"Nişanımızla bağlı o şərhləri yazanlar bilsinlər ki..." - Şəhid qardaşından AÇIQLAMA
Ötən gün sosial şəbəkələrdə yayımlanan şəhid Elçin Mustafayevin nişanlısının onun qardaşı ilə ailə qurduğu haqda görüntülər geniş müzakirələrə səbəb olub.
AZXEBER.COM-un redaksiyası ilə əlaqə saxlayan şəhidin qardaşı İlkin sözügedən hadisə ilə bağlı saytımız vasitəsi ilə müraciət ünvanlayıb:
"Neçə gündür ki, bizim ailəmiz bu mövzuya görə ciddi sarsıntı keçirib. Bilib-bilmədən ağızlarına gələni yazırlar. Heç kim bizim nə yaşadığımızı bilmir. Qoy gedib öz işləri ilə məşğul olsunlar. Mənim qardaşım şəhid olanda o adamların heç biri bizim yanımızda belə deyildilər. Mən onu öz əllərimlə torpağa tapşırmışam. Şəhid ailəsi bir vaxt var idi ki, qəhrəman idi, yaxşı idi, baş tacı idi. Bəs, indi niyə belə edirlər? Şəhidlər bizimdir, hamımızındır deməklə deyil".
E.Mustafayevin qardaşı yazılan şərhlərin, onu ittiham etmək istəyən bloggerlərin məqsədinin reytinq qazanmaq olduğunu deyib: "O xanım gedib başqası ilə ailə həyatı qursaydı belə yenə bunlar olacaqdı. Oturub onu qınayacaqdılar. Çünki bizim insanlar nə yaşandığını bilmədən qınamağı bacarırlar. Biz səhv heç nə etməmişik. Müqəddəs dinimizdə də bu öz əksini tapıb. Mən sizin vasitənizlə bizə sərt sözlər yazan insanlara səslənirəm. Bizi - şəhid ailəsini rahat buraxın. Bu mövzuya da son verin".
Qeyd edək ki, Elçin Mustafazadə Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu olub. O, 2020-ci il iyulun 14-də Tovuz döyüşləri zamanı şəhid olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Gündə minimum addım sayı təyin edildi
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Qızılın qiymətində yeni göstəricilər
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA