"Ermənilərin mənzilləri satışa çıxarılması həm saxtakarlıqdır, həm də özlərini aldadırlar" - AÇIQLAMA
Son vaxtlar erməni saytlarında Xankəndidə evlərin satılması ilə bağlı elanlar yerləşdirilir. Həmin elan saytlarında ermənilər bəzi evləri əşyaları ilə satışa qoyublar. Bir neçə erməni mənzil alqı-satqı saytlarında belə elanlara rast gəlmək olar.
Mövzu ilə bağlı Sonxeber.az-a əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə açıqlama verib.
"44 günlük Vətən müharibəsi dövründə ermənilərin bizim torpaqlardakı evləri satışa qoymağının şahidi olduq. Bunların heç bir hüquqi əsası yoxdur. Onların alqı-satqılarının hüquqi qüvvəsi yoxdur. Hətta onların alıcıları da yoxdur. Çünki, onlar bir-birilərini aldatmaqla məşğuldurlar. Hər hansı əməliyyatın aparılması yalnız Azərbaycan qanunvericiliyi çərçivəsinə həyata keçirilə bilər.Satışa çıxarılan evlərin əksəriyyəti isə Xankəndinin mərkəzi hissəsindədir".
O bildirib ki, orda olan mənzillər yalnız çıxarışla təmin olunduqdan sonra satıla bilər.
"Ermənilərin mənzillərin satışa çıxarılması həm saxtakarlıqdır, həm də özlərini aldadırlar. Təbii ki, orda hər hansı daşınmaz əmlaka malik olan sakinlər başa düşürlər ki, həmin torpaqların sahibləri gec-tez bu torpaqların sahibləri geri gələcəklər. Bu çox qısa müddətdə olacaq. Ona görə də orda olan sakinlər evlərini ucuz qiymətə satırlar. Onlar evləri satıb əldə etdikləri pul vasitəsi ilə qaçmaq istəyirlər. Onların arasında Azərbaycan hökümətinin vətəndaşlığını qəbul edən şəxslər orda yaşaya bilərlər. Orda yaşamaq istəməyənlər heç bir daşınmaz əmlaka sahib olmayacaqlar. Bu məsələ tam başa çatdıqdan sonra dövlət xidməti tərəfindən müvafiq işlər aparılaraq müəyyənləşəcək. Sahiblər isə yeni elektron çıxarışla təmin olunacaqlar. Həmin elektron çıxarışla təmin olunduqdan sonra yalnız işğaldan azad olunan ərazilərdə alqı-satqı işləri aparıla bilər".
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Gündə minimum addım sayı təyin edildi
Qızılın qiymətində yeni göstəricilər
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR