Beş uşağını itirən müğənnimiz - Maraqlı faktlar
Sonxeber.az Kulis.az-a istinadən mərhum müğənni Xeyransa Məmmədova haqqında maraqlı faktları təqdim edir.
Xeyransa Məmmədova 1966-cı ilin 26 noyabrında kasıb bir ailənin 9-cu övladı olaraq dünyaya gəlib.
***
Uşaq vaxtı həyətlərində oynayanda qəfil üstünə it cumur. Xeyransa keçirtdiyi qorxunun təsirindən şəkər xəstəliyinə tutulur.
***
İlk dəfə böyük səhnəyə 1980-ci ildə, 14 yaşında çıxıb.
***
Lenin sarayında (indiki Heydər Əliyev Sarayı) rəsmi tədbirdə Cahangir Cahangirovun "Ana Kür" mahnısını ifa edir. Tədbirdən sonra Heydər Əliyev səhnə arxasına keçərək balaca qızcığazın kimliyi ilə maraqlanır, xəstəliyini biləndən sonra müalicəsinə göstəriş verir. Bu hadisə Xeyransaya daha da məşhurluq gətirir.
***
Xeyransa Məmmədova dörd il dalbadal "Oxu tar..." müsabiqəsinin, məktəblilərin Zaqafqaziya festivalının laureatı olub.
***
"Ana Kür" mahnısı ifa edəndən sonra hər dəfə o qədər alqışlanırdı ki, hətta Xalq artistləri onu qısqanırdı.
***
Dahi Niyazinin qəlbinə yol tapan, Xeyransa Məmmədova maestronun onu övladlığa götürmək təklifinə: "Mən sizi çox sevirəm, amma evimiz üçün darıxaram axı" cavabını verib.
***
Boş vaxtlarında pianoda, qarmonda, nağarada müxtəlif mahnıların oynaq ritmlərini çalmağı xoşlayırdı.
***
"Azkonsert"də sürücü işləyən gənclə ailə həyatı quran müğənninin həkimlər övlad dünyaya gətirməsinə qətiyyən icazə vermirdilər.
***
Son müsahibəsində: "Görəsən, qorxulu yuxularıma nə vaxt son qoyulacaq. Elə hey şirin yuxu görmək istəyirəm. Ancaq qorxulu, dəhşətli yuxular görürəm... Çox yox, kaş 50 il yaşayaydım, planlarımı həyata keçirə biləydim. İstəyirəm ki, əvvəli xoşbəxtlik, uğur olan sənət addımım bədbəxt sonluqla bitməsin" deyib.
***
Həkimlərin qadağalarına rəğmən beş dəfə hamilə qalan müğənni hamiləliyini sonlandıra bilmir. Uşaqlar tələf olur. 1995- ci ildə ildə 5-cı dəfə övlad dünyaya gətirən Xeyransa Məmmədova doğuş zamanı dünyasını dəyişir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı
Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət
7 iyul 2021İnsult keçirən Arif Babayevdən XƏBƏR VAR
Oğlu Yaşar Babayev Xalq artisti Arif Babayevin səhhətindən bəhs edib. xəbər verir ki, Y.Babayev MTV-yə açıqlamasında xanəndənin müalicəsinin yaxşı getdiyini deyib. O bildirib ki, atası hazırda Türkiyədə həkim nəzarətindədir:. "Atam yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana qayıdacaq. İnsult keçirmişdi
16 iyul 2021"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı
"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki
27 iyul 2021Alişan Bakıdadır - Konsert verəcək + FOTO
Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü
11 sentyabr 2021Rusiya və Türkiyə nümayəndələri Şahbulaq qalasında
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Türkiyə və Rusiya nümayəndə heyətləri Şahbulaq qalasında olublar. xəbər verir ki, qonaqlara Şahbulaq qalası haqqında məlumat verilib. Bildirilib ki, XVII əsrə aid bu qala Qarabağ ərazisindək
27 iyun 2021Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR
Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır
27 avqust 2021Alim Qasımov və qızı Moskva Musiqi Evində çıxış ediblər
Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova ötən gün Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində Moskva Musiqi Evində "Dünya məhəbbət üzərində qurulub" kompoziyası ilə çıxış edib. xəbər verir ki, konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbayca
4 iyul 2021Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov
Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş
29 iyun 2021