Özbəkistanda konstitusiya referendumu keçirilir
Özbəkistanda konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilir.
Yerli vaxtla saat 13:00-a (Bakı vaxtı ilə 12:00) qədər seçici siyahılarına daxil edilmiş ölkə vətəndaşlarının yarıdan çoxu seçki məntəqələrində səs verdiyi üçün referendum baş tutmuş elan edilib.
Bu barədə bazar günü jurnalistlərə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Bəhrom Kuçkarov məlumat verib.
"Saat 13.00-a olan məlumata görə, seçicilərin sayı 12 083 105 nəfərə çatıb ki, bu da siyahılara daxil edilmiş vətəndaşların sayının 62,24%-ni təşkil edir. Bu o deməkdir ki, MSK-nın referendumu keçərli saymaq üçün əsası var", - Kuçkarov brifinqdə deyib. O qeyd edib ki, seçici siyahılarına 19 milyon 414 min 914 ölkə vətəndaşı daxil edilib.
Xatırladaq ki, Özbəkistanda konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı referendum ölkə prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə keçirilir. 1992-ci ildə qəbul edilmiş sənədə 200-ə yaxın dəyişikliyin edilməsi nəzərdə tutulur. O cümlədən, maddələrin sayının 128-dən 155-ə, konstitusiya normalarının sayının isə 275-dən 434-ə çatdırılması, ümumilikdə, əsas qanunun 65 faiz yenilənməsi təklif edilir.
Əsas əlavələrdən biri ölkə prezidentinin səlahiyyətlərinin 5 ildən 7 ilə uzadılması ilə bağlıdır. Dəyişikliyə əsasən, hazırkı dövlət başçısı Mirziyoyevin səlahiyyətləri sıfırlanacaq, yəni 2026-cı ildə o, üçüncü dəfə namizədliyini irəli sürə biləcək.
Bundan əlavə, düzəlişlərə əsasən, Özbəkistan sosial dövlət elan ediləcək və ölkədə ölüm hökmü ləğv olunacaq.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 823 Tarix: 30 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya Ukraynaya kütləvi zərbələr endirdi - Ölənlər arasında uşaqlar da var
Rusiya qüvvələri oktyabrın 7-də Ukraynanın bir sıra şəhərlərinə genişmiqyaslı raket və dron hücumları həyata keçirib. Ən ağır zərbə Çerniqov vilayətinin Prıluki şəhərinə dəyib. Reuters-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının vurulması nəticəsində ən azı 20 nəfər, o cümlədən 5 uşa
8 oktyabrİran və Oman razılığa gəliblər
Oman və İran Hörmüz boğazından təhlükəsiz tranzit marşrutları barədə razılığa gəliblər və yaxın gələcəkdə təkliflərini beynəlxalq səviyyədə təqdim edəcəklər. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bagai bildirib. Baqayın sözlərinə görə, "İran və Oman arasında məsləhətləşm
8 oktyabrRubio: Rusiya və Ukrayna strateji dalandadır
ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, hazırda Rusiya-Ukrayna münaqişəsinin danışıqlar yolu ilə nizamlanması perspektivləri görünmür. "Report" xəbər verir ki, bu barədə Rubio "Kathimerini" nəşrinə bildirib. Onun sözlərinə görə, hazırda tərəflər təhlükələrlə dolu "stratej
8 oktyabrDünyanın ən çirkli havaya sahib şəhəri bəlli oldu
Dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən yanğınların yaratdığı sıx və zəhərli tüstü səbəbindən dünyanın havası ən çirkli şəhərləri siyahısında birinci yerə yüksəlib. Qaynarinfo xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarından yayılan zəhərli tüstü avqus
9 oktyabrVanuatuda 6,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib
Sakit okeanın cənub-qərb hissəsində yerləşən ada dövləti Vanuatunun sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilib. Sunami təhlükəsi elan edilib. Zəlzələnin episentri təxminən 13,
8 oktyabr