İranın yeni oyunu: Bakının inamını qazanmağa çalışır
İran rejimi bəzi şəxslərin dili ilə "Hüseyniyyun" qrupunun üzvlərinin tutulmasına bizi inandırmağa çalışır. Amma xəbərlərin həqiqət olması mümkün deyil. Bu, İran hakimiyyətinin yeni oyunudur. Təbliğat maşınlarını işə salıblar ki, özləri üçün Azərbaycan hökuməti qarşısında müsbət imic yaratsınlar.
Bu sözləri güneyli milli fəal və jurnalist Əli Süleymani "Hüseyniyyun" qruplaşmasının üzvlərinin həbsi ilə bağlı açıqlamasında deyib.
O, İranın illərdir formalaşdırdığı bir terrorçu qrupunu asanlıqla tutub ələ verməcəyini bildirib:
"Tehran rejimi bunları formalaşdırmaq üçün illər sərf edib, silahlandırıb, nəzəri və əməli təlimlər keçib, Azərbaycan əleyhinə ideoloji cəhətdən hazırlayıb. Bir sözlə, pul və vaxt sərf edib. İndi isə guya onları tutublar. Bu, mümkün deyil və İranın hazırkı siyasətinə ziddir. Çünki İran terroru dəstəkləyən bir rejimdir. "Hüseyniyyun" kimi onlarla belə qrupun himayədarıdır. Bu cür terror qruplarının qarşısında öz nüfuzunu və etibarını itirmək istəməz".
Əli Süleymani qeyd edib ki, "tutulma" adı altında aparılan təbliğat oyununda diqqət çəkən bir sıra məqamlar var:
"Antiazərbaycan düşüncəli fars cəmiyəti guya onların tutulmasına etiraz edir, İranın bu addımını qınamağa başlayıblar. Xəbər hakimiyyətyönlü "Azəriha" saytında gedib. İranın nəinki iqtidar, hətta müxalifət nümayəndələri sayta qarşı kampaniyaya başlayıblar. Yeganə "Azərbaycan" məsələsidir ki, İranda iqtidarla müxalifətin fikirləri üst-üstə düşür. Ölkənin qarşı-qarşıya olan hər iki cəbhəsi bizə düşmənçilik edirlər. Bu təbliğat çox təhlükəli və əhəmiyyətli mövzudur. Məqsədi nədir? Sadəcə, Azərbaycanla bir anlaşmaya girmək istəyir. Ola bilsin, daha məkrli planları var".
Tutulan "hüseyniyyun"çuların Azərbaycana verilməsi halında İranın münasibətinin inandırıcı olacağını deyən güneyli fəal bu addımın atılmayacağına da əminliyini ifadə edib:
"İran Azərbaycana öz sadiqliyini nümayiş etdirmək istəyirsə, bu terrorçuları heç bir şərt və qarşılıqlı tələb irəli sürmədən Bakıya təhvil verməlidir. Bu halda İslam Respublikasına inana bilərik. Amma İran bu addımı atmayacaq. Onları uzun müddətə Livan, Suriya kimi üçüncü ölkələrə göndərəcəklər. Gərginlik səngiyəndən sonra qrup üzvlərini yenidən İrana qaytarıb, başladıqları yerdən davam edəcəklər".
Axar.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1591 Tarix: 30 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cənubi Koreya Ukraynadan səfirini geri çağırır
Cənubi Koreya Ukraynadakı səfiri Pak Hi Çxanı geri çağıracaq. "Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hökumət Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreya əsgərlərinin təhvil verilməsi barədə so
8 oktyabrİstanbuldan Ər-Riyada uçuşlar bərpa olunub
Flightradar24-ün 8 oktyabr tarixli məlumatlarına görə, İstanbuldan Ər-Riyada uçan iki Türk Hava Yolları təyyarəsi cümə axşamı gecəsi uçuş hava limanlarına qayıdıb. xəbər verir ki, ilk təyyarə saat 21:59-da yola düşüb, lakin 35 dəqiqə sonra geri dönüb İstanbula qayıdıb və saat 23:20-də eniş edib. TK14
8 oktyabrRubio: Bu tarixdə İranda böyük fəlakət olacaq
Neft gəlirlərinin dayandırılması səbəbindən İran qarşıdakı həftələrdə görünməmiş iqtisadi böhranla üzləşəcək. -a istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib. Onun sözlərinə görə, Tehran sonda mövcud vəziyyəti qorumaqla inqilab arasında seçim etməli olacaq. "Amerikanın İran
9 oktyabrİran və Oman razılığa gəliblər
Oman və İran Hörmüz boğazından təhlükəsiz tranzit marşrutları barədə razılığa gəliblər və yaxın gələcəkdə təkliflərini beynəlxalq səviyyədə təqdim edəcəklər. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bagai bildirib. Baqayın sözlərinə görə, "İran və Oman arasında məsləhətləşm
8 oktyabr25 il sonra yenidən "Mumiya"da - Foto
Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl
7 oktyabrNorveç 2027-ci il büdcəsi üçün Neft Fondundan 64 milyard dollar ayıracaq
Norveç hökuməti dövlət büdcəsi-2027 layihəsi çərçivəsində Dövlət Pensiya Fondundan (Neft Fondu) 608,4 mlrd Norveç kronu (təqribən 64 milyard dollar) istifadə etməyi təklif edib. "Report" xəbər verir ki, bu barədə Norveçin "NRK" teleradio şirkəti xəbər verir. Bu, Neft Fondunun ümum
7 oktyabrİsrail HƏMAS komandirlərini öldürdü
İsrail ordusu HƏMAS-ın bölük komandiri Məhəmməd Acanı və Qəzza şəhərində "İslami Cihad"ın hərbi qanadının raket bölməsinin komandiri Vəlid Həsən Əbu Əl-Atanı öldürüb. xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb. Məlumata görə, həmin şəxslər hərbi heyətə hücumlar həyata keçirib və təşkilatlarını
9 oktyabr