Mətanət İsgəndərli: "Ölümlə üz-üzə idim" - VİDEO
"Ömrüm boyu artıq çəki ilə mübarizə aparmışam. 30 ildir sənətdəyəm. Gənclik illərimdə arıq olmuşam. Amma bir çəkidə heç zaman qalmamışam. Dörd dəfə öz gücümə 35 kilo çəki atıb arıqlamışam.
Amma son vaxtlar çox çəki aldım. Onsuz da artıq çəkili idim. Pandemiya zamanı həkimlər deyirdi ki, yaxşı qidalanın, immunitet güclü olsun. Hər zaman da rejimimi saxlayırdım ki, əndazədən çıxmayım. Amma pandemiyada bu rejimi qoruya bilmədim.Yeyirdim."
Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu "Xeyirli axşamlar" verilişində deyib.
Moskvada COVID-19 infeksiyasına yoluxan sənətçi ölümlə savaşdığı günlərini xatırlayıb. O bildirib ki, başına gələn hadisələr səbəbi ilə çəkisi 107 kiloqrama qədər yüksəldiyi üçün məcburi mədəkiçiltmə əməliyyatı olunub:
"Pandemiyada koronavirusa yoluxdum. Xəstəliyi çox ağır keçirdim. Ölümlə üz-üzə idim. 19 gün Moskvada reanimasiyada yatdım. 9 gün isə necə olduğumu belə xatırlamıram. Özümdə olmamışam. Həkimlər söylədilər ki, pəhriz saxlamamalısan, yemək yeməlisən, immunitet qalxsın. Ölmək istəmirsənsə, yeməlisən. İştaham yox idi.
Sonra qolum sındı. Hərəkət edə bilmədim. Daha sonra atamı itirdim. Stress, depressiya... Nəticədə, çəkim oldu 107 kiloqram. O çəkidə məni çox az insan gördü. Dəhşətli vəziyyətdə idim. Ayaq üstə dura bilmirdim, belim ağrıyırdı. Nə yata, nə qalxa bilirdim. Özümə dedim ki, belə yaşamaqdansa, ölmək daha yaxşıdır.
Mədəkiçiltmə əməliyyatı keçirdim. Əməliyyat çox riskli idi. Şükür ki, hər şey yaxşı oldu. Hər zaman yeməkdən qorxmuşam.
Hər zaman bir gözüm ac, bir gözüm tox olub. "Tox evin, ac pişiyi" olmuşam. Amma iştaham hər zaman yaxşı olub. Koronavirusdan sonra bu həyata çox bağlandım. Ölümümü gördüm və hiss elədim. İndiki halıma şükür edirəm. Başıma nə gəlirsə deyirəm ki, yadına sal... Nəfəs ala bilmirdim, qışqırırdım, boğulurdum. Dəhşətli idi. Elə bil ki, səni dənizdə boğurlar, amma ölmürsən".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cim Kerri üçüncü dəfə gizli evləndi
Məşhur aktyor Cim Kerri üçüncü dəfə gizli evlənib. Axşam.az xəbər verir ki, 64 yaşlı aktyor 32 yaşlı asiyalı rəssam Min Ha ilə gizli şəkildə nikah bağlayıb. Toy Los-Ancelesdə yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə qapalı şəkildə keçirilib. Qeyd edək ki, Cim Kerri ilk dəfə 1987-ci ildə Meliss
1 oktyabrAlim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular
Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin dueti birmənalı qarşılanmayıb. Axşam.az-ın məlumatına görə, bir çoxları dueti tənqid ediblər. Sosial şəbəkədə xanəndə ilə ifaçının duetini müzakirə edənlərə şərh yazanlar arasında Xalq artisti Röya Ayxan və Əməkdar artis
21 sentyabr"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti
Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını, universitetə qəbul olduğu il isə atasının vəfat etdiyini bildirib:. "10 yaşımda anam dünyasını dəyişmişdi
25 sentyabr"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətkar konser
4 oktyabrNaomi Kempbell Bakıda - Video
Məşhur model Naomi Kempbell Azərbaycana gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə 56 yaşlı model sosial şəbəkə hesabında paylaşım edib. O, Bakıda Formula 1 oyunları münasibətilə təşkil olunan gecədə iştirak edib. Qeyd edək ki, bu, Naominin Bakıya ilk səfəri deyil. Belə ki, o, iki il əvvə
24 sentyabrKubilayla Hafsanur ayrıldı
Türkiyəli məşhur cütlük Kubilay Aka və Hafsanur Sancaktutan ayrılıb. Axşam.az xəbər verir ki, aktyorların ikiillik münasibətlərinə səssiz şəkildə son qoyduğu məlum olub. Cütlük Tarsusda çəkilən serialın ilk bölümlərində davam edən münasibətlərini qarşılıqlı razılaşma əsasında bitirib. Kubilay və Hafsanu
2 oktyabrElzanın gəlinlərə arzusu: "İki il qayınananızla qalın"
"Hər valideynə nəvələri ilə 2-3 il, gəlinlərə də heç olmasa, qayınanası ilə 2 il qalmağı arzu edirəm. Bunların hamısı bir məktəbdir". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətçi hazırda gəlinindən ayrı yaşasa da, münasibətlərini
3 oktyabrCim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?
Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey
4 oktyabr