"Repetitorluq – labirintdən çıxara bilmədiyimiz məşğulluq..."

"Repetitorluq – labirintdən çıxara bilmədiyimiz məşğulluq...""Artıq bir çox müəllimlər, təkcə dövlət büdcəsindən maaş alan qulluqçu kimi yox, həm də "repetitor" biznes strukturunun əməkdaşları kimi fəaliyyət göstərirlər."

Bu son üç on illikdə repetitorluqla bağlı nələr yazılmayıb, nələr deyilməyib, məsələyə kimlər tərəfindən fərqli münasibətlər bildirilməyib...!? Yəni, bu əlavə və əlahiddə xidmət növü nə dünənin, nə də bu günümüzün məsələsi olmayıb, təhsilimizdə təşəkkül tapdığı vaxtlardan bu yana cəmiyyəti maraqlandıran, düşündürən, eyni zamanda, birmənalı qarşılanmayan problem olaraq qalır, el arasında "zehni əməyin qara bazarı", "kölgə təhsilinin atributu" adlandırılsa belə, təhsil sahəsində müntəzəm aparılan dəyişikliklərə, yeniləşmə və təkmilləşdirmə tədbirlərinə baxmayaraq, durmadan inkişaf edir, hətta məktəbəqədər təhsil də daxil olmaqla özünə yeni-yeni tərəfdarlar toplayaraq geniş auditoriya qazanmaqda davam edir. İş o yerə çatdı ki, bu qeyri-rəsmi fəaliyyət növünü "təhsilimizə arxadan vurulan bıçaq zərbəsi" adlandıranlar da oldu.

Bütün deyilənlərə və yazılanlara rəğmən hələ ki məsələyə rəsmi mövqeyimiz ondan ibarətdir ki, "təhsil sistemi ən öndə olan ölkələrdə də repetitorlardan istifadə edilir... Hər bir insan övladını əlavə dərs üçün müəllim yanına qoya bilər... Repetitorluq ləğv edilə bilməz, yalnız tənzimlənə bilər... Yalnız sahibkarlıq fəaliyyəti kimi repetitorluğun hansısa iqtisadi yönləri tənzimlənə bilər. Gərək, repetitorluğun necə olması ilə bağlı təkliflər də olsun ki, biz onu dəyərləndirək".

Repetitorluqdan istifafadə edilsin, əlavə dərs üçün müəllim yanına da qoyulsun... Amma, bu məsələnin bir əmması var, o da ondan ibarətdir ki, niyə rəsmi fəaliyyət sahiblərinin görməli olduğu işi qeyri-rəsmi fəaliyyətlə məşğul olanlar görməlidir...!?

"Təklifər də olsun ki…" demişkən, Hədəf Şirkətlər qrupunun qurucusu, Hədəf Liseyinin direktoru f.ü.f.d.dos. Şəmil Sadiqin sosial şəbəkələrdə "repetitorluğun bu qədər geniş vüsət almasının qarşısını almaq üçün atılacaq ilk addım 10-11-ci siniflərdəki tədris proqramlarının dəyişdirilməsi yetərlidir" kimi təklif xarakterli paylaşımı diqqətimi çəlb etdi. Şəmil müəllimin fikrincə, "10-11-ci siniflərdə keçirilənlərin intensiv təkrarı yer alarsa, sırf repetitorluq prorqramı kimi, məktəb rəhbərliyi də buna ciddi nəzarət edərsə, əksəriyyət şagird repetitor yanına getmək ehtiyacı duymaz. Əslində, 12 illik təhsil sisteminə keçid bunu daha sistemli təşkili deməkdir, əgər bu keçid bu qədər çətindirsə, o zaman ən yaxşı yol budur. Yox əgər repetitorluğun paralel təhsil kimi, kölgə təhsili kimi davam etməsini istəyənlər varsa, maraqlı olanlar varsa, bu başqa məsələ."

Məsələ heç də təklifin nə dərəcədə yetərli və ya keçərli olmasında deyil, problemin həllində maraqlı olmaqda, vəziyyətdən çıxış yolu axtarmaq təşəbbüsündə bulunmaqdadır. Yeri gəlmişkən, məni daim düşündürən və narahat edən məqamlardan biri, təhsil işçilərimizin – bilavasidə təhsilin içində olan praktik müəllimlərimizin, təhsil müəssisəsi rəhbərlərinin təhsilimizin problemlərinə biganəlik göstərməsi, istənilən məsələyə tənqidi olmasa da, heç olmasa müsbət münasibət bildirməkdə sanki, kimlərdənsə və ya nədənsə çəkinmələridir. Axı, nə vaxta qədər təhsilimizin problemlərini, loru dildə desək əyər-əksiyini jurnalistlər üzə çıxaracaq və dilə gətirəcək? Birdəki, sağlam tənqid, heç də görülən işlərə kölgə salmaq deyil, həmin sahəni daha təkmil və inkişafda görmək istəyindən də irəli gələ bilər. Deməyim odur ki, Şəmil müəllim təkcə bu təklifi ilə deyil, təhsilimizin digər problemlərinə də daim münasibət bildirib və həmkarları üçün nümunə rolunu oynayıb.

Nəsə, məqsəddən bir az uzaqlaşsaq da, keçək "tədris proqramlarının dəyişdirilməsi" ilə bağlı təklifə. Əgər, ümumtəhsil məktəbində təhsil alanı lazımi biliklərə məktəbin təhsilverəni yiyələndirmirsə bəs onda məktəbin, müəllimin funksiyasına nə daxildir? Ümumiyyətlə götürdükdə repetitorluq nə deməkdir? Bilməyən varsa bilsin ki, təhsilimizdə ciddi fəsadlarla müşayət olunan, kimlərəsə doğmalaşan, kimlərəsə yad görünən bu əcnəbı ifadə latıncadan (repetitio) tərcümədə sadəcə olaraq "təkrarlayıcı", "təkrar edən" anlamına gəlir. Əgər, bir vaxtlar tədris planı və proqramları ilə nəzərdə tutulmuş hər bölmənın sonunda təkrara dair 1-2 dərs saatı, hər kursun sonunda isə imtahanqabağı yekun təkrara ayrılan 15-20 saatlıq dərs məşğələləri tədbiq olunsaydı bu funksiya elə məktəbdə, elə dərs prosesindəcə, elə həmın məktəbin müəllimi tərəfındən də yerinə yetirilə bilərdi.

Digər bir məsələ. Hələ, "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nın müəyyən etdiyi istiqamətlərə əsasən təhsilin peşəkar inkişafı, məzmunca yeniləşməsi, təmayülləşmə və təhsil proqramlarının həddən artıq yükləmələrdən azad olunması, digər pedaqoji, psixoloji xarakterli məsələlərin həllinin qaçılmaz olduğu nəzərə alınaraq, Azərbaycanda onillik ümumi orta təhsil və iki illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə 12 illik ümumi təhsil sistemi yaradılması xüsusi olaraq vurğulanmışdı. Bunun qəbul sisteminə təsiri, yeni tədris planları, yeni proqramlar, müəllim hazırlığı, əlavə ediləcək 1 ilin təhsilin hansı pilləsinə artırılması, təhsil pillələrinin 4+6+2 və yaxud 5+5+2 və ya digər sxem əsasında qurulması və s. kimi məsələlərin dərindən düşünülmüş həlli tələb olunurdu.

Ən optimal variant 5+5+2 sxemi hesab olunurdu. Bu sxemə əsasən 5 il ibtidai təhsilə, 5 il ümumi orta təhsilə, 2 il isə ali məktəblərdə təhsillərini davam etdirmək arzusunda olanlara bir növ təmayülləşmə əsasında ixtisas fənləri üzrə hazırlaşmaları üçün yetərli imkan yaratmaq məqsədinə xidmət etməli idi. Yəni, 10 il ümumi orta təhsil üçün kifayət edirdi. Biz nə etdik, 9-cu sinfi buraxılış sinfinə çevirib, məktəbə hazırlıq qruplarını da orta ümtəhsilə pilləsinə qatıb, tam orta məktəb yaratdıq. Halbuki, həmin sxemin tətbiqi nəzərə çarpacaq dərəcədə repetitorluğun qarşısını ala bilərdi.

Başqa bir fərqli yanaşmaya əsasən bir neçə il öncə, Bakıda repetitorluq edən müəllimlərlə müqavilə imzalanacağı barədə xəbərlər gündəmi zəbt etmişdi. Verilən açıqlamalara və yayılan məlumatlara əsasən məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanmasına dair qərar verilməsi bildirilirdi. Qərara əsasən, Təhsil idarəsi hər hansı fiziki və hüququ şəxslə və üçüncü tərəf olaraq məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalaya bilərdi. Bakı şəhəri üzrə Təhsil idarəsi rəsmisinin sözlərinə görə valdeynlərin əlavə ödənişləri hesabına şagirdlərə məktəblərdə əlavə xidmətlər göstəriləcəkdi. Bu variant da elə vəd olaraq qaldı.

Bir halda ki, insanların öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər fəaliyyət növü ilə məşğul olmaq onların Konstitusiya ilə təsbit olunmuş hüququdursa və əgər mövcud durumda repetitorluq bu dərəcədə qaçılmazdırsa, məktəblərin reytinqi hələ ki, ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə ölçülürsə, ən yaxşı məktəb ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən müəyyən olunursa, təhsil elitar və eqelitar xarakter alıbsa, repetitorluğu inzibati yollarla aradan qaldırmaq qeyri-mümkündürsə, bəlkə onu sahibkarlıq fəaliyyətinin bir növü kimi rəsmiləşdirmək barədə düşünək.

Və yaxud, repetitorluğun qayəsini ali məktəbə hazırlıq təşkil edirsə və Nazir də etiraf edirsə ki, "Məktəblər təhsil vermir və biz bunu bilirik... Biz əgər mərkəzləşmiş imtahan ediriksə, repetitorluq üçün hər zaman münbit şərait olacaq." Elə isə, bəlkə ali məktəblərə qəbul imtahanlarının modelini dəyişək? Istənilən halda ya oyanlıq, ya da bu yanlıq nəsə etməliyik. Bunun üçün isə Şəmil Sadiqin yeni impuls verdiyi müzakirələr geniş surətdə davam etdirilməli, irəli sürülən rəy və təkliflər təhlil olunmalı, ümumi rəy əsasında illərlə davam edən müzakirə və mübahisələrə bir dəfəlik nöqtə qoyulmalıdır. Heç olmasa ona görə ki, bu gün "təhsilimizə arxadan vurulan bıçaq zərbəsinin", sabah "kürəyə deyil, öndən ürəyə vurulmasının" qarşısını almaq üçün...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 865   Tarix: 30 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tolik canlı yayımda vidalaşdı

Aparıcı Tarix Əliyev (Tolik) bu gün tamaşaçıları ilə canlı yayımda sağollaşıb. Axşam.az xəbər verir ki, Tolik öz ərizəsi ilə işdən uzaqlaşdığını deyib:. "Televiziyada yox, sosial şəbəkədə etdiyim səhvə görə rəhbərliyin, işçilərin haqqına girəcəyəmsə, vicdanım sızlayar. Bir ildən artıqdır ki, "Spac

27 fevral
.

"Uniklinika"da nöqsanlar aşkarlanıb

Bir neçə gün əvvəl Bakı şəhərində fəaliyyət göstərən "Uniklinika" adlı özəl tibb müəssisəsinin külli miqdarda vergi borcu yarandığına dair məlumat yaymışdıq. Belə ki, vergi uçotuna "Unikal-A" MMC adı ilə alınan "Uniklinika"nın dövlətə 245 min 734 manat vergi borcu mövcuddur

27 fevral
.

Ramazan boyunca bu qidalardan uzaq durmaq lazımdır

Ramazan ayında oruc tutan şəxslərin qidalanma rejimi sağlamlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Gün ərzində uzun müddət ac və susuz qalan orqanizm iftar və imsakda edilən səhv seçimlərə qarşı daha həssas olur. bildirir ki, mütəxəssislər bildirirlər ki, bəzi qidalar həm susuzluğu artırır, həm də halsızlıq

27 fevral
.

"Hakan Ustaa SHEFZadə" restoranı vergidən necə yayınır?

20 Yanvar metrosu ətrafında fəaliyyət göstərən bəzi kafe və restoranlarda posterminalların olmaması ilə bağlı narazılıqlar artır. XALQ-ın məlumatına görə, ölkədə vergidən yayınma üsullarından biri kimi ticarət, iaşə obyektlərində və restoranlarda posterminalların quraşdırılmaması halları göstərilir

27 fevral
.

Kredit və borc mübahisələrində vətəndaş özünü necə qoruya bilər? - AÇIQLAMA

Kredit və borc münasibətləri müasir dövrdə ən çox mübahisə doğuran hüquqi sahələrdən biridir. İnsanlar çox vaxt müqaviləni tam oxumadan imzalayır, öhdəliklərin həcmini və mümkün riskləri düzgün qiymətləndirmir. Nəticədə gecikmələr, əlavə faizlər, cərimələr və məhkəmə çəkişmələri yaranır. Bəs görəsə

26 fevral
.

Endirim tələləri və "son şans" oyunu: İstehlakçılar necə manipulyasiya olunur? - AÇIQLAMA

Müasir bazar münasibətləri şəraitində istehlakçıların seçim imkanları artsa da, aldadılma halları da azalmır. Endirim kampaniyaları, "son şans" mesajları, şişirdilmiş reklam vədələri və məhsul haqqında natamam məlumatlar alıcıların qərarına təsir göstərən əsas amillər sırasındadır. Bəzən istehlakçıla

27 fevral
.

"Xocalı soyqırımı insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir" - DEPUTAT

1992-ci il fevralın 26-da Xocalı şəhərində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı XX əsrin ən ağır və qanlı cinayətlərindən biri kimi tarixə həkk olunmuşdur. Erməni silahlı birləşmələrinin və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilən soyqırım nəticəsində 61

26 fevral
.

İcra başçısı üç məmurun yerini dəyişdi

Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısının bəzi qəsəbələr üzrə nümayəndələri dəyişib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Adil Vəliyev müvafiq əmrlər imzalayıb. Məlumata görə, nümayəndələrin yerdəyişmələri rayonun Bakıxanov, Zabrat və Nardaran qəsəbələri üzrə aparılıb

26 fevral
.

Zaurun verilişinin yayımı DAYANDIRILDI, Tolikin yerinə isə...

Xəbər verdiyimiz kimi, aparıcı və prodüser Tarix Əliyev (Tolik) Space TV kanalında aparıcı kimi fəaliyyətini dayandırıb. -a istinadən xəbər verir ki, yayımı dayandırılan növbəti veriliş Zaur Nəbioğlunun təqdimatında yayımlanan "Rəngarəng" olub. Belə ki, ATV-də hazırda proqramın təkrar buraxılışlarında

27 fevral