"Avropanın enerji bazarında Azərbaycan qazına tələbat durmadan artır" - ŞƏRH
"Prezident İlham Əliyev davamlı olaraq xarici ölkələrə səfərlər edir və beynəlxalq əhəmiyyətli müqavilələr imzalayır. Bu müqavilələrin imzalanması xarici siyasətimizə və ikitərəfli əlaqələrin inkişafına ciddi töhfələr verir. Bu səfərlərdən biri də aprelin 25-də Bolqarıstan Respublikasına oldu. Səfər çərçivəsində Enerji təhlükəsizliyinin gücləndirilməsi, eləcə də enerji resurslarının daha da şaxələndirilməsi məqsədilə Memorandum imzalandı. Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü "Həmrəylik Halqası" adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Prezident İlham Əliyevin imzalanma mərasimində dediyi kimi, imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Azərbaycan üçün Avropa ölkələrinə daha çox qaz ixrac etmək imkanı yaranacaq".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq aləmdə iki ölkə və cəmiyyət arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirməklə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan edirlər.
"Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Avropanın enerji bazarında Azərbaycan qazına tələbat durmadan artır. Ölkəmiz Avropanın qaz bazarında fəaliyyətini daha da genişləndirməyi planlaşdırır. Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımlar atmaqda davam edir. Bu səylər ölkəmizin dünyada nüfuzunun artmasına da mühüm töhfələr verir".
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Gündə minimum addım sayı təyin edildi
Qızılın qiymətində yeni göstəricilər
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR