAN Radio"nun direktoru Emin Musavi, Ankara Universitetinin Kommunikasiya fakültəsinin dekan müavini Şafak Dikmen, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri, əməkdar jurnalist Rəhman Hacıyev tərəfindən "Müasir qlobal media trendləri", "Media-kommunikasiya", "Fake news", dezinformasiya və onlayn mediada nifrət nitqi", "Ənənəvi medianın çətinlikləri və imkanları", "Sosial media alətləri ilə işləmək", "Çap mediasında ənənəvi medianın çətinlikləri və imkanları" və s. kimi mövzularda təlimlər keçirilib, qeyd olunan istiqamətlərdə geniş fikir mübadiləsi aparılıb.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.





Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Gündə minimum addım sayı təyin edildi
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Qızılın qiymətində yeni göstəricilər
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA