Molla rejiminin böyük yalanı üzə çıxdı – İngiltərə ifşa etdi
İranın pilotsuz təyyarələri (PUA) Rusiyanın Ukraynaya qarşı müharibəsində əsas rollardan birini oynayır. Kiyev və Uman şəhərlərinə son hücumlar Rusiya müharibəsinin ölümcül mahiyyətini bir daha ortaya qoyur.
Bu barədə İsrail mətbuatı məlumat yayıb.
Rusiya İran PUA-larından aktiv istifadə edir, çünki bunlar nisbətən ucuzdur. Ukraynanın hava sistemləri İran dronlarını vurmaqda çətinlik çəkməsə də, Rusiya bu silahlardan istifadəyə davam edir.
İran dronları son zamanlar diqqət mərkəzindədir. Çünki molla rejimi etirazlara baxmayaraq, durmadan Rusiyaya dron göndərir. Nəticədə İranın dron istehsalçıları sanksiyalara məruz qalıb. Bundan əlavə, dronların komponentlərinin necə əldə olunduğu diqqət mərkəzindədir.
İngiltərənin Münaqişə Tədqiqatları Mərkəzi (CAR) "Şahid-136" dronlarının mühərriklərini araşdırır. Araşdırma İranın PUA-lar üçün mühərrikləri necə oğurladığını üzə çıxarıb. Məlumata görə, orijinal mühərriklər Almaniyadan alınıb.
CAR bildirir ki, Rusiya Ukraynaya qarşı İran PUA-larından istifadə etməyə başladıqdan sonra – Avropa İttifaqı, Böyük Britaniya və ABŞ molla rejiminin istehsalçı şirkəti "Mado"ya qarşı sanksiya tətbiq edib. Hazırda sanksiya siyahısında olan "Mado" İranın hərbi PUA-ları üçün mühərriklər, o cümlədən Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi "Şahid" seriyalı kamikadze dronlarını istehsal edir.
Orijinal mühərriklər 2006-cı ildə alınıb, "Mado" isə 2013-cü ilə qədər mövcud olmayıb. Görünən odur ki, indiki şirkət bu mühərrikləri tərs mühəndislik üsulu ilə hazırlayır. Bu mühərriklər və komponentlər bir sıra yerlərdə, o cümlədən 2022-ci ildə BƏƏ-də baş vermiş hücumda aşkarlanıb.
Molla rejiminin inkarına baxmayaraq, CAR-ın əldə etdiyi sənədlər sübut edir ki, mühərriklər tərs mühəndislik üsulu ilə "Mado" tərəfindən istehsal olunur.
Mühərriklər İranın Rusiya işğalına dəstəyinin yalnız kiçik hissəsidir. CNN bildirir ki, PUA-ların satışı İranın Rusiya ilə münasibətlərini dərinləşdirib. İki ölkə beynəlxalq ticarət və maliyyə sistemindən kənarda qaldığı üçün münasibətləri gücləndirib.
Teleqraf.com
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2053 Tarix: 30 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cənubi Koreya Ukraynadan səfirini geri çağırır
Cənubi Koreya Ukraynadakı səfiri Pak Hi Çxanı geri çağıracaq. "Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hökumət Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreya əsgərlərinin təhvil verilməsi barədə so
8 oktyabrİstanbuldan Ər-Riyada uçuşlar bərpa olunub
Flightradar24-ün 8 oktyabr tarixli məlumatlarına görə, İstanbuldan Ər-Riyada uçan iki Türk Hava Yolları təyyarəsi cümə axşamı gecəsi uçuş hava limanlarına qayıdıb. xəbər verir ki, ilk təyyarə saat 21:59-da yola düşüb, lakin 35 dəqiqə sonra geri dönüb İstanbula qayıdıb və saat 23:20-də eniş edib. TK14
8 oktyabrRubio: Bu tarixdə İranda böyük fəlakət olacaq
Neft gəlirlərinin dayandırılması səbəbindən İran qarşıdakı həftələrdə görünməmiş iqtisadi böhranla üzləşəcək. -a istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib. Onun sözlərinə görə, Tehran sonda mövcud vəziyyəti qorumaqla inqilab arasında seçim etməli olacaq. "Amerikanın İran
9 oktyabrİran və Oman razılığa gəliblər
Oman və İran Hörmüz boğazından təhlükəsiz tranzit marşrutları barədə razılığa gəliblər və yaxın gələcəkdə təkliflərini beynəlxalq səviyyədə təqdim edəcəklər. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bagai bildirib. Baqayın sözlərinə görə, "İran və Oman arasında məsləhətləşm
8 oktyabr25 il sonra yenidən "Mumiya"da - Foto
Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl
7 oktyabrNorveç 2027-ci il büdcəsi üçün Neft Fondundan 64 milyard dollar ayıracaq
Norveç hökuməti dövlət büdcəsi-2027 layihəsi çərçivəsində Dövlət Pensiya Fondundan (Neft Fondu) 608,4 mlrd Norveç kronu (təqribən 64 milyard dollar) istifadə etməyi təklif edib. "Report" xəbər verir ki, bu barədə Norveçin "NRK" teleradio şirkəti xəbər verir. Bu, Neft Fondunun ümum
7 oktyabrİsrail HƏMAS komandirlərini öldürdü
İsrail ordusu HƏMAS-ın bölük komandiri Məhəmməd Acanı və Qəzza şəhərində "İslami Cihad"ın hərbi qanadının raket bölməsinin komandiri Vəlid Həsən Əbu Əl-Atanı öldürüb. xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb. Məlumata görə, həmin şəxslər hərbi heyətə hücumlar həyata keçirib və təşkilatlarını
9 oktyabr