Ekofəallar Laçın-Xankəndi yolunda təmizlik və abadlıq işləri aparıblar, ağaclar əkiblər

Ekofəallar Laçın-Xankəndi yolunda təmizlik və abadlıq işləri aparıblar, ağaclar əkiblərAzərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunda başa çatan aksiya yerində təmizlik və abadlıq işləri aparıblar, ağaclar əkiblər.

Bu barədə "Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir.

Belə ki, qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başladığı dinc etiraz aksiyasının iştirakçıları aksiyanın əhatə etdiyi ərazidə bu gün ağaclar əkiblər.

Həmçinin ekofəallar ərazidə təmizlik və abadlıq işləri aparıblar.

Xatırladaq ki, ekofəalların etiraz aksiyası aprelin 28-i saat 18:00-dan etibarən dayandırılıb və iştirakçılar mərhələləri şəkildə ərazini tərk edir. Bununla yanaşı, aksiya ərazisi ekofəallar tərəfindən təmizlənir və ərazidə müxtəlif növ ağaclar əkilir.

Qeyd edək ki, ekofəallar Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən suveren ərazimizdə, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulmasını və bununla da yolda hərəkət üzrə şəffaflığı, qanunun aliliyi və hərəkətin təhlükəsizliyini təmin edilməsini, tələblərinə qismən nail olduqlarını, eləcə də dövlət nümayəndələri tərəfindən dəfələrlə edilən müraciətləri nəzərə alaraq 12 dekabr 2022-ci il tarixdən başladıqları aksiyanı dayandırıblar. Lakin ekofəalların Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasına, ekoloji və digər fəsadlarla bağlı monitorinqin keçirilməsinin təmin olunmasına dair sülhməramlı kontingentin komandanlığından tələbləri qüvvədə qalır və onlar bu tələbləri yerinə yetirilməyəcəyi halda aksiyanı yenidən bərpa edəcəklərini bildiriblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1230   Tarix: 29 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq

Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Belə ki, monitorinqlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçü

9 oktyabr
.

Şənbə günü yağış yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 10-da fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayi

9 oktyabr
.

Məktəbli forması ilə bağlı monitorinqlər keçirilir: Məqsəd nədir?

Məktəblərdə vahid geyim formalarına dair monitorinqlərin keçirilməsi müəyyən edilmiş qaydalara əməl olunmasına nəzarət baxımından əhəmiyyətlidir. xəbər verir ki, məktəbli forması şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almağa, bərabərliyin qorunmasına və nizam-intizamın gücləndirilməsin

9 oktyabr
.

Cəbrayılda mina partlayışı: Xəsarət alan var

İşğaldan azad edilmiş Cəbrayıl rayonu, Dağmaşanlı kəndi ərazisində 2026-cı il oktyabrın 8-də mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. 200-ci il təvəllüdlü Cəbrayı

8 oktyabr
.

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind

9 oktyabr
.

Məleykə Abbaszadə müdiri işdən çıxardı, yenisi təyin etdi

Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun müdiri dəyişib. -a istinadən xəbər verir ki, bununla bağlı DİM sədri Məleykə Abbaszadə müvafiq əmr imzalayıb. Belə ki, Süraya Cəfərova Magistratura

9 oktyabr
.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"nun məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş. Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaş

8 oktyabr
.

Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur

Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur. Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfran

9 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi - Dosye

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr